Gündəm
Yəməndə həlak olanların sayı 11 mini ötdü
Yəməndə 2014-cü ildən davam edən silahlı münaqişə 11 250 insanın həyatına son qoyub. Ölənlərin əksəriyyəti qadın və uşaqlardır. SABA agentliyi yazır ki, təkcə 2017-ci ilin əvvəlində Yəməndə hərbi qarşıdurma nəticəsində 500-dən çox insan həlak olub. 2014-cü ildən etibarən ölkədə qaçırılan və itkin düşənlərin sayı 18 min nəfərə çatıb.
Əbülfəs Qarayev: “İşğalçı qonşularımız mədəniyyət abidələrimizi özününküləşdirməyə çalışır”
“Qonşu dövlət Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında milli sərvətlərimizin, tarixi abidələrin dağıdılması ilə məşğuldur. Artıq bu nümunə münaqişədə kimin günahkar olduğunu aydın göstərir”. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransının açılış mərasimində deyib.
Metyu Brayza: “ABŞ rəhbərliyində Qarabağ münaqişəsinin həlli ilə məşğul olacaq siyasətçi yoxdur”
“Dağlıq Qarabağ münaqişəsinin həllində 25 ildir irəliləyiş olmadığı barədə düşüncə doğru deyil”. Bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza Bakıda “Caucasus İnternational” jurnalının nəşrinin 5 illiyinə həsr edilmiş “Cənubi Qafqaz beynəlxalq arenada: Region və ətrafında əməkdaşlıq və rəqabət" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
"Azərbaycan nəqliyyat-tranzit imkanlarının artırılmasına böyük həcmdə sərmayə yatırır"
ABŞ-da məşhur və geniş auditoriyaya malik olan Con Batçelor Şou radio verilişi canlı yayımda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun müsahibəsini yayımlayıb.
Debüt matçındakı qol sabiq "Qarabağ"lıya təklif gətirdi
"Qarabağ"ın sabiq hücumçusu Samuel Armenteros komandasını dəyişə bilər. Ötən mövsümü "Herakles"in heyətində keçirmiş 27 yaşlı futbolçu Hollandiyanın başqa klubundan təklif alıb.Belə ki, forvardın xidmətində "Vitess" maraqlıdı. Erediviziyanın son mövsümündə 29 oyunda 19 qolla yadda qalan Armenteros bununla diqqəti cəlb etməyi bacarmışdı. İsveç yığmasında debüt etdiyi matçda (1:1) Norveçin qapısına yol tapması isə "Vitess" rəhbərliyinin fikrini qətiləşdirib. Hollandiya çempionatının ötən mövsümünü "Herakles"dən 5 pillə öndə, yəni 5-ci yerdə bitirən "Vitess" Armenterosa rəsmi təkliflə müraciət edib. Keçmiş "Qarabağ"lının daha iddialı kluba keçmək şansından yararlanacağı gözlənilir.
Əfqan Muxtarlı ilə bağlı qətnaməyə XİN-dən reaksiya
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa Parlamentində Azərbaycan ilə əlaqədar qəbul edilmiş qətnaməyə münasibət bildirib. XİN nümayəndəsi qətnaməni qərəzli adlandırıb: "2017-ci il iyunun 15-də Avropa Parlamenti tərəfindən Əfqan Muxtarlı ilə bağlı qətnamə qəbul edilib. Cəmi 20 dəqiqəyə yaxın davam edən müzakirələr nəticəsində qəbul edilmiş bu qərəzli və uydurma xarakterli sənəd heç bir hüquqi qüvvəyə malik deyil və hər hansı hüquqi və digər nəticə doğurmur.
Azərbaycan millisi uduzub Ermənistana rəqib oldu
Bolqarıstanda kişi həndbolçular arasında İnkişaf etməkdə olan ölkələrin çempionatında qrup mərhələsinin oyunları başa çatıb. İlk 2 turdan sonra aktivində 2 xalı olan Azərbaycan millisi sonuncu oyunda Kiprlə üz-üzə gəlib. Qarşılaşma həndbolçularımız üçün uğursuz alınıb. Komandamız 28:32 (13:18) hesabı ilə uduzmaqla, 1/4 final şansını dəfn edib. Rəqiblərimizdən Kiprlə yanaşı, təmsilçimizi məğlub edən Bolqarıstan da mərhələ adlayıb.
Türkiyədə suriyalı qaçqınlarla yerli sakinlər arasında kütləvi dava
Türkiyənin Sakarya vilayətində suriyalı qaçqınlarla yerli sakinlər arasında kütləvi dava düşüb. Qarşıdurmada ümumilikdə 100-ə yaxın insan iştirak edib. Davaya suriyalı qaçqınlardan biri ilə işəgötürən arasında mübahisə səbəb olub. Belə ki, mübahisəyə digər qaçqınlar və yerli sakinlər də qoşulublar. Suriyalıların avtomobillərə və evlərin pəncələrinə daş atdığı bildirilir. Hadisə yerinə gələn polis əməkdaşları dava salan suriyalıları saxlayıblar.
Əli Həsənov: “Çətinliklərin çoxu arxada qalıb”
“Dayanıqlı İnkişaf Məqsədləri Proqramının təməl prinsipləri əməkdaşlıqdan ibarətdir. Müstəqillik illərində əldə edilən nailiyyətlər göstərir ki, Azərbaycan iqtisadi potensiala malikdir. Müstəqilliyin ilk illərində ölkə çətin durumda idi, Ermənistan tərəfindən torpaqlar işğal edilmişdi, ölkə daxilində qeyri-sabitlik hökm sürürdü. Çətinliklərin çoxu arxada qalıb. Azərbaycan təhlükəsiz və sabit ictimai-siyasi mühitə malik dövlətdir”.
Putin: "ABŞ Rusiyada prezident seçkilərinə müdaxilə edib"
Rusiya prezidenti Vladimir PutinABŞ-nın Rusiyada keçirilmiş prezident seçkilərinə müdaxilə etdiyini bildirib. Bu barədə o, amerilkalı rejissor Oliver Stouna verdiyi müsahibəsində danışıb. V. Putin ABŞ-nın Rusiyada keçirilən prezident seçkilərinə daim müdaxilə etdiyini və 2012-ci ildə bunun daha aqressiv hal aldığını söyləyib: “Həm 2000-ci, həm də 2012-ci illərdə bunlar baş verib. 2012-ci ildə bu, xüsusilə aqressiv şəkildə olub".
Aİ nümayəndəsi: “Azərbaycanla əlaqələr yeni müstəviyə çıxıb”
“Avropa İttifaqı Azərbaycanın etibarlı tərəfdaşı olaraq qalacaq”. Bu sözləri Aİ-nin Azərbaycan nümayəndəliyinin siyasi, iqtisadi, mətbuat və informasiya şöbəsinin rəhbəri Denis Daniilidis “Caucasus İnternational” jurnalının nəşrə başlamasının 5 illiyinə həsr edilmiş “Cənubi Qafqaz beynəlxalq arenada: Region və ətrafında əməkdaşlıq və rəqabət” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Təhsil Nazirliyi tam orta məktəblərə 100 min, müəllimlərə 10 min manata qədər qrant verəcək
Nazirlər Kabineti “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər”i təsdiq edib. Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların ayrılmasında başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.
İŞİD başçılarının yeri məlum oldu
İŞİD terror qruplaşmasının rəhbərlərinin çoxu Suriyanın Rakka, habelə İraqın Mosul şəhərindən Əl-Məyadin şəhərinə qaçıb. Terrorçuların rəhbərləri əsasən İraqla sərhəddə yerləşən Deyr-ez-Zor vilayətinin Əl-Məyadin şəhərində toplaşıblar. İraqın Mosul şəhərinin azad edilməsi əməliyyatı 2016-cı ilin oktyabrından ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın dəstəyi ilə davam edir. İraq hərbçiləri əvvəlcə şəhərin şərq hissəsini azad ediblər, fevraldan isə qərb hissəsində əməliyyata başlayıblar.
Rostropoviç-Vişnevskaya Fondunun prezidenti Bakıda
Dünya şöhrətli musiqiçi və insan hüquqlarının qoruyucusu Mstislav Leopold oğlu Rostropoviç və Qalina Vişnevskayanın qızı, baş qərargahı ABŞ-nın Vaşinqton şəhərində yerləşən Rostropoviç-Vişnevskaya Fondunun prezidenti Yelena Rostropoviç fond tərəfindən həyata keçirilən yeni doğulmuşlar arasında ürək qüsurunun erkən diaqnostikası və kəskin anadangəlmə ürək çatışmazlığı xəstəliyinin müalicəsi proqramının tətbiqi ilə tanış olmaq məqsədilə Bakıda səfərdə olub. Səhiyyə Nazirliyindən “Olaylar” – a bildirilib ki, qeyd olunan proqram yenidoğulmuşlar arasında həyata keçirilən standart prosedur olaraq ABŞ daxil olmaqla bir çox qərbi avropa ölkələrində həyata keçirilir və bu proqram 2003-cü ildən Azərbaycanda uşaq sağlamlığının qorunması istiqamətində Səhiyyə Nazirliyi ilə Rostropoviç arasında mövcud əməkdaşlığın uğurlu davamıdır.
Hər gün süd içən uşaqların insult keçirmək riski 60 faiz azalır
Böyük Britaniyada aparılan çoxillik tədqiqatlara görə, hər gün süd içən uşaqların gələcəkdə insult keçirmələri riski 60 faiz azalır. Britaniya alimləri 1343 ailədən olan uşaqların sağlamlıq durumunu 60 il nəzarətdə saxlayıblar. Eksperimentin sonuna yaxın 284 iştirakçı ürək xəstəliyindən, 121 nəfər isə insultdan dünyasını dəyişib.














