Gündəm

Ölümü öncəsi anasına dedikləri hər kəsi duyğulandırdı - VİDEO

16 İyun 2017 13:03

Londonda iki gün öncə yanan 24 mərtəbəli binada öləcəyini anlayan 27 yaşlı italiyalı Qloria Trevisanın anasına zəng edərək: "Salamat qal, ana, mənə bəxş etdiyin hər şey üçün təşəkkür edirəm" dediyi ortaya çıxıb.

Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydaları dəyişdirilib

16 İyun 2017 13:01

“Azərbaycanda ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarına dəyişikliklər edilib”. Bu barədə Təhsil Nazirliyində keçirilən brifinqdə nazirliyin aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev deyib. O bildirib ki, Təhsil Nazirliyində Nazirlər Kabinetinin qərarına əsasən, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” 2013-cü il 24 dekabr tarixli qərar dəyişdirilib.

Azərbaycanlı “canlı bombalar” saxlanıldı

16 İyun 2017 12:59

Türkiyədə 5 İŞİD-çi Suriya sərhədində yaxalanıb. Saxlanılarn qadınların üzərində çoxlu sayda partlayıcı maddə və "canlı bomba"lara məxsus gödəkçələr olan terrorçuların olduğu bildirilir. Onların arasında Azərbaycan vətəndaşları Sərxan Əliyev (29), Gülnur Şirməmmədova (37), Nazənin Zeynalova (42) da olub. 

Hüseyn Cavid prospektində yeni piyada keçidi istifadəyə verilib 

16 İyun 2017 12:58

Yasamal rayonu Hüseyn Cavid prospektində yeni piyada keçidi istifadəyə verilib. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, keçidin istifadəyə verilməsi mərasimində "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov və cəmiyyətin digər rəhbər şəxsləri iştirak ediblər.

GUAM-ın işçi qrupunun növbəti iclası keçirilir

16 İyun 2017 12:58

Cari ilin sentyabr ayında Yaponiyanın Tokio şəhərində keçiriləcək “JATA” beynəlxalq turizm sərgisi çərçivəsində ölkəmizin GUAM təşkilatına üzv ölkələrlə birgə iştirakı nəzərdə tutulub. ”OLAYLAR”-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, bununla əlaqədar 15 – 16 iyun tarixində Ukraynanın Kiyev şəhərində adıçəkilən təşkilat mədəniyyət və turizm üzrə işçi qrupunun növbəti iclasını keçirməkdədir. Qeyd edilən tədbirdə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Regionlarda turizmin inkişafı sektorunun baş məsləhətçisi Leyla Verdiyeva və Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev təmsil edir.

Bahar Muradova: “Azərbaycan regional və beynəlxalq aləmdə beynəlxalq hüququn prinsiplərinə əməl edib”

16 İyun 2017 12:50

“Hər bir cəmiyyətin qarşısında duran əsas məqsəd dayanıqlı inkşafı təmin etməkdir. Azərbaycan bütün mənalarda götürdüyü öhdəliklərə məsuliyyətlə yanaşıb. Ölkədə təhlükəsizlik və sülh mühiti mövcud olmalıdır, belə olmasa, inkişafa nail olmaq mümkün deyil”.

Amerikalı alimlər Əlyazmalar İnstitutunda

16 İyun 2017 12:51

Amerikalı alimlər Əlyazmalar İnstitutunun fondunda qorunan əski mətbuat nümunələri ilə tanış olublar. Akademiyadan “Olaylar” – a bildirilib ki, ABŞ-ın Kanzas Universitetinin alimləri - Levis Mennerik və Mehrəngiz Nəcəfizadə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.

AMEA-nın Direktorlar Şurasının  iclası

16 İyun 2017 12:51

AMEA-nın elmi müəssisələrinin Direktorları Şurasının iclası keçirilib. Akademiyadan “Olaylar” – a bildirilib ki, tədbirdə AMEA-nın prezidenti, vitse-prezidentləri, akademik-katibi, elmi bölmələrin akademik-katibləri, institut və təşkilatların direktorları, AMEA Rəyasət Heyəti aparatının məsul əməkdaşları iştirak ediblər. AMEA-nın prezidenti, akademik Akif Əlizadə  gündəlikdə olan məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Birinci məsələ AMEA-nın magistraturasının ilk buraxılışı və magistraturaya növbəti qəbul haqqında olub. Alim qısa zaman ərzində Akademiyanın təhsil sahəsində əldə olunan uğurlarından danışıb.

MEK – də Georq Hazai kolleksiyası rəqəmsallaşdırıldı

16 İyun 2017 12:48

 AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) macar türkoloq alimi Georq Hazainin kolleksiyasının rəqəmsallaşdırılması mövzusunda təqdimat keçirilib. Kitabxanadan “Olaylar” – a bildirilib ki, MEK – in  direktoru Leyla İmanova fondlarda saxlanılan incilərin, şəxsi kitab kolleksiyalarının, yeni sənədlərin təqdimatlarının həftədə iki dəfə keçirildiyini, amma rəqəmsallaşdırılmış materialların təqdimatının MEK təcrübəsində ilk olduğunu bildirib. Direktor bu günlərdə Macarıstanın paytaxtı Budapeştdə Hazainin ev muzeyinin kitabxanasının açılışında iştirak etdiyini, dahi macar yazıçısı İmre Madaçın “İnsan faciəsi” əsərinin (azərbaycan dilində) və “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” adlı elmi konfransın materiallarının da daxil olduğu rəqəmsallaşdırılmış kolleksiyanın 3 cilddən ibarət nüsxəsini kitabxanaya təqdim etdiyini vurğuladı. L.İmanova açılışda Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevin, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin, macar türkoloqu Maria Kenneşinin də iştirak etdiyini qeyd edib. MEK rəhbəri kitabxana əməkdaşlarının ev muzeyi kitabxanasından ödənişsiz istifadə edə biləcəklərini qeyd etdi.

Nazir mükafatlandırdı

16 İyun 2017 12:48

Tamaşaçılar Teatrının istedadlı aktrisası, əməkdar artist Kəmalə Hüseynova Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayev tərəfindən Fəxri Fərmanla mükafatlandırılıb.

Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin 98 – ci sessiyası keçirilib

16 İyun 2017 12:47

Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin 98 – ci sessiyası öz işini yekunlaşdırıb. “OLAYLAR”-ın xəbərinə görə, sessiyada Azərbaycanı Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Sessiyada etimadnamələr haqqında məruzə, Beynəlxalq Dəniz Təşkilatının digər üzvlərinin qərarları, əsas sənədlərə dair düzəlişlərin qəbulu və nəzərdən keçirilməsi, BDT – nin sənədlərinin erkən tətbiqi, dənizdə təhlükəsizliyin artırılmasına dair tədbirlər və s. müzakirə olunub. Azərbaycan nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri, sessiyaya qatılmış bir sıra üzv dövlətlərin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib.

Sabiq amerikalı həmsədr: “Ermənistan işğal etdiyi torpaqlardan çıxmalıdır”

16 İyun 2017 12:42

“Dağlıq Qarabağ münaqişəsi regionun iqtisadi inkişafına və təhlükəsizliyinə əsas maneədir. Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Bu torpaqlardan çıxmaq və ümumi dil tapmaq lazımdır”.

Azərbaycan prezidenti: “Avropa İttifaqı ilə əlaqələrimizin genişləndirilməsi üçün səylər göstərməyə hazırıq” -  YENİLƏNİB

16 İyun 2017 12:39

Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının genişlənmə danışıqları və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Hanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bakıda I sinfə qəbulun ilk mərhələsi yekunlaşıb

16 İyun 2017 12:26

Paytaxtın ümumi təhsil məktəblərində 2017-2018-ci dərs ili üçün I sinfə şagird qəbulunun ilk mərhələsi yekunlaşıb. Bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsindən bildirilib. Məlumata görə, indiyədək I sinfə şagird qəbulu ilə bağlı elektron sistem vasitəsilə 44 000-dən çox uşaq qeydiyyatdan keçib.

Metyu Brayza: “ABŞ və Rusiya razılaşmasa, Qarabağ məsələsi həll olunmayacaq”

16 İyun 2017 12:24

“ABŞ və Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə öz töhfələrini verməyincə, mən münaqişənin həllində irəliləyiş gözləmirəm”. Bu sözləri ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza deyib.