“Təhsil haqqında” qanuna dəyişikliklərin müsbət və mənfi tərəfləri

Milli Məclisin bu günlərdə keçirilən iclasında “Təhsil haqqında” qanuna dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb. Layihəyə əsasən, qanuna bu məzmunda 26.5-1 maddəsi əlavə edilir: “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalaviriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkil qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”. Layihə səsə qoyularaq qəbul olunub. Sadə dillə desək, ali məktəbə qəbul olmayan oğlanlar 1 il ərzində xidmətdən möhlət hüququ qazanacaqlar ki, təkrarən hazırlıq kurslarında öz bilik və bacarıqlarını artırsınlar və növbəti il yenidən ali məktəblərə qəbul olunmaq üçün şanslarını sınasınlar.

Üzeyir Cəfərov: "Bunu elə etmək lazımdır ki, həm ölkənin müdafiəsi və təhlükəsizliyi zəifləməsin, həm də savadlı gələcək çağırışçıların sayı və keyfiyyəti daha çox, daha yüksək olsun"

Milli Məclisin bu günlərdə keçirilən iclasında "Təhsil haqqında" qanuna dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb. Layihəyə əsasən, qanuna bu məzmunda 26.5-1 maddəsi əlavə edilir: "Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalaviriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkil qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir". Layihə səsə qoyularaq qəbul olunub. Sadə dillə desək, ali məktəbə qəbul olmayan oğlanlar 1 il ərzində xidmətdən möhlət hüququ qazanacaqlar ki, təkrarən hazırlıq kurslarında öz bilik və bacarıqlarını artırsınlar və növbəti il yenidən ali məktəblərə qəbul olunmaq üçün şanslarını sınasınlar.

Məsələ ilə bağlı fikirlərini bölüşən hərbi ekspert Üzeyir Cəfərov deyib ki, bu əslində çox gözəl bir addımdır və həqiqətən də gənclərimiz nə qədər savadlı, bilikli olsalar elə Silahlı Qüvvələrdə xidmətə başlıyanda, xidmət keçəndə də həm özləri üçün, həm də, komandir və rəis heyəti üçün onlarla qarşıya qoyulan tapşırıqları yerinə yetirmək daha rahat, daha asan başa gəlir. Ancaa ekspert onu da əlavə edib ki, bu yeniliyin qəbul olunması ortaya xeyli çətinlik və problemlər çıxaracaq: "Bildiyiniz kimi, il ərzində Azərbaycan Silahlı Qüvvələrinin sıralarına 4 dəfə həqiqi hərbi xidmətə çağırış həyata keçirilir. Və hər çağırışda da, ən azından on minlərlə və bəzən də daha çox şəxsi heyət əsgəri xidmətə cəlb olunurlar. Doğrusu, bildiyim məsələ ondan ibarətdir ki, adətən bu tip qanunlar qəbul olunmazdan öncə güc strukturlarının müvafiq qurumları ilə razılaşdırılır, rəylər alınır. Daha sonra isə parlamentin müvafiq komissiyasına, daha sonra isə plenar iclasa müzakirə və qəbul olunmaq üçün tövsiyyə olunur. Mənə elə gəlir ki, bu məsələdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) də rəyi alınıb. İndi ən böyük yük və çətinlik də məhz bu qurumun üzərinə düşəcək. Adi bir misal gətirmək istəyirəm. Tutaq ki, 20 min gənc oğlan SHXÇDX-nin yerlərdəki rayon və şəhər idarələri və şöbələri tərəfindən əvvəlcədən tərtib edilmiş siyahılarda 2017-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə gedəcək şəxslər kimi qeydiyyata alınıblar. Və 2017-ci ildə bu uşaqlardan müəyyən qismi ali məktəblərə qəbul olundular və yerdə qalanlar da gələn il ali təhsil almaq arzusunda olduqlarını bildirərək hazırlıq kurslarına yazıldılar. Bəs həqiqi hərbi xidmət borcunu yerinə yetirmək üçün on minlərlə çağırışçı kontingenti necə və nəyin hesabına doldurulacaq? İndi durub deyə bilərlər ki, bizdə demoqrafik məsələdə hər hansı problem yoxdur və əsgəri borcunu yerinə yetirmək üçün kifayət qədər resurslarımız var. Onda ortalığa digər sual çıxır. Birdən-birə bu qanunun tətbiqi ortalığa hansısa boşluğu çıxara bilməzmi? Şəxsi düşüncəmə və təxmini

hesablamalarıma görə, bu addım hardasa müsbət addım kimi qəbul olunsa da, bir qədər "məndən ötdü qardaşıma dəydi" məsəlini daha çox xatırladır. Dövlətin bir qurumu əslində gələcək nəsil oğlan uşaqlarının daha savadlı və bacarıqlı olması üçün irəliyə bir addım atır, amma ortalığa çoxlu problemlər, çətinliklər çıxır. Və ən böyük problem isə, indi bundan sonra başlıyacaq. Onsuz da ali təhsil almaq istəyən şəxs, qarşısına belə bir məqsəd qoyubsa, o çalışacaq ki, elə məktəb partası arxasından dərhal sonra bakalavr pilləsinə yiyələnsin. Oxumaq istəməyən, hərbi xidmətdən bu və ya digər şəkildə yayınmağa meyilli olan bəzi gənclər üçün bu ali təhsil almağ tendensiyası əlavə "vaxt öldürmək" imkanı olacaq". Hərbi ekspert onu da əlavə edib ki, Azərbaycan gəncləri çoxsaylı universitet və instututlarda müxtəlif peşə və sahələr üzrə ali təhsil alsalar bu cəmiyyətimizin, bütövlükdə ölkəmizin daha da güclü və inamlı olması anlamına gəlir: "Amma, bunu elə etmək lazımdır ki, həm ölkənin müdafiəsi və təhlükəsizliyi hardasa zəifləməsin, həm də savadlı gələcək çağırışçıların sayı və keyfiyyəti daha çox, daha yüksək olsun".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31