AMEA Genetik Ehtiyatlar İnstitutunda ilk magistrantının dissertasiya işinin müdafiəsi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) ilk magistrantının dissertasiya işinin müdafiəsi keçirilib. İnstitutdan “Olaylar” – a bildirilib ki, seminarı İxtisaslaşdırılmış Müdafiə Şurasının sədri professor Ramiz Əliyev açıb. R.Əliyev qeyd edib ki, 2015-ci ildə GEİ-yə bir magistr qəbul olunmuş, tədris proqramı tanınmış universitetlərin proqramları əsasında hazırlanaraq tədris olunub. GEİ-nin ilk magistrantı Şəfəq Məmmədova “Bitkilərin seleksiyası” ixtisası üzrə dissertasiya işi haqqında məlumat vermiş, bütün suallara əhatəli cavablandırdı.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) ilk magistrantının dissertasiya işinin müdafiəsi keçirilib. İnstitutdan "Olaylar" - a bildirilib ki, seminarı İxtisaslaşdırılmış Müdafiə Şurasının sədri professor Ramiz Əliyev açıb. R.Əliyev qeyd edib ki, 2015-ci ildə GEİ-yə bir magistr qəbul olunmuş, tədris proqramı tanınmış universitetlərin proqramları əsasında hazırlanaraq tədris olunub. GEİ-nin ilk magistrantı Şəfəq Məmmədova "Bitkilərin seleksiyası" ixtisası üzrə dissertasiya işi haqqında məlumat vermiş, bütün suallara əhatəli cavablandırdı.

Daha sonra magistrantın elmi rəhbəri, GEİ-nin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov çıxış edib. Dissertasiya işinin rəsmi rəyçisi biologiya üzrə fəlsəfə doktoru, dosent Xanbala Rüstəmov işə müsbət rəy hazırladığını diqqətə çatdırdı. Sonra müdafiə şurasının üzvləri biologiya üzrə elmlər doktoru, dosent Hacı Şıxlinski, biologiya üzrə fəlsəfə doktoru, dosent Hamlet Sadıqov və biologiya üzrə fəlsəfə doktoru, dosent Mehrac Abbasov magistrant və dissertasiya işi haqqında müsbət fikirlərini söylədilər.

Müdafiə zamanı AMEA Rəyasət Heyətinin Elm və Təhsil İdarəsinin Magistratura şöbəsinin rəisi, texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Cəlil oğlu Hüseynov da iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31