Elmin İnkişafı Fondu 8-ci “Mobillik qrantı” müsabiqəsini elan edib

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 8-ci “Mobillik qrantı” müsabiqəsini elan edib. “OLAYLAR”-ın fonda istinadən verdiyi xəbərə görə, müsabiqə Azərbaycan Respublikasında təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində elmi-tədqiqat işləri ilə məşğul olan alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirak, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaq məqsədilə keçirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 8-ci "Mobillik qrantı" müsabiqəsini elan edib. "OLAYLAR"-ın fonda istinadən verdiyi xəbərə görə, müsabiqə Azərbaycan Respublikasında təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində elmi-tədqiqat işləri ilə məşğul olan alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirak, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaq məqsədilə keçirilir. Müsabiqədə iştirak etmək üçün layihələr 2017-ci il iyunun 16-dan iyulun 16-sı saat 17.00-dək qəbul olunur. Müsabiqəyə yalnız 2017-ci il 15 avqust - 15 dekabr tarixləri arasında xaricdə keçiriləcək beynəlxalq elmi tədbirlərdə və qısamüddətli elmi təcrübəkeçmə proqramlarında iştirak etmək istəyən şəxslər sənədlərini təqdim edə bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31