Gündəm

Səlim Müslümov Qəbələ rayonunda 6 rayonun sakinləri ilə görüşüb

16 İyun 2017 12:16

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qəbələ rayonunda bu rayonun və Şəki, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.    

“Bakcell”dən “Mənim saatım” adlı yeni limitsiz internet paketi

16 İyun 2017 12:14

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti yüksəksürətli mobil internetdən faydalanmaq istəyən abunəçilər üçün “Mənim saatım” adlı innovativ internet paketi təqdim edir. Bu yeni məhsul sayəsində abunəçi gün ərzində bir dəfə 60 dəqiqəlik bir müddət seçə və həmin vaxt üçün cəmi 50 qəpik ödəməklə, internetdən limitsiz istifadə edə bilər.

5099 nəfər uşaq PKK – ya üzv olub

16 İyun 2017 12:11

Türkiyənin Daxili İşlər nazirliyi PKK terror qruplaşmasına qoşulanlar haqqında hesabat xarekterli məlumat yayıb. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, nazirliyin məlumatına əsasən hər il terror qruplaşmasına Türkiyə daxilində  üzv olmaq istəyənlərin sayı azalır. Ölkə xaricində, əsasən də Suriyadan bu terror qruplaşmasına ciddi maraq olduğu bildirilir.

Kolumbiyanın xarici işlər naziri Azərbaycanda işgüzar səfərdədir

16 İyun 2017 12:10

Kolumbiya Respublikasının xarici işlər naziri Maria Anxela Olgin 16-19 iyun 2017-ci il tarixlərində Azərbaycanda işgüzar səfərdədir. Bu barədə XİN-dən “Olaylar2a verilən məlumata görə, səfər əsnasında nazir Maria Anxela Olginin 16 iyunda xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub. Həmçinin, Azərbaycana səfər çərçivəsində nazir Maria Anxela Olgin regionlara səfər edəcəkdir. Mətbuat konfransı nəzərdə tutulmayıb. 

Rusiya və İrana qarşı Qərbin sərt xətt siyasəti Azərbaycanın ABŞ üçün önəmini artıracaq

16 İyun 2017 12:08

“ABŞ senatının Rusiyaya qarşı sanksiyalar paketini qəbul etməsi və İrana qarşı bu istiqamətdə çalışmalar başlanılması, regionda yeni siyasi situasiyanı dəyişəcək”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib.

Silahlı Qüvvələrin genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək

16 İyun 2017 12:07

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən iyun ayının 19-dan döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.

Rəsulzadə bələdiyyəsi qəsəbə sakinləri üçün iftar verdi

16 İyun 2017 12:06

M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən mərhəmət və şəfqət ayı olan Ramazan ayında qəsəbə sakinləri üçün iftar süfrəsi verilib. “OLAYLAR”-ın xəbərinə görə, iftar süfrəsində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, YAP Binəqədi rayon təşkilatının təlimatçıları Rahil Şükürov, Natiq İsmayılov, qəsəbə əraisində yaşayan aztəminatlı ailələr, qaçqın və məcburi köçkünlər, ahıl və kimsəsizlər, şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları və əlilləri və sağlamlıq imkanları məhdud olan sakinlər iştirak edib.

Şəhid bulağına qoyulan sayğacın göstəricilərini “Azərsu” ödəyəcək

16 İyun 2017 12:05

Mingəçevir şəhərindəki altı şəhidin adına salınmış bulağa qoyulan su sayğaclarının göstəriciləri "Azərsu" Səhmdar Cəmiyyətinin hesabına ödəniləcək. “OLAYLAR”-ın xəərinə görə, bu barədə məlumatı həmin şəhərdən olan millət vəkil Aydın Mirzxəzadə verib.

Cocuq Mərcanlı ilə bağlı maraqlı təklif

16 İyun 2017 12:04

“Turizm şirkətləri yerli turpaketlərə Cocuq Mərcanlı kəndini də daxil etsin". “OLAYLAR”-ın xəbərinə görə, belə bir maraqlı təkliflə tanınmış jurnalist Səadət Məmmədova çıxış edib. O, qeyd edib ki, turpaketə birgünlük Cocuq Mərcanlı (Horadizi də) əlavə etmək olar: "Oraya getmək istəyən, görmək istəyən çoxdur. Amma hamının imkanı yoxdur. Hər sadə vətəndaş, yerli turist Cocuq Mərcanlı haqda 1 kəlmə status yazsa, şəkil paylaşsa bu, ˝˝Böyük qayıdış˝ın ən gözəl və ən təbii təbliği olar. Turizm şirkətləri həm pul qazanar, həm də vətənpərvərlik təşviq edilər".`

ABŞ generalı Azərbaycana təşəkkür etdi

16 İyun 2017 12:00

ABŞ Silahlı Qüvvələrinin Qərargah rəisləri komitəsinin rəhbəri, general Cozef Danford ABŞ Konqresinin Nümayəndələr Palatasında Müdafiə Nazirliyinin büdcəsi barədə dinləmələr zamanı ABŞ-ın Əfqanıstandakı əməliyyatlarında Azərbaycanın böyük rolunu qeyd edib.

İstanbulda YENƏ ƏMƏLİYYAT - Qadınlar da saxlanıldı

16 İyun 2017 11:56

İstanbul polisi narkotika alverçilərinə qarşı yeni əməliyyat keçirir. Bu barədə şəhər polsi idarəsi xəbər yayıb. Məlumata görə, keçirilən əməliyyat çərçivəsində artıq saxlanılanlar var, onların arasında qadınların da olduqları bildirilib. Saxlanılan şəxslərin adları açıqlanmayıb.

Cəbhə xəttində gərginlik artır

16 İyun 2017 11:55

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və piyadanın döyüş maşınından (1 mərmi) da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 129 dəfə pozub.

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub

16 İyun 2017 11:54

“OLAYLAR”-ın Müdafiə Nazirkiyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi təxribatın qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Şahvələdov Sultan Niyaz oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Londonun şərqi yenə alışdı - VİDEO

16 İyun 2017 11:50

Londonun şərqində daha bir binada yanğın baş verib. Yanğın üçmərtəbəli binanın son mərtəbəsində başlanıb. Yanğının səbəbi hələlik məlum deyil.

Hansı ölkələr Azərbaycanın dostu sayır? - SORĞU

16 İyun 2017 11:48

Bakıda "Hansı ölkələr Azərbaycanın dostu sayır?" sualı ilə bağlı sorğu keçirilib. “ACT Azərbaycan”ın 19 aprel – 1 may tarixlərində Bakı şəhərində apardığı sorğunun nəticələrini təqdim edir.