360 kiloqram zümrüdü gizlətdi: "Öldürərlər deyə, qorxdum"

Keçən ay Braziliyanın şimalında yerləşən Carnaiba bölgəsində Bahia Şirkəti tərəfindən çıxarılan 1,3 metr uzunluğunda 360 kiloqramlıq zümrüd daşı naməlum şəxsə verilib. Qiymətli daş yerin 200 metr dərinliyindən çıxarılmışdı. Nəhəng zümrüd daşının oğurlanmasının qarşısını almaq üçün onu, adının gizli saxlanıldığı bir şəxsə veriblər.

Nadir ölçüyə və çəkiyə malik olan daşın sahibinin vəkili Marsio Jander zümrüdün satışa çıxarılmasına dair bütün sənədlərin tamamlandığını bildirib. Marsionun sözlərinə görə, öldürüləcəyindən qorxduğu üçün kimliyini gizlədən zümrüd sahibi qiymətli daşın Braziliya sərhədləri içərisində yerləşən muzeylərdə nümayiş etdirilməsinə də icazə verib. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31