0-18 yaşlarda sağlamlıq imkanları məhdud sosial-psixoloji reabilitasiya, abilitasiya, ailəyə dəstək və ailənin maarifləndirilməsi xidmətləri göstərili
Əlilliyi olan uşaqlara dəstəyimizin nəticələri bütün cəmiyyətimiz maraqlı olmalıdır. Bu proqramlar əilliyin qarşısının alınmasında, ƏOU cəmiyyətə inteqrasiyasında önəmli rolu vardır. Əlilliyi olan uşaqların İƏRM-nə cəlb olunmaları və onlar sosial xidmətlərin göstərilməsi, hüquqlarının bərpa olunmasına çalışırıq.
14 İyun 2017 18:39 SosialƏlilliyi olan uşaqlara dəstəyimizin nəticələri bütün cəmiyyətimiz maraqlı olmalıdır. Bu proqramlar əilliyin qarşısının alınmasında, ƏOU cəmiyyətə inteqrasiyasında önəmli rolu vardır. Əlilliyi olan uşaqların İƏRM-nə cəlb olunmaları və onlar sosial xidmətlərin göstərilməsi, hüquqlarının bərpa olunmasına çalışırıq.
Layihənin məqsədləri :
-0-18 yaşarası sağlamlıq imkanları məhdud uşaqlara icma əsaslı reabilitasiya xidmətlərinin göstərilməsi
- ailələri səlahiyyətləndirmək və onların bilik və bacarıqlarını inkişaf etdirmək;
- Ən azı 50 nəfər sağlamlıq imkanları məhdud uşağa reabilitasiya xidmətlərinin göstərilməsi,150-dək valideynin İƏR haqqında məlumatlandırılması planlaşdırılmışdır.
Layihə çərçivəsində 0-18 yaşlarda sağlamlıq imkanları məhdud sosial-psixoloji reabilitasiya, abilitasiya, ailəyə dəstək və ailənin maarifləndirilməsi xidmətləri göstərilir. Xidmət ümumi olaraq uşaqların ehtiyacı əsasında aşağıdakı sahələri əhatə edir:
i. Sosial iş;
ii. Gündəlik həyat (funksional) vərdişləri (abilitasiya);
iii. Sosial-psixoloji dəstək;
iv. Sosiallaşma və ünsiyyət;
v. Koqnitiv bacarıqlar və təhsil;
vi. Nitq problemləri;
vii. Hərəkət problemləri (fiziki inkişaf);
Layihənin dəstəyi ilə rayonunda təşkil edilən İƏRM-nə proqrama uyğun işçi qrupu tərəfindən ailələrlə görüşlər teskil edilmişdir. ƏBƏU cəmiyyətinə muraciət eden 13 nəfərin huquqi problemlerinin həllinə köməklik olunması ücün, aidiyyati orqanlara müraciət edilmişdir. Aparılmış maarifləndirmə işləri nəticəsində bilavasitə yerlərdə sosial problemlər öyrənilmişdir ki, bu da qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində tövsiyyələrin hazırlanması ilə bağlı iştirakçılara baza bilikləri vermişdir. Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, əlilliyi olan uşaqların İƏRM-nə cəlb olunmaları problemi ən çox kəndlərdə yaşayan əlilliyi olan uşaqlardır. Səbəb isə onlara şamil olunmuş qanunlardan məlumatsız olmalarıdır. Layihənin əməkdaşları tərəfindən hər bir uşaq üçün fərdi qayğı planları hazırlanıb və onlara xidmət göstərilməsi davam etdirilir; Davamlı olaraq əlil uşaqların ailələrinə sosial sahədə qarşılaşdıqları problemlərlə bağlı dəstək verilərək, valideyn bacarıqlarının inkişafına yönəldilmiş xidmətlər göstərilir.