Gündəm
Muğam Mərkəzinin “Çahargah” muğamı səsləndi
Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə “Muğam axşamları” layihəsi çərçivəsində səslənən “Çahargah” muğamsevərləri bir araya topladı. Mərkəzdən “Olaylar” – a bildirilib ki, muğamın müxtəlif şöbələri və güşələri Əməkdar artist Sevinc Sarıyeva, xanəndələr Malik Həsənov və Ramiq Bayramovun ifasında səsləndi. Onları xalq çalğı alətləri ansamblı (tar-Ayaz İmranov,kamança- Elvin Novruzov, ud- Əmrah Orucov, qanun- Humay Abbas, nağara- Soltan Əliyev, balaban- Adil Müslümov) müşayət edirdi. Xanəndələr tərəfindən ifa olunan “Çahargah” muğamının rəngarəng ifası tamaşaçılar tərəfindən alqışla qarşılandı.
Azərbaycanda fikir, söz və məlumat azadlığının təmin olunması üçün hər cür şərait yaradılıb
Bu bir danılmaz faktdır ki, Azərbaycanda söz, fikir, məlumat azadlığının təmin olunması dövlətin başlıca prioritetlərindən biri hesab edilir. Bunu dövlətin, onun Prezidentinin mətbuat sahəsinə göstərdiyi diqqət və qayğıdan da aydın görmək mümkündür. Hər zaman medianın sərbəst və müstəqil şəkildə fəaliyyətinə diqqət yönəldildiyindən bu gün Azərbaycanda fikir, söz və məlumat azadlığının ən yüksək səviyyədə təmin olunduğunu deyə bilərik. Elə “Həftə içi” qəzetinin redaktoru Təbriz Vəfalı da belə düşünür.
Mədəniyyət və Turizm Baş İdarəsinin yeni layihəsi
İyunun 14 – də Mədəniyyət və Turizm Baş İdarəsi və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının dəstəyi ilə Milli Kino günləri keçirilir. Baş İdarədən “Olaylar” – a bildirilib ki, tədbirin rəsmi hissəsində İdarənin rəisi Vuqar Zeynalov çıxış edərək bu cür layihələrin keçirilməsində əsas məqsəd milli filmləri daha geniş tamaşaçıya təqdim etmək, son illərdə çəkilmiş, cəmiyyətin sosial həyatını əks etdirən, vətənpərvərlik ruhunda olan və milli qəhrəmanlarımızdan bəhs edən filmlərin təbliği olduğunu qeyd edib. Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva nümayiş olunacaq filmlər haqqında geniş məlumat verib. Rəsmi hissədən sonra tədbirin 15 iyun Milli Qurtuluş Günü ərəfəsinə təsadüf etdiyindən ulu öndər Heydər Əliyevə həsr olunmuş “Əbədiyyətə gedən yol” adlı sənədli film nümayiş edilib, daha sonra tamaşaçılar bir necə beynəlxalq mükafatlar qazanmış “Axınla aşağı” milli filminə baxıblar.
Amerikalı konqresmen atışmada yaralandı
ABŞ Konqresin üzvü Virciniya ştatında beysbol sahəsində atışmada yaralanıb. Bu haqda CBS telekanalı bildirib. Yaralanan Konqres üzvü Stiv Skaliz Nümayəndələr Palatasında respublikaçılar fraksiyasının koordinatorudur.
Elcan "Maşın" şoudan getdi?
Bu gün bəzi informasiya portallarında "Maşın şou"da finalçısı olan Elcan Rəsulovun şoudan getdiyi yazılıb. Məsələ ilə bağlı şounun təşkilatçıları ilə əlaqə saxlayıb. Onlar yayılan məlumatın dezinformasiya olduğunu və şou yaratmaq xatirinə yazıldığını deyiblər: "Bu yalan məlumatdır və bəzi saytlar İP yığmaq üçün belə addıma əl atırlar. Bildiririk ki, şoumuzla bağlı məlumat yalnız efir zamanı göstərilir. Bundan əvvəlki "Maşın"larda da belə olub, indi də belədir. Elcana qaldıqda isə, deyə bilərik ki, şouda hər 3 finalçı iştirakını davam etdirir".
"Fənərbağça" futbolçusu "Valensiya"ya gedir
"Fənərbağça" Ozan Tufanı "Valensiya" klubuna göndərir. Türkiyəli yarımmüdafiəçi 1 il "yarasalar"ın heyətində icarədə oynayacaq. Mövsüm başa çatanda sonra ispanlar 15 milyon avroya onun transfer hüquqlarına yiyələnə bilərlər. "Valensiya" ötən mövsüm La Liqanı 12-ci pillədə başa vurub. "Fənərbağça" ilə bu klubu tək Ozan Tufan bağlamır. "Sarı lacivərdlilər"in futbolçusu Mehmet Topal 2012-ci ildə "Valensiya"dan gəlmişdi. Nani isə ötən yay İstanbul klubundan "yarasalar"a qoşulmuşdu.
ABŞ konqresmeni güllələndi
ABŞ konqresmeni Stiv Skalize güllələnib. Hadisə Vaşinqtonda beysbol meydanında baş verib. CBS telekanalı digər yaralıların da olduğunu bildirir.
Əhalinin müəyyən kateqoriyasının icbari tibbi sığorta haqqını dövlət ödəyə bilər
"Yevlax rayonu və Mingəçevir şəhərində pilot layihə olaraq, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar həkimlərin maaşının artırılması istiqamətində addımlar atılıb. Həkimlər üçün bonuslar da müəyyənləşdirilib".
Moldova prezidenti gələn həftə Azərbaycana səfər edəcək
Moldova prezidenti İqor Dodonun Azərbaycana rəsmi səfərinin vaxtı məlum olub. Diplomatik mənbələrdən daxil olan məlumata görə, Moldova lideri iyunun 21-22-də Azərbaycanda səfərdə olacaq. Səfər proqramı hələlik açıqlanmayıb.
Komaya düşən meyxanaçıdan yeni xəbər
Meyxana ustası Ağakərim (Kərim) Novruzovun səhhəti yaxşılaşır. Bu barədə meyxanaçının bacısı oğlu Rüstəm məlumat verib. O bildirib ki, dayısı növbəti dəfə xəstəxanada müayinədən keçib: “Düz 1 həftə bundan qabaq Kərim bəy növbəti dəfə xəstəxanada müayinə olundu.
Multikulturalizm Mərkəzində Milli Qurtuluş Günü
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş “dəyirmi masa” keçirilib. Mərkəzdən “Olaylar” – a bildirilib ki, dəyirmi masanı BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov açaraq 15 iyun-Milli Qurtuluş Gününü Azərbaycan dövlətçilik tarixinin ən şanlı səhifələrindən biri kimi səciyyələndirib. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Etibar Nəcəfov 1990-cı illərdə Azərbaycandakı çətin siyasi şəraiti xatırladarq məhz Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra Azərbaycanda siyasi-iqtisadi vəziyyətin stabilləşdiyini qeyd edib.
Misir: Qətərlə müharibə mümkündürmü?
Misir Prezidenti Əbdülfəttah Sisi Qətər ətrafında cərəyan edən hadisələrin müharibəyə səbəb olma ehtimalının zəif olduğunu bildirib. Misir prezidenti bunu Almaniya Xarici İşlər naziri Ziqmar Qabriyelin fikirlərinə münasibət bildirərkən söyləyib. Prezidentin sözlərinə görə, beynəlxalq ictimaiyyət Qətər məsələsinin həllində maraqlı olmalıdır. “Beynəlxalq nəzarət ölkələri terror qruplaşmalarına maliyyə yardımı etməkdən çəkindirə bilər”, - deyə o bildirib.
ATU-nun qızlar yataqxanası istifadəyə verilib
İyunun 14-də Azərbaycan Tibb Universitetinin (ATU) nəzdində fəaliyyət göstərən yataqxananın əsaslı təmirdən sonra açılışı olub. "Olaylar” xəbər verir ki, media işçilərini yataqxana ilə tanış edən ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Cahangir Qasımov yeni fəaliyyətə başlayan bu müəssisənin yalnız qızlar üçün nəzərdə tutulduğunu qeyd edib: “Yataqxanaya qeydiyyat iyulun 10-dan başlanılacaq, sentyabrın 11-dən etibarən tələbələrin yerləşdirilməsi nəzərdə tutulur. 5 mərtəbəl iyataqxananın 61 otağı var.
Bolqarıstan nümayəndə heyəti Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olub
Bolqarıstan Respublikasının Baş prokuroru Sotir Tsatsarovun rəhbərlik etdiyi nümayəndə heyəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olub.
Mingəçevirdə şəhid bilağına sayğac quraşdırlıb
Mingəçevir şəhərində sakinlərin təşəbbüsü ilə şəhid Şaiq Mustafayevin xatirəsinə çəkilən bulağa altı ay əvvəl sayğac quraşdırılıb. “Olaylar” xəbər verir ki, məsələyə Mingəçevir şəhərindən seçilən deputat Aydın Mirzəzadə sosial şəbəkədə mövqeyini qeyd edib: “Dünən mətbuatda Mingəçevir şəhərində şəhid ailələri tərəfindən qurulmuş şəhid bulaqlarına sayğac qoyulması barədə məlumat oxudum.


.jpg)











