Müğənnidən sensasiyalı açıqlama: "Ölənlərin sayı 150-yə yaxındır, məsələ ört-basdır edilir" - VİDEO
Britaniyanın məşhur müğənni, bəstəkar və aktrisası Lili Rouz Kuper Londonda baş verən faciə ilə bağlı sensasiyalı açıqlama verib. Lili Allen adı ilə tanınan 32 yaşlı müğənni iddia edib ki, yanğın nəticəsində ölənlərin sayı 150-yə yaxındır və onların da çoxu uşaqlardır. O, 4-cü kanala müsahibəsi zamanı, həmçinin höküməti və medianı dürüst olmamaqda, məsələnin ör- basdır etməkdə günahlandırıb.
16 İyun 2017 13:15 DünyaBritaniyanın məşhur müğənni, bəstəkar və aktrisası Lili Rouz Kuper Londonda baş verən faciə ilə bağlı sensasiyalı açıqlama verib. Lili Allen adı ilə tanınan 32 yaşlı müğənni iddia edib ki, yanğın nəticəsində ölənlərin sayı 150-yə yaxındır və onların da çoxu uşaqlardır. O, 4-cü kanala müsahibəsi zamanı, həmçinin höküməti və medianı dürüst olmamaqda, məsələnin ör- basdır etməkdə günahlandırıb.
Qeyd edək ki, Grenfell Tower-dəki yanğın nəticəsində rəsmi açıqlamaya görə, 17 nəfər ölüb, 11 nəfər isə binanın içərisindədir. Müğənni daha sonra Tvitter-də status yazaraq bildirib ki, onun bu sensasiyalı açıqlamasından sonra BBC onun şou proqramını ləğv edib. Milli.az "Mirror"a istinadla xəbər verir.