Bilik Fondunda Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə birgə Milli Qurtuluş Gününü
15 iyun – Milli Qurtuluş Günü ilə əlaqəda Bilik Fondu paytaxtda və bölgələrdə silsilə tədbirlər həyata keçirib. Fonddan “Olaylar” – a bildirilib ki, Bilik Fondunda Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə birgə Milli Qurtuluş Günü qeyd edilib. Tədbiri Bilik Fondunun icraçı direktoru Oktay Səmədov açaraq iştirakçıları Milli Qurtuluş Günü münasibətilə təbrik edib, onlara müstəqil Azərbaycanın çiçəklənməsi naminə işlərində müvəffəqiyyətlər arzulayıb. İcraçı direktor ölkədə Qurtuluş gününə qədərki tarixi-siyasi vəziyyətdən söhbət açıb, Ümummilli liderin səyi nəticəsində respublikamızın beynəlxalq əlaqələrinin gələcək inkişafına hesablanmış neçə-neçə layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməlinin qoyulmasından bəhs edib.
15 İyun 2017 12:28 Sosial15 iyun - Milli Qurtuluş Günü ilə əlaqəda Bilik Fondu paytaxtda və bölgələrdə silsilə tədbirlər həyata keçirib. Fonddan "Olaylar" - a bildirilib ki, Bilik Fondunda Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə birgə Milli Qurtuluş Günü qeyd edilib. Tədbiri Bilik Fondunun icraçı direktoru Oktay Səmədov açaraq iştirakçıları Milli Qurtuluş Günü münasibətilə təbrik edib, onlara müstəqil Azərbaycanın çiçəklənməsi naminə işlərində müvəffəqiyyətlər arzulayıb. İcraçı direktor ölkədə Qurtuluş gününə qədərki tarixi-siyasi vəziyyətdən söhbət açıb, Ümummilli liderin səyi nəticəsində respublikamızın beynəlxalq əlaqələrinin gələcək inkişafına hesablanmış neçə-neçə layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməlinin qoyulmasından bəhs edib.
Sonra Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyevin "Əbədi müstəqilliyə təminat formulu: güclü dövlət, müstəqil siyasət" mövzusunda mühazirəsi dinlənilib. Natiq Milli Qurtuluş Gününün əhəmiyyətindən danışıb. Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Oruc Quliyev, baş kitabxanaçısı Gülzadə Quliyeva, Bakı Dövlət Universitetinin Kitabxanaçılıq- İnformasiya fakültəsinin müəllimi, şairə İradə Əlili, Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Mədəniyyət İşçilərinin İxtisasartırma Mərkəzinin şöbə müdiri Rəfiqə Nəsirova, Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin baş məsləhətçisi Şücaət Piriyeva, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi Müşviq Məmmədov və digər çıxışçılar Milli Qurtuluş Günü ilə bağlı fikirlərini söyləyiblər.
Tədbir məktəblilərin ədəbi-bədii kompazisiyası və filmin nümayişi ilə davam edib.