Britaniyalı kosmetoloq: "Qadınlar kompyuterin qarşısında tez qocalırlar"

Britaniyanın aparıcı kosmetoloqu Maykl Preycer maraqlı açıqlama ilə çıxış edib. O bildirib ki, qadınlar kompyuterin qarşısında çox işlədikcə tez qocalırlar. Mən hətta bunu kompyuter sifəti adlandırıram. Bu sifətin əlamətləri aşağıdakılardır: sallanan buxaq, uzanmış boyun, alında və göz ətrafında dərin qırışlar.

Əgər ekrana baxarkən gözlərinizi qıyır və qaşlarınızı çatırsınızsa, üzünüzün vaxtından əvvəl qırışmasından canınızı qurtara bilməzsiniz. Bu vəziyyətdə çox oturduqca, boyun əzələləri zəifləyir, buxaq sallanır. Preycer iş zamanı özünüzü görmək üçün masanın üzərinə güzgü qoymağı və gərgin iş əsnasında arabir özünüzə baxmağı təklif edir.

Masa üzərinə güzgü qoymuş qadınlar öz əkslərini görüb dəhşətə gəlmişlər: belə də qəzəbli və ciddi sifət olarmı? Maraqlıdır ki, bir qədər yaşlı qadınlar kompyuterin təsirinə daha az məruz qalırlar. Lakin uşaqlıqdan kompyuter- "dəlisi" olan gənclər artıq "kompyuter sifəti"nə məhkumdurlar. Kosmetoloq kompyuter qarşısında uzun müddət oturanlara tez-tez fasilə etməyi, üz və boyun əzələlərinin idmanı ilə məşğul olmağı təklif edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31