“Sərgüzəşti Vəziri Xani Lənkəran” bölgələrdən döndü
Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Respublikamızın bölgələrində qastrol səfərini uğurla başa vurub. Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramı çərçivəsində baş tutan qastrol səfəri çərçivəsində yaradıcı heyət milli dramaturgiyamızın banisi, ölməz Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti Vəziri Xani Lənkəran” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə Respublikanın şimal –qərb bölgəsində –Qəbələ, Oğuz, Balakən rayonlarında çıxış edib.
16 İyun 2017 13:33 Teatr və kinoGənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Respublikamızın bölgələrində qastrol səfərini uğurla başa vurub. Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı çərçivəsində baş tutan qastrol səfəri çərçivəsində yaradıcı heyət milli dramaturgiyamızın banisi, ölməz Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti Vəziri Xani Lənkəran" əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə Respublikanın şimal -qərb bölgəsində -Qəbələ, Oğuz, Balakən rayonlarında çıxış edib.
Sözügedən tamaşanı rayon İcra Hakimiyyətinin rəhbərliyi, məktəblilər və geniş tamaşaçı auditoriyası maraqla izləyiblər.
Tamaşanın quruluşçu rejissoru Xalq Artisti, Prezident Təqaüdçüsü, Şöhrət ordenli Cənnət Səlimovadır. Əsas obrazları Əməkdar Artistlər Gülər Nəbiyeva, Leyli Vəliyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Məsumə Babayeva Şəbnəm Hüseynova, Zülfiyyə Alhüseynova, Aydın Dəmirov, Kərəm Hadı-zadə, Ramil Məmmədov, Elnur Hüseynov ifa ediblər.