"Yuventus"un xanım azarkeşi dünyasını dəyişdi

İyunun 3-də Çempionlar Liqasının finalını Turinin mərkəzi meydanında izləyən azarkeşlərdən biri dünyasını dəyişib. "Yuventus"un xanım azarkeşi San-Karlo meydanında baş verən izdiham nəticəsində xəsarət almışdı.

İyunun 3-də Çempionlar Liqasının finalını Turinin mərkəzi meydanında izləyən azarkeşlərdən biri dünyasını dəyişib. "Yuventus"un xanım azarkeşi San-Karlo meydanında baş verən izdiham nəticəsində xəsarət almışdı. 38 yaşlı Erika Piolettinin döş qəfəsinin sıxılması nəticəsində beynində bəzi funksiyalar pozulmuşdu. Valideynləri onun orqanlarını xəstələrə köçürməyə razı olub. "Yuventus" Piolettinin ölümü ilə bağlı yaxınlarına başsağlığı verib. 

Qeyd edək ki, Turində petardaların partlamasını terakt zənn edən kütlə arasında yaşanan panikada 1.5 mindən çox insan xəsarət almışdı. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31