Gündəm
Dövlət Statistika Komitəsində “15 iyun - Milli Qurtuluş Günü” münasibətilə tədbir keçirilib
İyunun 14-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində “15 iyun - Milli Qurtuluş Günü” münasibəti ilə tədbir keçirilib. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Komitənin foyesində ucaldılan büstü önünə gül dəstələri düzülüb.Sonra keçirilən tədbir dünya şöhrətli siyasətçi Heydər Əliyevin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Özünü şübhəli apardı - Yarım kilodan artıq heroinlə tutuldu
Sumqayıt polisi külli miqdarda narkotik vasitəni dövriyyədən çıxarıb. DİN-nin Mətbuat Xidmətindən verilən məlumata görə, iyunun 10-da Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində bir nəfər özünü şübhəli apardığından polis əməkdaşları tərəfindən saxlanılaraq 3-cü Polis Bölməsinə gətirilib.
Kişi hicab geyindi, oruc tutan 11 yaşlı oğlanı zorlayıb öldürdü - VİDEO
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu Dabi şəhərində 11 yaşlı məktəbli Azan Məcid Cancuanı vəhşicəsinə zorlayandan sonra qətlə yetirmiş şəxs tutulub. O, məsciddə namaz qılarkən həbs olunub. Atası pakistanlı, anası isə rusiyalı olan balaca Azanın qatili olan 34 yaşlı kişi burka geyinərək məscidə yollanıb. Azan həmin an məsciddə Quran kursunda idi. Azanı aldadaraq çölə çağıran həmin şəxs oğlanı məscidin yanındakı binanın damına çıxarıb.
"Müsəlman uşaqlara Qərb adları qoyanlar..." - Misirdə qəribə qanun layihəsi
"Biz müsəlman ölkəsiyik və övladlarımıza da Mark, Lara, Sem kimi Qərb adları verməməliyik. Ərəb mentalitetindən belə imtinalar cəmiyyətimizdə naqis, köklü dəyişikliklərə səbəb ola bilər".
“Rusiya kəşfiyyatı 2000-2016-cı illərdə...” - FTX barədə ŞOK İDDİA
Donald Tramp Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) müvəffəqiyyət əməliyyatı nəticəsində ABŞ prezidenti oldu. Bu haqda “Qordon” saytında dərc olunan məqaləsində Amerika-Rusiya tarixçisi, publisist, qalmaqallı “Federal Təhlükəsizlik Xidməti Rusiyanı partladır” kitabının müəllifi Yuri Felştinskiy yazıb. Onun sözlərinə görə, 2000-2016-cı illərdə Avropada analoji əməliyyatlar keçirilirib.
Prezident İlham Əliyev: "Cocuq Mərcanlı kəndinin bərpası tarixi hadisədir"
"Cocuq Mərcanlı kəndinin bərpası tarixi hadisədir". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Cocuq Mərcanlı kəndinə səfəri zamanı kən sakini Oqtay Həziyevin ailə üzvləri görüşündə deyib. Dövlətimizin başçısı qeyd edib: "Bu gün ölkəmizin həyatında əlamətdar gündür, tarixi bir gündür.
Xaçmazda qayınatadan qandonduran hərəkət
Gəlinini öldürməkdə təqsirli bilinən Xaçmaz rayon sakini, 1954-cü il təvəllüdlü Məlikməmməd Adgözəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Qətl hadisəsi ötən ilin iyulun 21-də Xaçmaz rayonun Uzunoba kəndində baş verib. Kənd sakini Məlikməmməd Adgözəlov gəlini, 1984-cü il təvəllüdlü Rəmziyyə Əbdürrəhmanovaya yaba ilə çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib. Hadisəni törədən Məlikməmməd Adgözəlov saxlanılıb.
“Heydər Əliyev və muzeylərimiz”
İyunun 14 – də Musiqi Mədəniyyəti Dövlət Muzeyində “15 İyun-Milli Qurtuluş Günü” münasibətilə “Heydər Əliyev və muzeylərimiz” adlı tədbir keçirilib. Muzeydən “Olaylar” – a verilən məlumata görə, tədbiri giriş sözü ilə muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb. O, “Heydər Əliyev və muzeylərimiz” mövzusunda məruzə etmişdir. Ulu Öndərin Muzeyin filialı olan Niyazinin mənzil muzeyinin açılışındakı nitqinin videoyazısı nümayiş olunub.
"Diriliş Ertuğrul"un baş qəhrəmanının ölüm xəbəri yayıldı
Sosial mediada yalandan ölüm xəbəri yayılan məşhurlar sırasına Engin Altan Düzyatan da qoşulub. Sosial şəbəkələrdə aktyorun yol qəzasında öldüyü barədə şayiələr yayıblar.
Azərbaycanda zəlzələ oldu
Yerli vaxtla saat 15:12:59-da Lerikdən 21 km şimal-şərqdə - Lerik ərazisində zəlzələ qeydə alınıb.
Londonda zay təmir faciəsi: 6 ölü, 64 yaralı - VİDEO
Bu gecə Londonun qərbində 24 mərtəbəli "Grenfell Tower" yaşayış kompleksində güclü yanğın olub. Yanğın yerinə 40 yanğınsöndürən maşın və 200 yanğınsöndürən göndərilmişdi. Şimali Kensinqton səmtindəki bina faktiki olaraq bütünlüklə yanıb. Yanğının 2-ci mərtəbədə başlandığı, az sonra 24-ci mərtəbəyədək mənzillərin alışdığı deyilirdi. Binada 120 mənzil var.
Məzunlar yol qəzasına düşdü: Yaralılar var
Ucar rayonunda orta məktəb məzunları yol qəzasına düşüb. Hadisə bu gün 15:30 radələrinə şəhərin mərkəzində qeydə alınıb. Şahidlərin sözlərinə görə, qəza zamanı minik maşınında sürücü və sərnişinlər - XI sinif şagirdləri olublar. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
"Deyirlər ki, acıdil və qırmızısan"
"Dəfələrlə filmə dəvət almışam, amma razılaşmamışam. Keyfiyyətli işə hər zaman dəstək oluram. İstedadlı insanların yanında oluram. Dəxli yoxdur film sahəsindədir, ya müğənnidir... Məni qınayırlar ki, acıdilsən, sözü qırmızı üzə deyirsən".
Musiqili Teatrda “Heydər Əliyev dərsi”
Musiqili Teatrında 15 İyun - Milli Qurtuluş Günü qeyd olunub. Teatrının mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, bu müansibətlə teatrda “Heydər Əliyev dərsi” keçirilib. Dərsi açıq elan edən Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev Milli Qurtuluş Gününün Azərbaycan xalqının şanlı tarixindəki parlaq səhifələrdən biri olduğunu qeyd edib. “Müasir Azərbaycan dövlətçiliyinin əsası məhz 15 iyun tarixində qoyuldu. Əgər o zaman Ümummilli lederimiz Heydər Əliyev parcalanmaq, dağılmaq həddində olan ölkəmizə sahib çıxmasaydı, yəqin ki, indi dünya xəritəsində Azərbaycan adlı dövlət yox idi”, deyə Ə. Lalayev bildirib. Sonra söz millət vəkili, xanım Jalə Əliyevaya verilib. J. Əliyeva çıxışında müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin həyat və fəaliyyətindən, böyük liderə ehtiyac duyulan bir vaxtda xalqın səsinə səs verərək 1993-cü il 15 iyun tarixində hakimiyyətə qayıdışından və bununla da ölkəni xaosdan, parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etməsindən bəhs edib.
Mingəçevir su anbarında batan şəxs xilas edildi
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Mingəçevir Su anbarında 1 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Nazirlikdən verilən məlumata görə, dərhal xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 14:55-də başa çatıb.













.jpg)
