Metropolitenin vaqon təchizatı ilə bağlı müzakirələr keçirilib
Bakı metropoliteni ilə Rusiyanın metro vaqonlarının istehsalçı şirkəti olan "Transmaşholdinq" QSC arasında əlaqələr yeni müstəvidə genişləndirilir. “OLAYLAR”-ın xəbərinə görə, səhmdar cəmiyyətinsədri Zaur Hüseynov "Transmaşholdinq" QSC-nin Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüşüb.
14 İyun 2017 15:38 SosialBakı metropoliteni ilə Rusiyanın metro vaqonlarının istehsalçı şirkəti olan "Transmaşholdinq" QSC arasında əlaqələr yeni müstəvidə genişləndirilir. "OLAYLAR"-ın xəbərinə görə, səhmdar cəmiyyətinsədri Zaur Hüseynov "Transmaşholdinq" QSC-nin Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüşüb. Görüşdə "Transmaşholdinq" QSC-nin direktoru Kiril Lipa, müəssisənin direktorlar şurasının sədri Andrey Andreyev, biznesin inkişafı üzrə kommersiya direktoru Andrey Vasilyev və "Transmaşholdinq" QSC-nin şirkətlər qrupuna daxil olan "Metrovaqonmaş" ASC-nin baş direktoru Boris Boqatıryov iştirak edib. Səfər çərçivəsində əməkdaşlığın geniş perspektivləri, fikir və təcrübə mübadiləsi ilə bağlı müzakirələr aparılıb. Qeyd edək ki, "Transmaşholdinq" QSC-nin şirkətlər qrupuna daxil olan "Metrovaqonmaş" ASC ilə metro vaqonlarının və vaqon komplektlərinin təchizatı haqqında müqavilə imzalanması nəzərdə tutulub. İmzalanması nəzərdə tutulan müqaviləyə əsasən, istehsalçı müəssisə Bakı metropolitenini yeni nəsil 81-765/766/767 seriyalı qatarlar ilə təchiz edəcək. Bu vaqonlar texnologiyaların ən son nailiyyətləri ilə təchiz olunmaqla, müasir tələblərə cavab verir. Ən yüksək təhlükəsizlik tələblərinə cavab verən vaqonlar paslanmayan poladdan istehsal ediləcək. Asinxron dartı mühərriki ilə təchiz olunan qatarlarda yeni nəsil kompüter texnologiyalarına söykənən idarəetmə sistemləri tətbiq edilib. Həmçinin əvvəlki nəsil qatarlardan fərqli olaraq, yeni qatarlarda tətbiq olunan texnologiyalar sayəsində elektrik enerjisinə 30 faiz qənaət olunacaq.