Gündəm
“Bu, yeni bir tarixin başlanğıcı oldu”
Bu gün Azərbaycanda qurtuluş günü qeyd olunur. Millət vəkili Aydın Mirzəzadə bu bayramın əhəmiyyətinə toxunub. Həmin illəri yaxşı xatırladığını deyən deputat siyasi böhran içində olan ölkədə 15 iyunadək təhlükəsizlik olmadığını bildirib: “O vaxt ölkədə stabillik pozulmuşdu. Cəmiyyətin hakimiyyətə inamı gündən-günə zəifləyirdi. Qeyri-qanuni birləşmələrin sayı durmadan artırdı. Bu da ölkədə separatizmin güclənməsinə şərait yaradırdı. Kriminal mühit çox güclənmişdi. Təhlükəsizlik yox idi. Müstəqillik tükdən asılı bir vəziyyətdəydi. Bununla belə cəmiyyətin inandığı bir insan var idi - Ulu öndər Heydər Əliyev. 1992-ci ildə artıq Heydər Əliyevin adı ilə bağlı bir siyasi partiya - Yeni Azərbaycan Partiyası yarandı. Tez bir zamanda bu partiyanın şəhər və rayonlar üzrə təşkilatları formalaşdı. Mən də həmin vaxt Mingəçevir şəhər təşkilatında siyasi fəaliyyətə başladım”.
Çində uşaq bağçasının qarşısında partlayış: yaralılar var
Çinin şimalında uşaq bağçasının qapısının qarşısında partlayış baş verib. İlkin məlumatlara görə, xəsarət alanlar var. Hadisə yerində hazırda xilasedicilər işləyir.
Arıqlamaq istəyirsiniz?- Yeməkdən əvvəl iki stəkan su için!
Amerikalı alimlər artıq çəkidən xilas olmaq istəyən şəxslərə qidalanmadan əvvəl 2 stəkan su içməyi məsləhət görürlər. Onlar bunun iştahı öldürdüyünü, nəticədə arıqlamağa kömək etdiyini bildiriblər. Alimlərin eksperimentində yaşı 55-75 arasında olan 48 nəfər 2 qrupa bölünüb. Onların hər birinə azkalorili qidalar verilib. Lakin qruplardan birinin üzvləri qidalanmadan əvvəl həm də su içiblər. 3 aydan sonra su içən qrup üzvlərinin hərəsinin 7, digər qrupdakı şəxslərin isə orta hesabla 5 kiloqram arıqladığı məlum olub.
Türkiyədə ilin transferi: "Real"ın 60 milyonluq ulduzu...
"Beşiktaş" "Real"ın ulduzu Kərim Benzemanı heyətinə qatır. Bu barədə Türkiyə mediası məlumat yayıb. Bir neçə gün əvvəl Fatih bələdiyyəsinin dəvəti ilə Türkiyədə iftara qatılan fransalı futbolçu "Beşiktaş"ın prezidenti Fikret Ormanla görüşüb. İddiaya görə, gecə saatlarında klubun bazasında baş tutan görüşdə bəzi müzakirələr aparılıb.
Putindən Senatın sanksiya qərarına münasibət
Əgər Qərb Rusiyaya qarşı sanksiyaları aradan qaldırsa, Moskva da cavab tədbirlərini ləğv etməyə məcbur olacaq. Bunu Rusiya prezidenti Vladimir Putin televiziya tamaşaçıları ilə "Canlı əlaqə" zamanı deyib.O bildirib ki, sanksiyalar nəticəsində Moskva 50-52 milyard dollar itirdiyi halda, sanksiyaları qəbul edən ölkələr 100 milyard dollar itirib. Putin qeyd edib ki, yerli istehsalçılar daxili bazarın tələbatını qarşılamaq üçün əlindən gələni ediblər. Onun sözlərinə görə, nəticədə inflyasiya ən aşağı həddə düşüb, istehsal olunan məhsulun keyfiyyəti isə getdikcə artır.
Gənc Tamaşaçılar Teatrında Milli Qurtuluş Günü
Gənc Tamaşaçılar Teatrında Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib. Teatrdan "Olaylar" - a bildirilib ki, Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra teatrın direktoru, Azərbaycan Respublikasının Əməkdar Artisti Mübariz Həmidov tədbiri giriş sözü ilə açaraq Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki əhəmiyyətli mövqeyindən danışıb: “1993-cü ildə, ölkənin vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda ümummilli lider Heydər Əliyevin rəhbərliyə qayıdışı müstəqil dövlətimizin qurtuluşunu təmin etdi. Onun hakimiyyətə gəlişi ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaradaraq, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə start verildi. Ulu öndərin xidmətləri sayəsində xalqımız əvvəlcə siyasi və iqtisadi müstəqilliyinin möhkəm təməlini yaratmış, daha sonra isə müstəqil dövlətini qurmaq, qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanları həyata keçirə bilmişdir.
Kuba mətbuatında Azərbaycanın Milli Qurtuluş Günü
Kubanın nüfuzlu “Bohemia” jurnalı və ölkənin ən çox ziyarət olunan və istinad edilən internet resursu “EcuRed” elmi-kütləvi ensiklopediyasında 15 iyun – xalqımızın Milli Qurtuluş Günü ilə bağlı məqalələr yerləşdirilib. Azərbaycan Respublikasının Kuba Respublikasındakı səfirliyindən “Olaylar” – a bildirilib ki, məqalələrdə Azərbaycanın müstəqilliyinin ilk illərində qarşılaşdığı çətinliklər və Ermənistanın işğalçılıq siyasəti barədə məlumat verilmiş, ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən bəhs edilmişdi.
Gənc pianoçuların III Respublika müsabiqəsinin yekun konserti
Beynəlxalq Muğam Mərkəzində Gənc pianoçuların III Respublika müsabiqəsinin yekun konserti keçirilib. Mərkəzdən "Olaylar" - a bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2017-ci ilin 1-23 may tarixində gənc pianoçuların ənənəvi Respublika müsabiqəsi təşkil edilmişdir. Müsabiqə 2 turdan ibarət olaraq, 9-18 yaşlı uşaq və gənclər arasında 3 yaş qrupu üzrə (I qrup: 9-11 yaş, II qrup: 12-14 yaş, III qrup: 15-18 yaş) regionlar üzrə Bakı, Gəncə, Şəki şəhərləri və Ağcabədi, Ağstafa, Xaçmaz, Masallı rayonlarında keçirilib. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, Respublikanın əməkdar müəllimi, professor Nərminə Quliyevanın sədrlik etdiyi, tanınmış musiqiçi və müəllimlərdən ibarət münsiflər heyəti 400-ə yaxın şagird və tələbənin çıxışını qiymətləndiriblər.
Bilik Fondu Tovuzda və Ağstafada Milli Qurtuluş Gününü qeyd etdi
15 iyun – Milli Qurtuluş Günü ilə əlaqəda Bilik Fondu paytaxtda və bölgələrdə silsilə tədbirlər həyata keçirib. Fonddan “Olaylar” – a bildirilib ki, Tovuz rayonundakı Heydər Əliyev Muzeyində yerli İcra Hakimiyyəti ilə birgə təşkil olunmuş mühazirədə Milli Məclisin üzvü Qənirə Paşayeva Azərbaycan dövlətinin qurucusu və memarı Ulu öndər Heydər Əliyevin çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində tutduğu müstəsna mövqeyindən danışıb. Millət vəkili bildirib ki, bugünkü qüdrətli Azərbaycan Respublikasının milli və dövlətçilik baxımından maraqlarına yüksək səviyyədə cavab verən siyasi strategiyanın əsas istiqamətləri Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib.
Prezident İlham Əliyev “John Deere” şirkətinin rəhbərini qəbul edib - YENİLƏNDİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də “John Deere” şirkətinin sədri və baş icraçı direktoru Samuel Alleni qəbul edib. Azərbaycanın “John Deere” şirkəti ilə artıq 10 ildən çoxdur səmərəli əməkdaşlıq həyata keçirdiyini qeyd edən dövlətimizin başçısı ölkəmizin bu əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu bildirdi. Prezident İlham Əliyev Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı geniş proqramların qəbul edildiyini və bu proqramların artıq yaxşı nəticələr verdiyini dedi, bu baxımdan Azərbaycanda kənd təsərrüfatı texnikası, o cümlədən “John Deere” şirkətinin istehsal etdiyi məhsullar üçün böyük bazarın mövcud olduğunu qeyd etdi.
Aktyor VƏFAT ETDİ
SSRİ xalq artisti, sevilən məşhur rus aktyor Aleksey Batalov bu gün səhər 89 yaşında dünyasını dəyişib. Məlumata görə, aktyor "Gecə yatıb və yuxuda keçinib". Qeyd edək ki, daha öncə aktyor ayağını sındırdığı üçün 2 ay xəstəxanada müalicə alırmış. Əfsanəvi aktyor 1928-ci ildə anadan olub. Tamaşaçılar onu daha çox "Moskva göz yaşlarına inanmır" filmindəki Qoşa obrazı ilə xatırlayır.
Təyyarə yoxa çıxdı
Malayziya Kral Hava Qüvvələrinə məxsus təyyarə radarlardan itdi. Bu haqda ölkənin Müdafiə Nazirliyinə istinadən “Channel News Asia” telekanalı bildirib. Telekanalın məlumatına görə, təyyarə yerli vaxtla saat 11:00-da Kuantan şəhərində yerləşən təyyarə bazasından qalxıb. Təyyarə ilə əlaqə yarım saat sonra Paxanq və Terenqqanu ştatlarının sərhədində itib.
Bu avtobusların hərəkət trayektoriyası dəyişdi
Bakıda 18 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, dəyişikliyin məqsədi Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz faəliyyətini təmin etməkdir. Artıq dəyişikliklə əlaqədar əvvəlcədən müvafiq marşrut xətti üzrə daşıyıcılara xəbərdarlıq edilib.
Bilik Fondunda Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə birgə Milli Qurtuluş Gününü
15 iyun – Milli Qurtuluş Günü ilə əlaqəda Bilik Fondu paytaxtda və bölgələrdə silsilə tədbirlər həyata keçirib. Fonddan “Olaylar” – a bildirilib ki, Bilik Fondunda Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə birgə Milli Qurtuluş Günü qeyd edilib. Tədbiri Bilik Fondunun icraçı direktoru Oktay Səmədov açaraq iştirakçıları Milli Qurtuluş Günü münasibətilə təbrik edib, onlara müstəqil Azərbaycanın çiçəklənməsi naminə işlərində müvəffəqiyyətlər arzulayıb. İcraçı direktor ölkədə Qurtuluş gününə qədərki tarixi-siyasi vəziyyətdən söhbət açıb, Ümummilli liderin səyi nəticəsində respublikamızın beynəlxalq əlaqələrinin gələcək inkişafına hesablanmış neçə-neçə layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməlinin qoyulmasından bəhs edib.
“Stress çarxı” adı altında insanlar necə aldadılır?
Bütün zərərli əşyalar kimi, son günlər 7-dən 70-ə spinner hər kəsin marağını cəlb edir. Məşhur satış saytlarında bu “antistress çarxı” adlandırılan oyuncaq satış rekordları qırır.














