Prezident İlham Əliyevin Cocuq Mərcanlıya səfəri
Artıq birmənalı şəkildə əksəriyyət beynəlxalq təşkilatlar və onların rəsmiləri açıq-aşkar Ermənistanın maraqlarına xidmət edən mövqe ortaya qoyur, sərgiləyirlər. Sanki ATƏT-in Minsk qrupunun həmsədrlərindən ilham almış kimi regiona səfər edən hər bir beynəlxalq təşkilat rəsmisi öz qərəzli, beynəlxalq hüquqa zidd və Azərbaycanın maraqlarına uyğun olmayan açıqlamalar, bəyanatlar verməklə bir növ işğalçı ölkəyə dəstək nümayiş etdirirlər. Bu günlərdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri zamanı Qarabağda separatçı rejimin hərbiçiləri ilə görüşməsi də erməni maraqlarına xidmət edən addımlardan biri idi. Təəssüf doğuran hal ondan ibarətdir ki, bu mənfi tendensiya yenə də davam edir və bir-birini təkrarlayır.
16 İyun 2017 14:35 SiyasətVə beynəlxalq aləmə verilən iki mühüm mesaj
Artıq birmənalı şəkildə əksəriyyət beynəlxalq təşkilatlar və onların rəsmiləri açıq-aşkar Ermənistanın maraqlarına xidmət edən mövqe ortaya qoyur, sərgiləyirlər. Sanki ATƏT-in Minsk qrupunun həmsədrlərindən ilham almış kimi regiona səfər edən hər bir beynəlxalq təşkilat rəsmisi öz qərəzli, beynəlxalq hüquqa zidd və Azərbaycanın maraqlarına uyğun olmayan açıqlamalar, bəyanatlar verməklə bir növ işğalçı ölkəyə dəstək nümayiş etdirirlər. Bu günlərdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri zamanı Qarabağda separatçı rejimin hərbiçiləri ilə görüşməsi də erməni maraqlarına xidmət edən addımlardan biri idi. Təəssüf doğuran hal ondan ibarətdir ki, bu mənfi tendensiya yenə də davam edir və bir-birini təkrarlayır. Belə ki, vasitəçilərin səfəri ərəfəsində regiona gələn NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi də demək olar ki, həmsədrlərin mövqelərinə uyğun bir yanaşma ortaya qoyub. Belə ki, NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bölgəyə səfəri zamanı maraqlı açıqlama verib. O deyib ki, Dağlıq Qarabağ münaqişəsi zonasında sürətlə silahlanmanın mütləq şəkildə silahlı münaqişəyə səbəb olacağını düşünmək doğru deyil. Ceyms Appaturay bildirib ki, "soyuq müharibə" dövründə SSRİ ilə Birləşmiş Ştatlar da külli miqdarda silah ehtiyatı toplamışdı, lakin müharibə etmədi: "Sürətlə silahlanma aparmaq olar, amma bunun mütləq müharibəyə gətirib çıxaracağını düşünmək olmaz.
Məsələ ilə bağlı fikirlərini bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Ceyms Appaturayın Ermənistanla Azərbaycan arasındakı qarşıdurmanı Birləşmiş Ştatlarla SSRİ arasındakı qarşıdurmaya bənzətməsi mübahisə doğurur. Politoloqun sözlərinə görə, birincisi, Birləşmiş Ştatlar və SSRİ nüvə dövltələri idi və bu iki dövlət arasında müharibənin başlamamasına bu faktor təsir edirdi: "Nüvə silahı hər iki dövləti müharibədən sığortalayırdı. İkincisi, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və münaqişə davam edir. Nə SSRİ ABŞ ərazisini, nə də ABŞ SSRİ ərazisini işğal etmişdi. Üçüncüsü, nüvə faktoruna baxmayaraq, Birləşmiş Ştatlar və SSRİ bir neçə dəfə müharibə risqi ilə üz-üzə qaldı. Sovet və Amerika tankları Berlində üz-üzə gəldi, daha sonra Karib böhranı yaşandı və iki dövlət müharibənin bir addımlığında idi". Politoloq deyib ki, Azərbaycan və Ermənistan sürətlə silahlanırlar: "Azərbaycanın maliyyə imkanları silah və hərbi texnikaya milyardlarla dollar xərcləməyə imkan verir. 2000-ci ilə qədər bölgədə atəşkəsə riayət olunurdu. İndi isə vəziyyət tam fərqlidir. Hər iki dövlət xeyli silahlanıb, bu faktor da cəbhə bölgəsindəki gərginliyi və müharibə risqini artırır. Bu arada, prezident İlham Əliyev Qarabağın Cocuq Mərcanlı kəndində oldu. Keçən ilin aprelinə qədər Cocuq Mərcanlıda yaşayı yox idi. Çünki Ermənistan ordusu yaxınlıqdakı təpədən kəndi atəş altında saxlayırdı. 2016-cı ilin aprel döyüşlərində Lələtəpə yüksəkliyi Azərbaycan ordusunun nəzarətinə keçdi. Bununla da Cocuq Mərcanlı kəndinin yenidən qurulması və məcbur köçkünləri kəndə köçürmək üçün şərait yarandı. İlham Əliyev iyunun 14-də kəndin bərpa olunun evləri, məktəbi, məscidi və digər infrastukturları ilə tanış oldu. Cocuq Mərcanlı kəndində hazırda 400 ev təsərrüfatı, 1428 sakin qeydiyyatdadır". Elxan Şahinoğlunun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Cocuq Mərcanlıya səfəri beynəlxalq aləmə verilən iki mühüm mesajdır: "Birinci mesajın əhəmiyyəti odur ki, kənddə bərpa işləri başa çatıb və Azərbaycan hökuməti işğal altındakı digər kəndləri və şəhərləri də bərpa etməyə və ora məcburi köçkünləri yerləşdirməyə hazırdır. Ikinci mesajın əhəmiyyəti odur ki, rəsmi Bakı Cocuq Mərcanlı kimi digər kəndlərin də hərbi yollar azad edilməsini təmin edə bilər. Cocuq Mərcanlı kəndi sülh yolu ilə azad edilmədi, bu hərbi əməliyyatın nəticəsi idi. Bu o deməkdir ki, danışıqlar nəticə verməsə Cocuq Mərcanlı prosesi davam edə bilər". Politoloq onu da deyib ki, İlham Əliyevin Cocuq Mərcanlıya gəlişi ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə səfəri ilə üst-üstə düşdü: "Həmsədrlər əvvəlcə İrəvanda oldular, oradan Dağlıq Qarabağa gəldilər.Həmsədrlərin Bakıya da səfəri nəzərdə tutulub. Bakıdan sonra onların Qarabağa aid Cocuq Mərcanlıya səfərinin təşkili də aktualdır. Erməni separatçılarının nəzarətindəki Xankəndidə olan vasitəçilər Azərbaycanın nəzarətindəki Cocuq Mərcanlıda olmasına da ehtiyac var".
Süleyman