Rostropoviç-Vişnevskaya Fondunun prezidenti Bakıda

Dünya şöhrətli musiqiçi və insan hüquqlarının qoruyucusu Mstislav Leopold oğlu Rostropoviç və Qalina Vişnevskayanın qızı, baş qərargahı ABŞ-nın Vaşinqton şəhərində yerləşən Rostropoviç-Vişnevskaya Fondunun prezidenti Yelena Rostropoviç fond tərəfindən həyata keçirilən yeni doğulmuşlar arasında ürək qüsurunun erkən diaqnostikası və kəskin anadangəlmə ürək çatışmazlığı xəstəliyinin müalicəsi proqramının tətbiqi ilə tanış olmaq məqsədilə Bakıda səfərdə olub. Səhiyyə Nazirliyindən “Olaylar” – a bildirilib ki, qeyd olunan proqram yenidoğulmuşlar arasında həyata keçirilən standart prosedur olaraq ABŞ daxil olmaqla bir çox qərbi avropa ölkələrində həyata keçirilir və bu proqram 2003-cü ildən Azərbaycanda uşaq sağlamlığının qorunması istiqamətində Səhiyyə Nazirliyi ilə Rostropoviç arasında mövcud əməkdaşlığın uğurlu davamıdır.

Dünya şöhrətli musiqiçi və insan hüquqlarının qoruyucusu Mstislav Leopold oğlu Rostropoviç və Qalina Vişnevskayanın qızı, baş qərargahı ABŞ-nın Vaşinqton şəhərində yerləşən Rostropoviç-Vişnevskaya Fondunun prezidenti Yelena Rostropoviç fond tərəfindən həyata keçirilən yeni doğulmuşlar arasında ürək qüsurunun erkən diaqnostikası və kəskin anadangəlmə ürək çatışmazlığı xəstəliyinin müalicəsi proqramının tətbiqi ilə tanış olmaq məqsədilə Bakıda səfərdə olub. Səhiyyə Nazirliyindən "Olaylar" - a bildirilib ki, qeyd olunan proqram yenidoğulmuşlar arasında həyata keçirilən standart prosedur olaraq ABŞ daxil olmaqla bir çox qərbi avropa ölkələrində həyata keçirilir və bu proqram 2003-cü ildən Azərbaycanda uşaq sağlamlığının qorunması istiqamətində Səhiyyə Nazirliyi ilə Rostropoviç arasında mövcud əməkdaşlığın uğurlu davamıdır.

Bu məqsədlə Səhiyyə Nazirliyndə təşkil olunan brifinqdə cıxış edən Elena Ratropovic bu görüşdən məmnunluğunu bildirdi.

Bildirildi ki, fond Səhiyyə Nazirliyi ilə birgə Azərbaycanda uşaqların sağlamlığının qorunması üçün birgə fəaliyyətini davam etdirir: "Bu il biz atamın anadan olmasının 90 illiyi və valideynlərim tərəfindən uşaqların sağlamlığı və gələcəyi naminə təsis olunmuş humanitar fondun 25 illiyini qeyd edirik. Azərbaycan hər zaman valideynlərimin ürəyində yaşayırdı, bu səbəbdən mən xüsusi ilə xoşbəxtəm ki, valideynlərim üçün çox dəyərli olan ölkədə Fond uşaqların sağlamlığının qorunması işində iştirak edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31