Amerikalı alimlər Əlyazmalar İnstitutunda
Amerikalı alimlər Əlyazmalar İnstitutunun fondunda qorunan əski mətbuat nümunələri ilə tanış olublar. Akademiyadan “Olaylar” – a bildirilib ki, ABŞ-ın Kanzas Universitetinin alimləri - Levis Mennerik və Mehrəngiz Nəcəfizadə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.
16 İyun 2017 12:51 SosialAmerikalı alimlər Əlyazmalar İnstitutunun fondunda qorunan əski mətbuat nümunələri ilə tanış olublar. Akademiyadan "Olaylar" - a bildirilib ki, ABŞ-ın Kanzas Universitetinin alimləri - Levis Mennerik və Mehrəngiz Nəcəfizadə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.
Alimlər XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda gender bərabərliyi, qadın azadlığı, insan haqları məsələləri və təhsil problemləri mövzusunda araşdırmalar məqsədi ilə müəssisənin fondunda qorunan əski mətbuat nümunələri ilə tanış olublar.
İnstitutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli ilə görüşdə qonaqlara Azərbaycan ədəbiyyatında və folklorunda qadın azadlığı, ailə münasibətləri haqqında məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.