“Heydər Əliyev və muzeylərimiz”
İyunun 14 – də Musiqi Mədəniyyəti Dövlət Muzeyində “15 İyun-Milli Qurtuluş Günü” münasibətilə “Heydər Əliyev və muzeylərimiz” adlı tədbir keçirilib. Muzeydən “Olaylar” – a verilən məlumata görə, tədbiri giriş sözü ilə muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb. O, “Heydər Əliyev və muzeylərimiz” mövzusunda məruzə etmişdir. Ulu Öndərin Muzeyin filialı olan Niyazinin mənzil muzeyinin açılışındakı nitqinin videoyazısı nümayiş olunub.
14 İyun 2017 17:20 İncəsənətİyunun 14 - də Musiqi Mədəniyyəti Dövlət Muzeyində "15 İyun-Milli Qurtuluş Günü" münasibətilə "Heydər Əliyev və muzeylərimiz" adlı tədbir keçirilib.
Muzeydən "Olaylar" - a verilən məlumata görə, tədbiri giriş sözü ilə muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb. O, "Heydər Əliyev və muzeylərimiz" mövzusunda məruzə etmişdir. Ulu Öndərin Muzeyin filialı olan Niyazinin mənzil muzeyinin açılışındakı nitqinin videoyazısı nümayiş olunub.
Sonra Bülbülün Memorial Muzeyinin direktoru Fərqanə Cabbarova çıxış edib.
Bütün çıxışlar Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və Bakı muzeylərinin təqdim etdiyi arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub.
Tədbir Beynəlxalq və Respublika müsabiqələri laureatı Mahir Tağızadə, BMA-nın tələbəsi Alp Əliyev (f-no), BMA-nın magistri Güllü Babaşova, Günel Rizvanova (f-no), Rəhimə Həsənova (f-no), R.Babayev adına 25 №li musiqi məktəbinin şagirdi Fidan Yunus (f-no), muzeyin Qədim Musiqi Alətləri Ansamblının ifalarında (f-no) Heydər Əliyevin sevə-sevə dinlədiyi Azərbaycan bəstəkarlarının əsərlərindən və xalq mahnılarından ibarət konsert proqramı ilə davam edib.