Oksford alimləri: Aşiq olmuş adam ən yaxın iki dostunu itirir...
Aşiq olmuş adam ən yaxın iki dostunu itirir. Oksford Universitetinin alimləri bu qərara gəliblər. Tədqiqatçılar 540 könüllü arasında sorğu keçiriblər. Onların “Aşiq olduqdan sonra yaxın dostları ilə münasibətlərində hansı dəyişikliklər olmuşdur” sualına cavabından məlum olub ki, insanın gündəlik həyatında müəyyən yer tutan beş dostu olur. Romantik münasibətlər yaranan kimi beş dostdan ikisi ilə əlaqə pozulur.
14 İyun 2017 19:17 DünyaAşiq olmuş adam ən yaxın iki dostunu itirir. Oksford Universitetinin alimləri bu qərara gəliblər. Tədqiqatçılar 540 könüllü arasında sorğu keçiriblər. Onların "Aşiq olduqdan sonra yaxın dostları ilə münasibətlərində hansı dəyişikliklər olmuşdur" sualına cavabından məlum olub ki, insanın gündəlik həyatında müəyyən yer tutan beş dostu olur. Romantik münasibətlər yaranan kimi beş dostdan ikisi ilə əlaqə pozulur.
Oksford Universitetinin təkamül antropologiyası professoru Robin Danbarın fikrincə, sevgililərin həftədə azı bir dəfə görüşdüyü, çətin məqamlarda dərdləşdiyi beş dostundan üçü qalır. Danbar sosial şəbəkələrdə tədqiqatlar aparır. O sübut edib ki, bir insan təxminən 150 nəfərlə ünsiyyətdə ola bilər.