Gündəm

Slovakiya çempionu Ramil Şeydayevi "Trabzonspor"dan birdəfəlik alacaq

14 İyun 2017 18:45

Slovakiyanın "Jilina" klubu Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin transfer hüququnu ələ keçirmək istəyilə Türkiyə "Trabzonspor"una müraciət edib. 21 yaşlı hücumçu üçün "bordo-mavililər"ə 500 min avro təklif olunub. "Trabzonspor" isə 2 milyon avro istəyib. Lakin Türkiyə təmsilçisi oyunçunun çox da bazarlıq etmədən ən münasib şərtlərlə verilməsini qərara alıb.

"Barselona" transfer bombasını partladır - 70 milyon...

14 İyun 2017 18:40

"Barselona" "Bavariya"nın ulduzunu transfer edir. Fanat.az-a istinadən xəbər verir ki, Kataloniya klubu Renato Sançesi heyətinə qatır. Məlumata görə, Portuqaliya millisinin üzvünü "Mançester Yunayted" də istəyir. Hətta İngiltərə klubu təklif də göndərib. Lakin futbolçu "Barselona"ya görə "Mançester Yunayted"də oynamaqdan imtina edib. "Bavariya"nın 19 yaşlı yarımmüdafiəçi üçün 70 milyon avro istədiyi bildirilir.

0-18 yaşlarda sağlamlıq imkanları məhdud sosial-psixoloji reabilitasiya, abilitasiya, ailəyə dəstək və ailənin maarifləndirilməsi xidmətləri göstərili

14 İyun 2017 18:39

Əlilliyi olan uşaqlara dəstəyimizin nəticələri bütün cəmiyyətimiz  maraqlı olmalıdır. Bu proqramlar əilliyin qarşısının alınmasında, ƏOU cəmiyyətə inteqrasiyasında önəmli rolu vardır. Əlilliyi olan uşaqların İƏRM-nə cəlb olunmaları və onlar sosial xidmətlərin göstərilməsi,  hüquqlarının bərpa olunmasına çalışırıq.

Milyarder ərindən ayrıldı

14 İyun 2017 18:38

Supermodel El Makferson milyarder əri Ceff Sofferdən boşanıb. Bu barədə cütlüyə yaxın mənbə xəbər yayıb:  "El ilə Ceff ayrıldılar. El artıq uşaqları ilə Mayamidəki evini tərk edib. Hazırda o, özünə yeni mənzil axtarır. Deyilənə gör, Ceffin bir neçə qadınla əlaqəsi var imiş. O, isə sadəcə olaraq onlarla dostluq etdiyini bildirib". 

Rus gözəl Burak və Fahriyenin arasına girməyə çalışır

14 İyun 2017 18:34

Rus model Viktoriya Bonya aktyor Burak Özçiviti İnstaqramda izləməyə davam edir. İranlı gözəl Mahlaqha Caberidən sonra Viktoriya da Burakı bəyəndiyini etiraf edir.

Türkiyədə CHP millət vəkili 25 il azadlıqdan məhrum edildi

14 İyun 2017 18:30

Türkiyənin İstanbul şəhər 14 saylı Ağır Cəza Məhkəməsi Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul millət vəkili Enis Bərbəroğlunun 25 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

Muratdan səhhəti ilə bağlı ilk AÇIQLAMA

14 İyun 2017 18:30

İki gün əvvəl halı pisləşdiyi üçün xəstəxanaya yerləşdirilən aktyor Murat Yıldırım açıqlama verib. Həyat yoldaşı İmani ELbani ilə təqdimata qatılmağa hazırlaşan, lakin özünü pis hiss etdiyi üçün tədbirin də təxirə salnmasına səbəb olan aktyor deyib: "Sağlamlığımla maraqlananlar üçün, hər şeyi yolundadır, çox yaxşıyam, şükür. Hər şey ürəyinizcə olsun".

Sərxoşluq edən generallar və Sarkisyanın qumar oyunları

14 İyun 2017 18:28

Ermənistan ordusunun rəhbərliyi qumar oynayır və bütün günü sərxoşluq edirlər. Bu barədə erməni hüquq müdafiəçisi Ruben Martirosyan deyib. Onun sözlərinə görə, 10 gün ərzində 14 əsgər ölürsə, bu Müdafiə Nazirliyində oturan generalların heç bir işlə məşğul olmadığını göstərir: “Buna görə də nazirlə birlikdə nazirliyin bütün idarələri istefaya göndərilməlidir. İstisna etmədən hamısını bayıra atmaq lazımdır. Mən Müdafiə Nazirliyində işləyəndə görürdüm ki, oradakı insanlar heç bir iş görmür. Sərxoşluq edir və qumar oynayırlar. Əsgərlər isə öldürülür, ya da intihar edirlər. Bu gün ordu tamamilə siyasiləşib, səlahiyyətli məmurlar ordu ilə məşğul olmaq əvəzinə, siyasətlə məşğul olurlar”.

MTN-çilərin soyduğu siqaret qaçaqmalçıları dama çıxdı: "Özümüzü atacağıq"

14 İyun 2017 18:22

MTN işi" üzrə zərərçəkənlər Sahib Qurbanov və Zaur Əzimov "Xətai Estetik klinikası"nın yaxınlığındakı çoxmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyirlər. Adları çəkilən şəxslər haqlarının bərpa olunmayacağı təqdirdə belə bir addım atacaqlarını bildiriblər. Zərərçəkmişlərin əsas tələbi keçmiş MTN rəhbərliyinin onlara qarşı etdiyi haqsızlıqlardır. Hazırda Fövqaladə Hallar Nazirliyinin və polis əməkdaşları hadisə yerindədirlər.

Yığmamız “Heydər Əliyev kuboku-2017”ni 19 medalla başa vurub

14 İyun 2017 18:18

Naxçıvanda yeniyetmə oğlan boksçular arasında keçirilən “Heydər Əliyev kuboku-2017” beynəlxalq turniri başa çatıb. 4 gün davam edən yarışda bu gün baş tutan final görüşlərindən sonra bütün mükafatçıların adına aydınlıq gəlib.  

Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri hərbi hissəni ziyarət ediblər

14 İyun 2017 18:14

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin iyunun 14-də hərbi hissəyə tanışlıq səfəri təşkil olunub. 

Beynəlxalq nəqliyyat dəhlizlərinin iştirakçıları Astanada TBNM-in imkanları və perpektivləri ilə tanış olublar

14 İyun 2017 18:13

Astanada "Nəqliyyat infrastrukturunun inkişafı, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşımaların səmərəliliyinin və rəqabətə davamlılığının artırılması" mövzusunda dəyirmi masa keçirilib. 

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan konfrans keçirilib

14 İyun 2017 18:11

İyunun 14-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan "Azərbaycan dünyaya günəş kimi doğacaq" mövzusunda konfrans keçirilib.

Nəsimi rayon tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilmişdir

14 İyun 2017 18:07

14 iyun 2017-ci il tarixdə Nəsimi rayonunun  bütün tam orta məktəblərində ənənəyə uyğun olaraq «Son zəng» tədbirləri  təntənəli şəkildə qeyd olunmuşdur.Bununla əlaqədar məktəblərdə şagirdlər və pedaqoji kollektivlər tərəfindən hazırlıq işləri aparılmış, onlar bilik bayramının yüksək səviyyədə keçirilməsi, məzunların  yaddaşlarında uzun illər ərzində qalması üçün əllərindən gələni etmişlər.