MTN-çilərin soyduğu siqaret qaçaqmalçıları dama çıxdı: "Özümüzü atacağıq"

MTN işi" üzrə zərərçəkənlər Sahib Qurbanov və Zaur Əzimov "Xətai Estetik klinikası"nın yaxınlığındakı çoxmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyirlər. Adları çəkilən şəxslər haqlarının bərpa olunmayacağı təqdirdə belə bir addım atacaqlarını bildiriblər. Zərərçəkmişlərin əsas tələbi keçmiş MTN rəhbərliyinin onlara qarşı etdiyi haqsızlıqlardır. Hazırda Fövqaladə Hallar Nazirliyinin və polis əməkdaşları hadisə yerindədirlər.

Xatırladaq ki, S.Qurbanov və Zaur Əzimov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevin cinayət işi üzrə zərərçəkmiş kimi tanınıblar. Zaur Əzimovla birlikdə qaçaqmal siqaret satışı ilə məşğul olan S. Qurbanov istintaq zamanı ifadəsində bildirib ki, hədə-qorxu yolu ilə ondan külli miqdarda pul alıblar. Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31