Rusiya Ali Məhkəməsi beynəlxalq terror təşkilatları ilə əməkdaşlıq edən Azərbaycan vətəndaşının həbs müddətini artırıb

Rusiya Ali Məhkəməsi Azərbaycan vətəndaşı Ramil Mirzəmovun həbs müddətini artırıb. Məhkəmənin mətbuat xidmətindən bildiriblər ki, 4 tələbəni İraq və Suriyadakı beynəlxalq terror təşkilatlarına cəlb edən R. Mirzəmov 8 il əvəzinə 8 il 4 ay həbsdə olacaq.

Rusiya Ali Məhkəməsi Azərbaycan vətəndaşı Ramil Mirzəmovun həbs müddətini artırıb. Məhkəmənin mətbuat xidmətindən bildiriblər ki, 4 tələbəni İraq və Suriyadakı beynəlxalq terror təşkilatlarına cəlb edən R. Mirzəmov 8 il əvəzinə 8 il 4 ay həbsdə olacaq. Məhkəmənin qərarına əsasən, R. Mirzəmov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.  Bildirilir ki, R. Mirzəmovun terror təşkilatlarına cəlb etdiyi iki tələbə 2014-cü ilin may ayında İraq və Suriyaya döyüşməyə yollanıb, digər iki nəfər isə onun əleyhinə ifadə verib. Apa.az"RİA Novosti"yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31