Hicran Hüseynova Oğuzda qəbul keçirəcək
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 22 iyun 2017-ci il tarixində, saat 14:00-da Oğuz rayonunda, Oğuz rayonu təhsil şöbəsində vətəndaşların qəbulunu keçirəcək. Bu barədə Komitədən “Olaylar"a verilən məlumata görə, qəbulda Balakən, Şəki, Qax, Zaqatala rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər.
14 İyun 2017 15:22 SosialAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 22 iyun 2017-ci il tarixində, saat 14:00-da Oğuz rayonunda, Oğuz rayonu təhsil şöbəsində vətəndaşların qəbulunu keçirəcək. Bu barədə Komitədən "Olaylar"a verilən məlumata görə, qəbulda Balakən, Şəki, Qax, Zaqatala rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər. Qəbulda vətəndaşların ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur. Qəbuldan sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır. Görüş çərçivəsində Oğuz rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr ediləcək.