Gündəm
“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır”
Son illərdə təhsil siyasətinin ən mühüm məsələsi yeni dərsliklərin yazılması məsələsidir. Hər zaman diqqət mərkəzində olan bu strateji sahənin zaman-zaman ortaya çıxan problemləri ictimaiyyətin hər bir təbəqəsini narahat edir. Tədris olunan fənlər içərisində əhəmiyyətinə görə milli dəyərlərimizin, soykökümüzün və tarixi keçmişimizin öyrədilməsinə xidmət edən “Azərbaycan tarixi” fənni xüsusi yer tutur. “Azərbaycan tarixi” dərslikləri digər dərsliklər kimi artıq 2012-ci ildən yenidən yazılaraq tədris dövriyyəsinə buraxılır.
Mikayıl Cabbarov: "Startap layihələrinin icrası gənclərə və ali məktəblərə yeni imkanlar yaradır"
Universitetiərdə startap layihələrinin icrası gənclər və ali məktəblərin özləri üçün yeni imkanlar yaradır. Bunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) II Startap və İnnovasiya Festivalında çıxış edən təhsil naziri Mikayıl Cabbarov deyib. M.Cabbarov qeyd edib ki, universitetlərdə icra olunan startap layihələri kreativ, sahibkarlıq ruhu ilə yaşayan gənclərə yol açır: "Digər tərəfdən, bu, universitetlərə özlərinin biznes potensialını göstərməyə imkan verir. Biz hu layihələri Azərbaycanın gələcəyinə yönəlmiş investisiya kimi qəbul edirik. Biz ali məktəblərlə bu yolun başlanğıcındayıq. Biz ali məktəblərlə birlikdə belə layihələrlə bağlı vahid milli platfotmadan çıxış etməliyik".
Bakının elit çimərliklərində qiymətlər - SİYAHI
Həftəsonu istirahət məkanları sırasında aquaparklar aktuallaşıb. Onların üstünlüyü odur ki, insanlar həmin məkanlarda bir günlük istirahət etmək imkanı qazanırlar.
“Sərgüzəşti Vəziri Xani Lənkəran” bölgələrdən döndü
Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Respublikamızın bölgələrində qastrol səfərini uğurla başa vurub. Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramı çərçivəsində baş tutan qastrol səfəri çərçivəsində yaradıcı heyət milli dramaturgiyamızın banisi, ölməz Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti Vəziri Xani Lənkəran” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə Respublikanın şimal –qərb bölgəsində –Qəbələ, Oğuz, Balakən rayonlarında çıxış edib.
“Ən kiçik təcavüz olarsa...” - Ərdoğandan ABŞ-a SƏRT MESAJ
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Portuqaliyanın RTP kanalına müsahibəsində ABŞ-a sərt mesajlar göndərib. Prezident ötən ay amerikalı həmkarı Donald Trampa xəbərdarlıq etməsinə baxmayaraq, ABŞ-ın Rakka əməliyyatını PYD/PKK terror təşkilatı ilə birgə həyata keçirməkdə israr etdiyini söyləyib.
“Mən gəldim qızlar” “Səhnədən salam”dan qayıtdı
Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Qazaxıstan Respublikasının paytaxtı Astanada hər il ənənəvi keçirilən “Səhnədən salam” V Beynəlxalq Teatr Festivalından uğurla dönüb. Teatrdan “Olaylar” – a bildirilib ki, festival Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinin paytaxt elan olunmasının 19 illiyi, Qazaxıstanın görkəmli teatr və kino rejissoru, Qazaxıstanın Xalq Artisti və qəhrəmanı Azərbaycan Mambetovun anadan olmasının 85 illik yubileyi və “EKSPO - 2017” Beynəlxalq sərgisi münasibətilə iyun ayının 12-də start götürüb. İyun ayının 17-dək davam edəcək festivalda yaradıcı heyət görkəmli İsveç dramaturqu Lars Nurenin “Mən gəldim qızlar” (“Müharibə”) tamaşası ilə iştirak edib. Tamaşa həmçinin paytaxt teatrı olan “Jastar”da nümayiş etdirilib. Gənc Tamaşaçılar Teatrının təqdim etdiyi “Mən gəldim qızlar” (“Müharibə”) tamaşasını seyr edənlər arasında ölkəmizi Qazaxıstan Respublikasının səlahiyyətli səfiri Rəşad Məmmədov və Astanada yaşayıb fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbərliyi və fəalları da var idi.
“Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri” mövzusunda konfrans keçirilib
Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə (MİTDİB) iyunun 16-da Bakı şəhərində “Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri” mövzusunda konfrans keçirilib. Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirə KİV, QHT nümayəndələri, internet-sosial şəbəkə fəalları qatılıblar.
“Gənc ailələrdə ailədaxili münasibətlər, milli-mənəvi dəyərlər və müasirlik!” adlı konfrans keçiriləcək
Qadın və Gənc Ailələrin Sosial İnkişafı İctimai Birliyinin və Narınc Uşaq Psixologiya Mərkəzinin birgə təşkilatçılığı ilə şimal zonasında “Gənc ailələrdə ailədaxili münasibətlər, milli-mənəvi dəyərlər və müasirlik!” adlı konfrans keçiriləcək.
Ali məktəblərdə 1-2 akademik borcu olan oğlan tələbələrin hərbi xidmətlə bağlı problemləri həll olunub
Bu ildən ali məktəblərdə 1 və ya 2 akademik borcu olan oğlan tələbələrin hərbi xidmətlə bağlı yaranan problemləri həll olunacaq. Təhsil Nazirliyinin aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev bildirib ki, əvvəllər oğlan tələbələrin tədris müddətində akademik borcları qalırdısa, onlar həmin borcu hərbi xidmətdən sonra vermək məcburiyyətində qalırdı.
“Həmsədrlərin regiona səfəri işçi xarakter daşıyır”
“ATƏT-in Minsk qrupunun regiona səfəri çox vaxt işçi və banal xarakter daşıyır”. Bunu politoloq Zaur Məmmədov bildirib. O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tərəflərin mövqeyi aydındır: “Həmçinin Rusiya, ABŞ və Fransanın da yanaşması bəllidir. Dağlıq Qarabağ münaqişəsi dünyanın yeganə münaqişəsidir ki, dünyada bir-birinə qarşı daim mübarizə aparan güclərin bu münaqişə ilə bağlı maraqları üst-üstə düşür. Belə olan təqdirdə biz hansı proqresdən danışa bilərik?”.
Ermənistanda kim daha səmimidir – Baş nazir qayınata, yoxsa nazir müavini kürəkən?
Türkmənistanda enerji xartiyasına həsr olunmuş beynəlxalq forumda Ermənistanı enerji və təbii ehtiyatlar nazirinin müavini Ayk Arutyunyan təmsil etdi. O, Rusiya- Gürcüstan-Ermənistan - İran elektrik nəqli layihəsinin reallaşması imkanları barədə məlumat verdi. Eləcə də açıq şəkildə etiraf etdi ki, hələlik İran-Ermənistan-Gürcüstan qaz nəqli barədə ciddi bir razılaşma yoxdur, infrastrukturlar da hazır deyil.
Müğənnidən sensasiyalı açıqlama: "Ölənlərin sayı 150-yə yaxındır, məsələ ört-basdır edilir" - VİDEO
Britaniyanın məşhur müğənni, bəstəkar və aktrisası Lili Rouz Kuper Londonda baş verən faciə ilə bağlı sensasiyalı açıqlama verib. Lili Allen adı ilə tanınan 32 yaşlı müğənni iddia edib ki, yanğın nəticəsində ölənlərin sayı 150-yə yaxındır və onların da çoxu uşaqlardır. O, 4-cü kanala müsahibəsi zamanı, həmçinin höküməti və medianı dürüst olmamaqda, məsələnin ör- basdır etməkdə günahlandırıb.
Oksana Rəsulova “Maşın” şou haqqında bütün həqiqəti açdı
“Maşın şou”nun finalına qədər gəlib çıxan, lakin qalib ola bilməyən aktrisa və rəqqasə Oksana Rəsulova veriliş haqqında təəssüratlarını sosial şəbəkədə paylaşıb. Tanınmış ulduz bu verilişdən böyük təcrübə və həyat dərsi çıxardığını etiraf edib: "Bu gözəl televiziya şousuna görə peşəkar teleaparıcı, şoumen, aktyor və sadəcə yaxşı insan Murad Dadaşova çox böyük təşəkkürümü bildirmək istəyirəm.
Dünyanı gözləyən BÖYÜK FƏLAKƏT: 2050-ci ilə qədər...
İqlimşünasların bildirdiyinə görə, qlobal istiləşmənin nəticəsi olaraq 2050-ci ilə yaxın sahil ərazilərdə daşqınların sayı xeyli çoxalacaq. Priston universitetinin mütəxəssislərinin bu gün “Environmental Research Letters” dərgisində nəşr olunan məqaləsinə görə, əvvəllər 100 ildə bir dəfə olan dəhşətli daşqınlar, əsrin ortalarında demək olar ki, hər il baş verəcək.
Banqkokda güclü partlayış: yaralı var
Banqkokda güclü partlayış baş verib. Polis ən azı 1 nəfərin yaralanması barədə xəbər verib. Polisin verdiyi xəbərə görə, partlayıcı qurğu plastik paketə qoyularaq kolların arasında gizlədilibmiş. Ərazini təmizləyən şəxs paketi götürmək istəyərkən partlayış baş verib.



.jpg)










