Daşkənddə İslam Mədəniyyəti Mərkəzi açılacaq

Özbəkistanın paytaxtı Daşkənddə İslam dinində sosial sabitliyin təmin edilməsi, bu dinin mahiyyətinə həsr edilən konfrans keçirilib. Konfransda Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Özbəkistan Müsəlmanları İdarəsinin rəhbərləri, islamşünas alimlər, tanınmış din xadimləri, dini məktəblərin tələbələri iştirak ediblər.

Şavkat Mirziyoyev konfransdakı çıxışında bildirib ki, bütün sahələrlə yanaşı, sosial-mənəvi sahə də inkişaf etdirilir və bu, maraqlarımıza uyğundur. Dövlət başçısı qeyd edib ki, xalqla dialoq müvəqqəti kampaniya deyil, müntəzəm xarakter daşıyır. Prezident bildirib ki, Daşkənddə İslam Mədəniyyəti Mərkəzinin yaradılması istiqamətində güclü iş aparılır və bu mərkəzdə dünya mədəniyyətinin inkişafına böyük töhfə vermiş İslam alimləri və mütəfəkkirləri, dünya şöhrətli şair və yazıçılar, rəssamlar, kalliqrafların həyat və yaradıcılıqları haqqında məlumatlar toplanacaq və təbliğ olunacaq.

Konfransda bildirilib ki, bu gün Özbəkistanda 130-dan artıq xalq və millət yaşayır, 138 mədəniyyət mərkəzi fəaliyyət göstərir. Milli azlıqlara öz tarixi, mədəniyyəti, incəsənətini inkişaf etdirməsi üçün hər cür şərait yaradılıb. AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31