Gündəm
Metropolitenin vaqon təchizatı ilə bağlı müzakirələr keçirilib
Bakı metropoliteni ilə Rusiyanın metro vaqonlarının istehsalçı şirkəti olan "Transmaşholdinq" QSC arasında əlaqələr yeni müstəvidə genişləndirilir. “OLAYLAR”-ın xəbərinə görə, səhmdar cəmiyyətinsədri Zaur Hüseynov "Transmaşholdinq" QSC-nin Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüşüb.
Elmin İnkişafı Fondu 8-ci “Mobillik qrantı” müsabiqəsini elan edib
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 8-ci “Mobillik qrantı” müsabiqəsini elan edib. “OLAYLAR”-ın fonda istinadən verdiyi xəbərə görə, müsabiqə Azərbaycan Respublikasında təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində elmi-tədqiqat işləri ilə məşğul olan alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirak, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaq məqsədilə keçirilir.
Ankarada güclü partlayış: Yaralılar var
Türkiyənin paytaxtında partlayış olub. Ankaranın Yeniməhəllə mahalı, Serhat Məhəlləsində yerləşən bir iş yerində partlayış baş verib. Partlayışdan sonra iş yerində yanğın başlayıb. Hadisə yerinə xeyli sayda xilasetmə və təcili yardım qrupları cəlb edilib.
“Heydər Əliyev: Azərbaycan xalqının qurtuluş mübarizəsinin qalibi” mövzusunda elmi konfrans və kitab sərgisinin açılışı
İyun ayının 14-də Mədəniyyət və Turizm Nazirliyi, Milli Kitabxana və AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə Milli Kitabxanada “Heydər Əliyev: Azərbaycan xalqının qurtuluş mübarizəsinin qalibi” mövzusunda elmi konfrans və “15 iyun- Milli Qurtuluş günüdür” adlı kitab sərgisinin açılışı olmuşdur.
Ukraynalı dirijor Viktoriya Ratsyuku Opera və Balet Teatrında
İyunun 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Traviata” operasının tamaşası nümayiş olunacaq. Teatrdan “Olaylar” – a bildirilib ki, teatrın rəhbərliyi tamaşanı idarə etmək üçün Ukraynalı dirijor Viktoriya Ratsyuku dəvət edib. Viktoriya Ratsyuk yaradıcı karyerasına 1995-ci ildə başlayıb. O musiqinin müxtəlif janrlarında: opera, simfonik və müasir bəstəkarların əsərlərini idarə etmək sahəsində çox uğurla fəaliyyət göstərir. Vətəni Ukrayna ilə yanaşı, Rusiya, Almaniya, Danimarka, Yunanıstan, Polşa, Macarıstan, Çexiya, Braziliya kimi ölkələrdə simfonik orkestrlərlə birlikdə çıxış etmişdir.
"Tomson Röyters" agentliyi Azərbaycanın elmi jurnalının təsir əmsalını yüksəltdi
ABŞ-ın “Clarivate Analytics” şirkəti ("Tomson Röyters" agentliyi) tərəfindən bu günlərdə açıqlanan 2016-cı il üçün hesabata əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnоlogiyalar Nazirliyinin dəstəyi ilə nəşr olunan və Azərbaycanı təmsil edən “Applied and Computational Mathematics” ("Tətbiqi və Hesablama Riyaziyyatı") jurnalının təsir əmsalı ("impact factor") 0.717-dən 1.333-ə yüksəlib. Bu barədə nazirlikdən “Olaylar”a verilən məlumata görə, bu agentliyin tanıdığı jurnallara dünyanın bütün universitetləri, elmi tədqiqat mərkəzləri istinad edirlər. Bu istinadların sayı da jurnalın qeyd olunan reytinqini müəyyən edir.
Hicran Hüseynova Oğuzda qəbul keçirəcək
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 22 iyun 2017-ci il tarixində, saat 14:00-da Oğuz rayonunda, Oğuz rayonu təhsil şöbəsində vətəndaşların qəbulunu keçirəcək. Bu barədə Komitədən “Olaylar"a verilən məlumata görə, qəbulda Balakən, Şəki, Qax, Zaqatala rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər.
BDU-da Milli Qurtuluş Günü münasibəti ilə tədbir
İyunun 14 – də Bakı Dövlət Universitetində Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirilib. Universitetdən “Olaylar” – a bildirilib ki, BDU-nun foyesində ümummilli lider Heydər Əliyevin büstü qarşısına əklil qoyulması mərasimi ilə başlayan tədbiri rektor, akademik Abel Məhərrəmov açıb. Milli Qurtuluş Gününün əhəmiyyətindən danışan rektor ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə dövlət quruculuğu prosesinin başlamasından, ölkənin vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas edilməsindən, müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi yeni bir ideologiyanın əsasının qoyulmasından bəhs edib. Ümummilli lider Heydər Əliyevin müstəqil dövlətimizin möhkəmlənməsi və dünyada tanınması istiqamətində tarixi xidmətlərini vurğulayan rektor bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
DSX-nın məzunlarının buraxılışına həsr оlunmuş tədbir kеçirilib
Dövlət Sərhəd Xidmətinin Xüsusi məktəbində məzunların buraxılışına həsr оlunmuş tədbir kеçirilib. Xidmətdən “Olaylar”a verilən məlumata görə, çıxış edənlər məktəbin müəllim və şagird kollektivini, məzunları və onların valideynlərini təbrik edərək Ulu Öndər Hеydər Əliyеvin müəyyənləşdirdiyi milli inkişaf stratеgiyasının Azərbaycan Rеspublikasının Prеzidеnti cənab İlham Əliyеv tərəfindən uğurla həyata keçirildiyini, göstərilən ali diqqət və qayğı sayəsində Azərbaycan Sərhəd Mühafizəsinin böyük inkişaf yolu keçdiyini qeyd edib, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mеhriban xanım Əliyеvanın məktəbin yaradılmasındakı əməyini xüsusi vurğulayıb.
Möhtəşəm Qayıdış
Dövrümüzün ictimai-siyasi reallıqları, geopolitik məkanda baş verən dəyişikliklər və bütün bu təlatümlərin fövqündə dayanan müasir milli dövlətçiliyimizin mükəmməl bir məntiqdən - Heydər Əliyev zəkasından yoğrulduğunu bir daha sübut edir. Ötən hər il Heydər Əliyev dühasının böyüklüyünü, möhtəşəmliyini bir daha üzə çıxarır. Zaman Heydər Əliyevin siyasi baxışlarına daha dərin məna qazandırır, onun Vətənimizin indisinə və gələcəyinə çox möhkəm tellərlə bağlı olduğunu daha aydın göstərir.
AMEA Genetik Ehtiyatlar İnstitutunda ilk magistrantının dissertasiya işinin müdafiəsi
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) ilk magistrantının dissertasiya işinin müdafiəsi keçirilib. İnstitutdan “Olaylar” – a bildirilib ki, seminarı İxtisaslaşdırılmış Müdafiə Şurasının sədri professor Ramiz Əliyev açıb. R.Əliyev qeyd edib ki, 2015-ci ildə GEİ-yə bir magistr qəbul olunmuş, tədris proqramı tanınmış universitetlərin proqramları əsasında hazırlanaraq tədris olunub. GEİ-nin ilk magistrantı Şəfəq Məmmədova “Bitkilərin seleksiyası” ixtisası üzrə dissertasiya işi haqqında məlumat vermiş, bütün suallara əhatəli cavablandırdı.
Azər Badamov: "15 iyun tariximizə qızıl hərflərlə yazılıb"
“Havadarlarının dəstəyinə arxalanaraq torpaqlarımızı işğal edən ermənilərin törətdiyi qırğınların miqyası genişlənirdi, digər tərəfdən isə Gəncə qiyamı Bakıya gəlib çatırdı”. Bu sözləri millət vəkili Azər Badamov deyib.
İyunun 17-də buraxılış imtahanları keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 17-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.
Şərqşünaslıq İnstitutunda Əmin Ər – Reyhaninin 140 illiyi
İyunun 14-də AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda tanınmış ərəb məhcər ədibi Əmin ər-Reyhaninin anadan olmasının 140 illiyi münasibətilə elmi sessiya keçirildi. İnstitutdan “Olaylar” – a bildirilib ki, tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı akademik G.B.Baxşəliyeva qeyd etdi ki, məhcər ədəbiyyatının görkəmli nümayəndəsi Əmin ər-Reyhani istər ərəb ədəbiyyatşünaslığında, istərsə də dünya şərqşünaslığında adı daima hörmətlə çəkilən şəxsiyyətlərdəndir. Təsadüfi deyil ki, Azərbaycan alimi, professor Aida İmanquliyeva onun adını ərəb məhcər ədəbiyyatının Mixail Nuaymə, Cübran Xəlil Cübran kimi korifeyləri ilə bir sırada çəkmişdir.
“Qafqaz” Konserv Zavodu barədə yayılan xəbərlərin yalan və şayiə olduğu isbat edildi
Son günlərdə mətbuatda mənşəyi məlum olmayan ətlərdən konserv məhsullarının hazırlanması barədə yayılan məlumatlara aydınlıq gətirmək məqsədilə “Azərsun Holdinq” tərəfindən “Qafqaz” Konserv Zavoduna media tur təşkil olunub. Mətbuat nümayəndələri vasitəsi ilə ictimaiyyətə doğru məlumatların çatdırılması üçün şirkət, istehsal müəssisəsinin qapılarını jurnalistlərin üzünə açıb. KİV nümayəndələri istehsal müəssisəsinin bütün bölmələrində keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təmin edilməsinin və yayılan məlumatın əsassız olduğunu əyani olaraq müşahidə ediblər. “Qafqaz” Konserv Zavodunu ziyarət edən media mənsublarını məlumatlandıran “Azərsun Holdinq”in rəsmisi Afiq Səfərov şirkətin fəaliyyət göstərdiyi 25 il ərzində heç bir məhsulda ərzaq təhlükəsizliyi və gigiyena baxımından problemin yaşanmadığını bildirib. O, bunun keyfiyyətə nəzarət sisteminin hesabına təmin edildiyini qeyd edib.














.jpg)