Gündəm
“Huawei” şirkəti “OLED” displeyə malik fitnes treker təqdim edib
"Huawei" şirkəti "Honor Band A2" fitnes trekerini təqdim edib. Sözügedən cihazın əsas özəlliyi orqanik işıq diodları (OLED) texnologiyası ilə hazırlanmış ekran və ürək ritmini ölçən datçikdir.
Müasir göz xəstəliyi: Kompüter görmə sindromu nədir?
Bir yandan inkişaf edən texnologiya ilə göz xəstəliklərinin həllini tapmağa çalışırıq, digər yandan da bu texnologiya fərqli göz problemlərinin ortaya çıxmasına səbəb olur. Özəlliklə ofis işçilərinin və gənclərin kompüter arxasında çox vaxt keçirməsi göz sağlamlığı ilə bağlı problemlərə, Kompüter görmə sindromuna yol açır.
Səhər yuxudan gümrah oyanmağın 10 yolu
Bəzən keyfiyyətli və davamlı yuxu səhər yorğunluğuna son qoymaq, günə yaxşı başlamaq üçün kifayət etmir. Bəs günə yaxşı başlamaq üçün nə etmək lazımdır? Səhər yuxudan gümrah oyanmaq üçün 10 təklif
Banan qabığını atmayın: 10 dəqiqə qaynadın və...
Daha çox ara saatlarda aclığı yatışdırmaq üçün yeyilən banan qidalandırıcı meyvədir. Üstəlik, bu meyvənin qabıqları da olduqca faydalıdır. Mütəxəssislər banan qabığının tez arıqlamağa kömək etdiyini deyir. Banan qabığının bu faydası ilə sizi də tanış edirik. Uşaqların çox yediyi və sevimli meyvələri sırasında banan da var. Özü qədər qabığı da faydalıdır. Banan qabığında lif və potasium daha çoxdur. Banan qabığının təkcə arıqlatmadığı, həm də xoşbəxtlik hormonunun ifrazında yardımçı olduğu deyilir və bununla da pəhriz zamanı yaşanan o psixoloji problemlərin qarşısını ala bilərsiniz.
“Lingmo” qurğusu süni intellekt vasitəsilə çoxlu dillər tərcümə edir
Avstraliyanın “Lingmo International” şirkəti insanları universal tərcüməçi qurğusu haqqında elmi-fantastik arzularına yaxınlaşdırıb. “IBM Watson” süni intellekt texnologiyası əsasında işləyən “One2One” qurğusu avtomatik tərcümə üçün “Bluetooth” və ya “Wi-Fi” vasitəsilə bağlantı tələb etməyən ilk kommersiya qurğusudur.
Əsnəyəndə dərindən nəfəs alsanız...
Alimlər insanın əsnəməsi ilə bağlı bir çox araşdırma aparsa da, bu hadisə hələ də tam təhlil edilməyib. Bu haqda bir neçə nəzəriyyə mövcuddur. Bir qrup alimlərin araşdırması göstərib ki, əsnəmək nəfəs almağa kömək edən, bədəndəki karbon qazını çıxarıb qana daha çox oksigen daxil olmasını təmin edən vücudun fəaliyyətlərindən biridir.
İtalyanlar ildə 30 kiloqram makaron, fransızlar isə ildə 23 kiloqram pendir yeyirlər
Statistiklər qidalanmağa görə maraqlı faktlar ortaya çıxarıblar. Onların apardıqları hesablamalar il ərzində ayrı-ayrı ölkələrdə hansı qidanın çox sevildiyini aşkar edib. Hesablamalara görə, italyanlar ildə 30 kiloqrama qədər makaron yeyir. Həmin göstəriciyə görə ikinci yerdə almanlar, üçüncü yerdə isveçrəlilər və ruslar gedir. Rusiyada adambaşına düşən makaron istehlakı 5 kiloqramdır.
Ətraf mühit bizə düşündüyümüzdən daha güclü təsir göstərir...
İşdən yorulanda bir-birimizə təbiət qoynunda dincəlməyi məsləhət görürük. İngiltərənin Bredford və Şeffild universitetlərinin alimləri sübut ediblər ki, bu, çox düzgün məsləhətdir. Təbiət mənzərələrini müşahidə etmək, məsələn, gölə baxmaq beyinin müxtəlif sahələri ilə əlaqəni yaxşılaşdırır. Daim şəhər mənzərələrinə baxmaq isə neyronlar arasında əlaqənin pozulmasına gətirib çıxarır.
Oksford alimləri: Aşiq olmuş adam ən yaxın iki dostunu itirir...
Aşiq olmuş adam ən yaxın iki dostunu itirir. Oksford Universitetinin alimləri bu qərara gəliblər. Tədqiqatçılar 540 könüllü arasında sorğu keçiriblər. Onların “Aşiq olduqdan sonra yaxın dostları ilə münasibətlərində hansı dəyişikliklər olmuşdur” sualına cavabından məlum olub ki, insanın gündəlik həyatında müəyyən yer tutan beş dostu olur. Romantik münasibətlər yaranan kimi beş dostdan ikisi ilə əlaqə pozulur.
"Cesur ve Güzel"in aktrisasından tənqidlərə cavab
"Cesur ve Güzel" serialının "Şirin"i Irmak Örnek sosial mediadakı tənqidlərə cavab verib. O, insanların bilmədikləri şeylər haqqında yazmasını tənqid edib: "... Tamaşaçılar bizim işin nüanslarını bilmir. Geyimlərimizin bizə aid olduğunu zənn edənlər var.
Arıqlamağa çalışan şəxslər üçün böyük təhlükə
Çağdaş insanın qlobal probelmlərindən biri də, artıq çəkidir. Məhz bu səbəbdən də, Dietologiya hazırda ən çox tələbat duyulan sahələrdəndir. Dünya dietoloqlarının artıq çəkidən azad olmaq üçün tərtib etdikləri pəhriz cədvəlləri, bu mövzuya həsr olunmuş kitablarının sayı günbəgün artır.
Britaniyalı kosmetoloq: "Qadınlar kompyuterin qarşısında tez qocalırlar"
Britaniyanın aparıcı kosmetoloqu Maykl Preycer maraqlı açıqlama ilə çıxış edib. O bildirib ki, qadınlar kompyuterin qarşısında çox işlədikcə tez qocalırlar. Mən hətta bunu kompyuter sifəti adlandırıram. Bu sifətin əlamətləri aşağıdakılardır: sallanan buxaq, uzanmış boyun, alında və göz ətrafında dərin qırışlar.
2019-cu ildə fərdi kompüter qurğuları bazarında artım qeydə alınacaq
“IDC” analitiklərinin hesabatına əsasən, 2016-2021-ci illərdə dünyada fərdi kompüter (FK) qurğularının (kompüter və bütün növ planşetlər) satış həcmi 435-dən 405,2 milyonadək azalacaq. Bununla belə, 2019-cu ildə FK bazarında yenidən artım qeydə alınacaq.
Orqanizmi zərərli maddələrdən təmizləyən 6 İÇKİ
Sağlamlığın qorunması üçün ilkin şərtlərdən biri orqanizmin təmizlənməsidir. Əgər həftə ərzində iki-üç dəfə özünüzdə yorğunluq, halsızlıq, baş ağrıları, mədə problemləri, hər şeyə qıcıqlanma halları hiss edirsinizsə, buna hər hansı bir xəstəliyin başlanması ilə yanaşı orqanlarınızın zərərli maddələrlə, toksinlərlə yüklənməsi də səbəb ola bilər. Həmçinin üz dərisinin solğunlaşması da bundan xəbər verir. Belə halların meydana çıxması zamanı orqanizmin təmizlənməsinə ehtiyac duyulur.
Uşağın üstünə qışqırmayın, yoxsa... – FƏSADLARI
Hər bir ailənin uşaq böyütmə və tərbiyələndirmə üsulu fərqlidir. Əgər valideyn həddən çox mülayimdirsə, o zaman uşaq ərköyün böyüyür. Çox sərt valideyn olmaq da xoşagəlməz sonlarla nəticələnə bilər. Uşağın üstünə qışqırmağın nə kimi fəsadlar yarada biləcəyinə dair məlumatları təqdim edirik.














