"Özünüməşğulluq - öz məşğulluğunu qur və ailə biznesinə yiyələn”

Bu gün Azərbaycanın sosial siyasət konsepsiyasının əsas istiqamətlərindən biri yeni iş yerlrinin açılması, əhalinin məşğulluğunun təmin olunması, məşğulluğun coğrafiyasının genişləndirilməsi, vətəndaşların ünvanlı sosial yardımdan asılılığının aradan qaldırılmasıdır.

Bu gün Azərbaycanın sosial siyasət konsepsiyasının əsas istiqamətlərindən biri yeni iş yerlrinin açılması, əhalinin məşğulluğunun təmin olunması, məşğulluğun coğrafiyasının genişləndirilməsi, vətəndaşların ünvanlı sosial yardımdan asılılığının aradan qaldırılmasıdır. Bu istiqamətdə bir çox addımlar atılır, dövlət başçısı səviyəsində fərman və sərəncamlar imzalanır. Həmin sənədlərdən  biri də 7 aprel 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən  "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" imzaladığı Sərəncamdır. Sözügedən  Sərəncam dövlət məşğulluq siyasətində keyfiyyətcə yeni bir mərhələ açmaqla özünəməşğulluq fəaliyyəti ilə işsiz və işaxtaran şəxslərin ailə bizneslərini qurmalarına, əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərini artırmalarına, həmçinin kiçik və orta sahibkarlığın inkişafına xidmət edir. Prezident İlham Əliyev qeyd edib ki, ölkədə ünvanlı dövlət sosial yardımı ilə bağlı məsələlər öz həllini tapır: "Ancaq biz elə şərait yaratmalıyıq ki, insanlar işlə təmin olunsunlar. Çünki ünvanlı dövlət sosial yardımı çox mühüm sosial təşəbbüsdür. Biz bunu icra edirik. Ancaq bəzi hallarda bu ələbaxımlıq meyillərini gücləndirir. Ona görə biz cox ciddi və düşünülmüş siyasət aparmalıyıq ki, insanlar içləyib pul qazansıanlar. Döqrudan da kimin ehtiyacı varsa, ona dövlət daim diqqət göstəcəkdir. Azərbaycan artıq yoxsulluğa qarşı mübarizədə böyük uğurlar əldə edib. Yoxsulluq aşağı səviyyədədir Azəbaycanda. Əlbəttdə ki, işləmək üçün iş yerləri olmalıdır ki, bunlar da yaradılır. Həm dövlət, həm özəl sektorlarda özünü məşğul etmək istəyənlər üçün vəsait ayrılıbdır. Bu çox ciddi məsələdir və öz həllini tapmalıdır". Məlum olduğu kimi işsiz və işaxtaranların, xüsusən  aztəminatlı ailələrin sosial müdafiəsi hər zaman Azərbaycan hökumətinin əsas prioritetlərindən olub. Azərbaycanda yoxsulluğun səviyyəsinin azaldılması, işsizliyin həddinin 5 faiz civarında saxlanılması hökumətin bu sahədə siyasi iradəsini və atdığı addımların səmərəsini göstərir. Dünyada hökm sürən iqtisadi çətinliklərə baxmayaraq Azərbaycan hökuməti tərəfindən həyata keçirilən özünəməşğulluq kimi tədbirlər nəticəsində əmək bazarını qorumaq mümkün omuşdur. Nəticədə bir il ərzində Azərbaycanda 200 minə qədər  yeni iş yerləri yaradılıb ki, həmin iş yerlərinin 40 mini prezident İlham Əliyevin tapşırığı əsasında sosial məsuliyyət çərçivəsində dövlət müəssisələri tərəfindən yaradılıb. Təkcə bu faktlar deməyə əsas verir ki, ölkədə işsiz və iş axtaranların işlə təmin olunması baxımından özünəməşğulluq konsepsiyasının olması olduqca əhəmiyyətlidir.  

Özünəməşğulluğun fəlsəfəsi

Özünənəşğulluq əmək bazarında iş qabiliyyəti olan, lakin özünə iş tapmaqda çətinlik çəkən vətəndaşların ayrıseçkiliyə məruz qalmaması üçün dövlət tərəfindən həyata keçirilən məşğulluq tədbiridir. Bu tədbirin həyata keçirilməsi sosial ədalət prinsipinin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, özünəməşğulluq proqramına həssas hesab olunan əhali qrupu- gənclər, övladlarını tək böyüdən valideyinlər, pensiya yaşına az qalmış insanlar və sair cəlb olunur. Odur ki, Azərbaycanda həyata keçirilən özünəməşğulluq  proqramını bu kateqoiyadan olan insanların aktiv şəkildə sosial müfdafiəsini təmin etmək üçün  dövlətin atdığı addım hesab etmək olar. Özünəməşğulluğun digər amili iqtisadi faktordur ki, bununla biznes potensialı olan, özünün kiçik sahibkarlığını təşkil etmək istəyən Azərbaycan vətəndaşı dövlətin verdiyi dəstəyin sayəsində öz biznesini qura bilir və iqtisadi proseslərin aktiv iştirakçısına çevrilir. Bu da həmin şəxsin gələcəkdə sosial müdafiəsinin təmin olunmasına zəmanət yaradır. Məlum olduğu kimi Azərbaycan iqtisadiyyatı şaxələndirilməsi dövrünü yaşayır. Bu zaman kənd yerlərində özünəməşğuluğun, sahibkarlığın inkişafı Azərbaycan iqtisadiyyatında yeni dinamikanın yaranmasına gətirib çıxara bilər. Çünki, özünəmşğulluq yeni iş yerlərinin yaradılmasıdır ki, bu zaman insanlar öz əməklərinin bəhrəsini dadırlar. İnsanlar öz qüvvə və bacarıqlarını yeni işin-biznesin qurulası üçün iqtisadiyyatın prioritet hesab olunan sektorlarında sərf edirlər. Vətəndaşlar turizm, kənd təsərrüfatı, infrastrukturun inkişafı, informasiya kommunikasiya texnologiyaları kimi sahələrdə öz bacarıqlarını tətbiq edirlər. Özünəməşğuluq sadalanan sahələrin inkişafına əlavə stimul verir. Bu həm də təkcə sahibkar üçün deyil, onun dostu, qonşusu və ailə üzvü üçün iş yeri, normal yaşamaq və fəaliyyət göstərmək üçün daha stabil, daha layiqli baza deməkdir. Məhz  bu məqsədlə Prezidentin Ehtiyat Fondundan 6 milyon manat vəsait ayrılıb.

Özünəməşğulluğun icra mexanizmi yaradılıb

Xatırladaq ki, "Məşğulluq haqqında" Azərbaycan Respublikasının qanununda öznəməşğulluq tədbirləri nəzərdə tutulur. Lakin indiyə qədər həmin tədbirlərin icra mexanizmi mövcud olmayıb.  Məhz özünəməşğuluq proqramının icrası məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məqsədyönlü işlər görülüb. Artıq sözgüdən proqramın icra mexanizmi tam çəkildə formalaşdırılıb. Belə ki, nazirlik tərəfindən dövlət başçısının Sərəncamının yüksək səviyyədə icrası və özünüməşğulluq fəaliyyətinin təşkili ilə əlaqədar müvafiq normativ-hüquqi bazanın formalaşdırılması, ölkənin bölgələrində kiçik və mikro sahibkarlıq fəaliyyəti sahələrinə olan tələbatın öyrənilməsi, hər bir bölgə üzrə özünməşğulluq fəaliyyəti çərçivəsində dayanıqlı və gəlir gətirə bilən biznes sahələrinin müəyyən olunması işləri görülüb. Nazirlik tərəfindən məşğulluq orqanlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensial imkanlara malik şəxslər müəyyən olunub və biznesin təşkili ilə bağlı iki aylıq təlim kurslarına cəlb ediliblər. Beynəlxalq Əmək Təşkilatının baş təlimçisinin iştirakı ilə hazırlanmış təlimçilər tərəfindən keçirilən təlim kurslarında iştirakçılar biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlara yiyələniblər. Kursları başa vuran və qiymətləndirmə zamanı biznes-planları uğurlu hesab edilən işsiz və işaxtaran şəxslərin seçdikləri iqtisadi fəaliyyət növləri üzrə özünüməşğulluq fəaliyyətinin təşkili üçün onların aktivlərlə təminatı işləri aparılıb. Özünüməşğulluq proqramı çərçivəsində Qəbələ və İsmayıllı rayonlarında bir qrup işsiz və işaxtaran şəxs ailə bizneslərini qurmaq üçün aktivlərlə (mal və materiallarla) təmin olunub. Özünüməşğulluq fəaliyyəti qurduqdan sonra da onlara biznesin idarə edilməsi və inkişafı ilə bağlı müvafiq məsləhətlərin verilməsi təmin edilir. Yəni bütün səylər ona yönəlir ki, vətəndaşlar öz ailələri üçün uğurlu iş yeri yarada bilsinlər.

Vergi ödəyicisinə çevrilən ailələr

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 7 aprel 2016-cı il tarixli "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncamı əhalinin məşğulluq səviyyəsinin artırılmasına dövlət qayğısıdır və ilk dəfə olaraq ölkəmizdə dövlət səviyyəsində özünüməşğulluq proqramının həyata keçirilməsinə əsas yaradır.  Xatırladaq ki, özünəmşğulluq proqramı çərçivəsində müs­bət də­yər­lən­di­ri­lən biz­nes-plan­la­rın 83,6 fai­zi kənd tə­sər­rü­fa­tı, 9,4 fai­zi xid­mət, 6,6 fai­zi is­teh­sal, 0,4 fai­zi ti­ca­rət sa­hə­lə­ri­ni əha­tə edir. Mə­lu­mat­la­ra gö­rə, bu iş­lə­rin il­kin mər­hə­lə­si ki­mi, 25 ra­yon üz­rə ak­tiv­lə­rin təq­dim olunn­ma­sı pro­se­si da­vam et­di­ri­lir. O cüm­lə­dən mart ayın­da Qə­bə­lə və İs­ma­yıl­lı ra­yon­la­rı üz­rə 29 nə­fər iş­ti­rak­çı­dan 22-si ak­tiv­lər­lə tə­min edi­lib. On­lar­dan 16 nə­fə­ri­nə hey­van­dar­lıq, 3 nə­fə­ri­nə arı­çı­lıq, 1 nə­fə­ri­nə ör­tü­lü tə­rə­vəz tə­sər­rü­fa­tı (is­ti­xa­na) qur­maq, 1 nə­fə­ri­nə kom­pyu­ter tə­mi­ri, çap və po­liq­ra­fi­ya iş­lə­ri apar­maq, qa­lan 1 nə­fə­ri­nə isə qə­dim xalq sə­nə­ti növ­lə­rin­dən bi­ri olan mis­gər­lik fəa­liy­yə­ti üçün mal və ma­te­ri­al­lar təq­dim edi­lib. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vurğulayıb ki, ölkə prezidentinin imzaladığı Sərəncam dövlət məşğulluq siyasətinin aktiv əmək bazarı proqramlarının əhəmiyyətli şəkildə genişlənməsinə əsaslanan yeni keyfiyyət mərhələsinə daxil olmasına şərait yaradıb: "Ayrı-ayrı dünya ölkələrində özünüməşğulluqla bağlı layihələr formatında müəyyən təcrübələr olsa da, ilk dəfə Azərbaycanda məhz dövlət səviyyəsində və bütün ölkəni əhatə edə biləcək şəkildə, geniş formada özünüməşğulluq proqramı icra olunur. Bu proqram ayrı-ayrı fərdlərin, onların timsalında ailələrin özünüməşğulluğuna yönəlsə də, nəticə etibarilə iqtisadiyyatda mühüm faktor olan kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, yeni iş yerlərinin açılması prosesinin daimi olması hədəfinə istiqamətlənib". Məhz bunun nəticəsidir ki, özünəməşğulluq proqramına cəlb olunanlar sırasında əlilliyi olan şəxslər də var. Ümumilikdə  layihələrə cəlb olunan insanlar müəyyən müddətdən sonra heyvandarlıq, quşçuluq, arıçılıq, bağçılıq, tərəvəzçilik (istixana), pərakəndə satış kimi istiqamətlər üzrə uğurlu şəkildə özünməşğulluq fəaliyyəti qurublar. Hətta bu fəaliyyətdən gəlir əldə etməklə fəal vergi və sosial sığorta ödəyicisinə çevriliblər. Onlardan bəziləri yeni işçilər də işə cəlb ediblər. Xatırladaq ki, əmək resurslarından səmərəli istifadə edilməsi, hər bir vətəndaşın layiqli yaşayış və iş yeri ilə təmin olunması ölkəmizin sosial-iqtisadi inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin milli iqtisadiyyatın sürətli inkişafını təmin edən islahatlar kursu uğurlu iqtisadi şaxələndirmə və özəl sektorun genişlənməsi şəraitində əmək tutumlu sahələrin və yeni iş yerlərinin yaradılmasının daimi prosesə çevrilməsinə səbəb olub. Məşğulluğun artımı ötən dövrdə əhalinin adambaşına gəlirlərinin dəfələrlə artmasını, bu əsasda rifah səviyyəsinin yüksəlməsini şərtləndirib. Son illərdə qlobal böhranın təsirlərinə adekvat olaraq aparılan islahatlar da ölkədə iqtisadi dayanıqlığı, xüsusən qeyri-neft iqtisadiyyatında artımı stimullaşdırıb, əmək bazarındakı sabitliyin davam etməsini, işsizliyin aşağı səviyyədə saxlanmasını təmin etməyə imkan verib. Özünəməşğulluq proqramına cəlb olunan ailələr və işaxtaranlar isə öz rifah hallarının yüksəltməklə bərabər vergi ödəyicisinə çevriliblər.   

Alim Hüseynli

Məqalə "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" hazırlanıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31