“Mən gəldim qızlar” “Səhnədən salam”dan qayıtdı

Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Qazaxıstan Respublikasının paytaxtı Astanada hər il ənənəvi keçirilən “Səhnədən salam” V Beynəlxalq Teatr Festivalından uğurla dönüb. Teatrdan “Olaylar” – a bildirilib ki, festival Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinin paytaxt elan olunmasının 19 illiyi, Qazaxıstanın görkəmli teatr və kino rejissoru, Qazaxıstanın Xalq Artisti və qəhrəmanı Azərbaycan Mambetovun anadan olmasının 85 illik yubileyi və “EKSPO - 2017” Beynəlxalq sərgisi münasibətilə iyun ayının 12-də start götürüb. İyun ayının 17-dək davam edəcək festivalda yaradıcı heyət görkəmli İsveç dramaturqu Lars Nurenin “Mən gəldim qızlar” (“Müharibə”) tamaşası ilə iştirak edib. Tamaşa həmçinin paytaxt teatrı olan “Jastar”da nümayiş etdirilib. Gənc Tamaşaçılar Teatrının təqdim etdiyi “Mən gəldim qızlar” (“Müharibə”) tamaşasını seyr edənlər arasında ölkəmizi Qazaxıstan Respublikasının səlahiyyətli səfiri Rəşad Məmmədov və Astanada yaşayıb fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbərliyi və fəalları da var idi.

Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Qazaxıstan Respublikasının paytaxtı Astanada hər il ənənəvi keçirilən "Səhnədən salam" V Beynəlxalq Teatr Festivalından uğurla dönüb. Teatrdan "Olaylar" - a bildirilib ki, festival Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinin paytaxt elan olunmasının 19 illiyi, Qazaxıstanın görkəmli teatr və kino rejissoru, Qazaxıstanın Xalq Artisti və qəhrəmanı Azərbaycan Mambetovun anadan olmasının 85 illik yubileyi və "EKSPO - 2017" Beynəlxalq sərgisi münasibətilə iyun ayının 12-də start götürüb.

İyun ayının 17-dək davam edəcək festivalda yaradıcı heyət görkəmli İsveç dramaturqu Lars Nurenin "Mən gəldim qızlar" ("Müharibə") tamaşası ilə iştirak edib. Tamaşa həmçinin paytaxt teatrı olan "Jastar"da nümayiş etdirilib.

Gənc Tamaşaçılar Teatrının təqdim etdiyi "Mən gəldim qızlar" ("Müharibə") tamaşasını seyr edənlər arasında ölkəmizi Qazaxıstan Respublikasının səlahiyyətli səfiri Rəşad Məmmədov və Astanada yaşayıb fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbərliyi və fəalları da var idi.

Teatr sənəti sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, dünya klassiklərinin, klassik dram nümunələrinin gənc nəslin təhsilində təbliğ edilməsi məqsədilə keçirilən festivalda 10 xarici və qazax teatr kollektivi iştirak edir. Festivalda ölkəmizlə yanaşı, Rusiya, Qırğızıstan, Özbəkistan və Qazaxıstanın aparıcı teatrları da təmsil olunurlar.

Festivalın ekspert şurasında Qazaxıstan, Rusiya, Almaniya, Moldovadan dəvət edilmiş tanınmış teatrşünas alimlər, beynəlxalq teatr festivallarının rəhbərləri təmsil olunaraq, tamaşalarda və müzakirələrdə iştirak ediblər.

Hər nümayiş etdirilən tamaşadan sonra festivalın fəxri qonaqları və münsiflər heyəti səhnə əsəri haqqında öz fikirlərini, aktyorlara tövsiyələrini bildirirlər. "Mən gəldim qızlar" haqqında maraqlı rəylər bildirən münsiflərin sözlərinə görə festivalın yeni start götürməsinə baxmayaraq aktyorlarımızın ifa etdiyi səhnə əsəri rejissor işi və aktyor ifası baxımında olduqca peşəkardır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31