Gündəm
Dələduzun digər cinayət əməlləri müəyyən edilib
Bakı şəhər sakini Vasif İsmayılov dələduzluq etməkdə şübhəli bilindiyinə görə saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, ətrafında Sabunçu RPİ 15-ci PB əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun aprelin 10-da bir avtomobildən 1850 manat pul, mobil telefon və sənəd oğurlaması da müəyyən edilib.
Tərtərdə evlərə qənim kəsilən şəxs ələ keçib
Tərtər rayon ərazisindəki evlərdən birindən 4450 ABŞ dolları və 260 manat pul, habelə qızıl əşyalar oğurlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Poladlı kənd sakini, əvvəllər məhkum olunmuş Cavid Quliyev tutulub.
Akif Əlizadə Viji Krişnanın başçılıq etdiyi c nümayəndə heyətini qəbul edib
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Clarivate Analytics (Thomson Reuters) təşkilatının Əqli Mülkiyyət və Elm Departamentinin İnkişaf Etməkdə olan ölkələr üzrə baş direktoru Viji Krişnanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Akademiyadan “Olaylar” – a bildirilib ki, görüşdə akademik Akif Əlizadə keçən ilin oktyabr ayında AMEA ilə Clarivate Analytics təşkilatı arasında əməkdaşlıq müqaviləsinin imzalandığını xatırladıb. Qeyd edib ki, müqaviləyə əsasən AMEA-nın 40-dan çox elmi-tədqiqat müəssisəsi və burada çalışan alim və mütəxəssislər Clarivate Analytics platformasının bibliometrik şəbəkəsindən (Web of Science) istifadə imkanı əldə ediblər. Təşkilatın rəhbərliyinə yaradılan imkanlara görə minnətdarlığını bildirən akademik Akif Əlizadə Clarivate Analytics ilə əməkdaşlığı yüksək dəyərləndirib, bu əməkdaşlığın Azərbaycanda elmin inkişafına, ölkə elminin dünyadakı nüfuzunun artmasına töhfə verəcəyini və tədqiqatçılar üçün yeni imkanlar açacağını bildirib.
Oğrunun digər əməlləri aşkar edilib
Samir Hüseynov adlı şəxs oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulub. DİN-dən verilən məlumata görə, ətrafında Nərimanov RPİ 17-ci PB əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun iyunun 12-də Bakı şəhər sakinləri olan 2 nəfərin mobil telefonunu soyğunçuluq yolu ilə alması da müəyyən edilib. Hazırda saxlanılan şəxsin digər cinayət hadisələrində iştirak edib-etməməsi istiqamətində iş aparılır.
Qubada oğurluğun qarşısı alınıb
İyunun 13-nə keçən gecə Quba rayon İcra Şöbəsinin həyətində olan "Mercedes" markalı avtomobildən akkumulyator oğurlanmağa cəhd göstərilib. DİN-dən verilən məlumata görə, akkumlyatoru oğurlamağa cəhd göstərən rayon sakini Ədalət Süleymanov Quba Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə təhvil verilib.
İstanbul Haliç körfəzində meyit tapılıb
Bu gün səhər saatlarında İstanbul Bələdiyyəsinin Dəniz təmizliyi ilə məşqul olan işçiləri şəhərin mərkəzində olan Haliç körfəzindən naməlum bir kişi meyiti tapıblar. Olay yerinə təcili olaraq polis çağırılıb. İstanbul Dəniz Poisinin əməkdaşları cəsədi təmizlik katerinə çıxarıblar. Meyit İstanbul Tibbi Ekspertiza Mərkəzinə təhvil verilib. Ölən şəxsin üstündən hər hansı bir kimlik tapılmayıb. Hadisə ilə əlaqədar və ölən kişinin şəxsiyyətinin müəyyən edilməsi üçün cinayət işi başladılıb.
XII-XIX əsrlərdə Naxçıvanda sənətkarlıq sahələrindən bəhs edən yeni nəşr
AMEA Naxçıvan Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Sara Hacıyevanın “Naxçıvanda sənətkarlıq” adlı monoqrafiyası çapdan çıxıb. Bölmədən “Olaylar” – a bildirilib ki, tədqiqat əsərində ilk dəfə olaraq orta əsrlər dövründə Naxçıvan ərazisində fəaliyyət göstərən sənətkarlıq sahələri araşdırılıb və təhlil edilib. “Sənətkarlıq mərkəzlərinin təşkili və inkişafı”, “Sənətkarlıq sahələri”, “Sənətkarlıq məhsulları”, İqtisadiyyatın inkişafında və ticarət əlaqələrinin genişlənməsində sənətkarlığın rolu” bölmələrdən ibarət olan monoqrafiyada Naxçıvan ərazisində orta əsrlər zamanı yaradılan və zəmanəmizədək gəlib çıxan sənətkarlıq məsulları, bədii daşyonma, toxuculuq, xalçaçılıq, dəmirçilik, misgərlik, zərgərlik, bədii tikmə, boyaqçılıq, minatür və digər nümunələr barəsində məlumatlar yer alıb.
"Gənc istedadlar" liseyində "Son zəng" çalındı
İyunun 14 – də Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyində "Son zəng" keçirilib. Universitetdən “Olaylar” – a bildirilib ki, BDU-nun rektoru, akademik Abel Məhərrəmov məzunları və onların valideynlərini təbrik edərək gələcək hayatlarında uğurlar arzulayıb. Liseyin direktoru, professor Qasım Hüseynov liseyin 2016-2017-ci tədris ilində qazandığı uğurlardan bəhs edib. Bu il liseyi bitirən 46 məzunun əksər hissəsinin Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanların ilk mərhələsindən 600-dən çox bal topladıqlarının diqqətə çatdırıb.
Bakı sakinindən 7,1 kq marixuana götürülüb
Bakı şəhər sakinində külli miqdarda narkotik vasitə aşkar edilib. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Sergey Musayevdən 7 kiloqram 100 qram marixuana aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Tapança satan keçmiş məhkum tutulub
Qazax rayon sakinindən odlu silah götürülüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Qazax RPŞ əməkdaşlarının keçirdikləri birgə əməliyyat keçiriblər. Əməliyyat tədbirləri nəticəsində Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Şahməddin Mustafayev 1 ədəd "Naqan" markalı tapançanı, 8 ədəd patronu və 1 ədəd xəncəri 800 ABŞ dollarına satarkən tutulub.
Şadlıq sarayında faciəvi ölüm
Azərbaycanda şadlıq evlərinin birində faciəvi ölüm hadisəsi baş verib. “Olaylar” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, iyunun 13-də Neftçala rayon sakini Ələkbər Əzizov Dördlər kəndi ərazisindəki şadlıq sarayında təmir işləri apararkən elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
S. C. Pişəvəri Fəxri Xiyabanda və Yevlaxın Aran qəsəbəsində anıldı
“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyi görkəmli inqilabçı, ictimai-siyasi xadim, jurnalist, yazıçı, naşir, Azərbaycan Demokrat Firqəsinin yaradıcısı və rəhbəri, Milli Hökumətin baş naziri Seyid Cəfər Pişəvərinin əbədiyyətə qovuşmasının 70, anadan olmasının 125 illiyi ilə əlaqədar tədbirlər planı tərtib edib. Bunların reallaşdırılmasına anım mərasimləri ilə başlanılıb.
ABŞ-ın İrəvandakı məxfi laboratoriyaları... – Qukasyan
2010-cu ildən başlayaraq, Ermənistanda biolaboratoriyaların həcmi 20-dən 400-ə qədər artıb. Bunu Ermənistanın “Xalqın səsi” ictimai klubunun “Ermənistanda bioloji laboratoriyalar hərbi xarakterli xarici obyektlər kimi” mövzusunda təşkil etdiyi mətbuat konfransında çıxışı zamanı ekspert Arman Qukasyan söyləyib.
Muğam Mərkəzinin təşkilatçılığı ilə Ağsuda Qurtuluş gününə həsr olunmuş konsert- VİDEO
Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı və Ağsu rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ağsu Mədəniyyət Sarayında Milli Qurtuluş gününə həsr olunmuş konsert proqramı keçirilib. Mərkəzdən “Olaylar” – a bildirilib ki, konsertdə Xalq artisti Zabit Nəbizadə, Əməkdar artis Səbuhi İbayev, Əməkdar mədəniyyət işçisi Aşıq Ağamurad Şirvanlı, xanəndələr Eldəniz Məmmədov, Rövşən Əziz çıxış etdilər. İfaçıları “Buta” intrumental ansamblı müşayiət edirdi. Ansamblının bədii rəhbəri tarzən Rövşən Qurbanovdur. Kamançada Xəyyam Məmmədov, balabanda Abuzər Güləliyev, qarmonda Anar Niftəliyev, pianoda Oruc Orucov, nağarada Amil Mustafayev, zərb alətlərində Aslan Bayramov və bəm tarda Kamran Novruzov ifa edirdi.
Yadplanetlilər bizlə niyə təmasa keçmir?
ABŞ alimləri yadplanetlilərin mövcud olduğunu, lakin insanlarla qarşılaşmaqdan çəkindiklərini iddia edib. Buna səbəb isə onların insanlardan qorxmalarıdır. Alim Kris İmpley yadplanetlilərin məhz insanlardan qorxduqları üçün kosmosun uzaq guşələrində gizləndiyini düşünür. Tədqiqatçı yadplanetlilərin planetlərin xaricində və ya Pluton planetinin peyki olan Xaronda yaşadığını bildirir. Mütəxəssisin fikrincə, insanların özləri də hələ ki, yadplanetlilərlə görüşə hazır deyil.











.jpg)


