Muğam Mərkəzinin təşkilatçılığı ilə Ağsuda Qurtuluş gününə həsr olunmuş  konsert- VİDEO

Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı və Ağsu rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ağsu Mədəniyyət Sarayında Milli Qurtuluş gününə həsr olunmuş konsert proqramı keçirilib. Mərkəzdən “Olaylar” – a bildirilib ki, konsertdə Xalq artisti Zabit Nəbizadə, Əməkdar artis Səbuhi İbayev, Əməkdar mədəniyyət işçisi Aşıq Ağamurad Şirvanlı, xanəndələr Eldəniz Məmmədov, Rövşən Əziz çıxış etdilər. İfaçıları “Buta” intrumental ansamblı müşayiət edirdi. Ansamblının bədii rəhbəri tarzən Rövşən Qurbanovdur. Kamançada Xəyyam Məmmədov, balabanda Abuzər Güləliyev, qarmonda Anar Niftəliyev, pianoda Oruc Orucov, nağarada Amil Mustafayev, zərb alətlərində Aslan Bayramov və bəm tarda Kamran Novruzov ifa edirdi.

Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı və Ağsu rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ağsu Mədəniyyət Sarayında Milli Qurtuluş gününə həsr olunmuş konsert proqramı keçirilib. Mərkəzdən "Olaylar" - a bildirilib ki, konsertdə Xalq artisti Zabit Nəbizadə, Əməkdar artis Səbuhi İbayev, Əməkdar mədəniyyət işçisi Aşıq Ağamurad Şirvanlı, xanəndələr Eldəniz Məmmədov, Rövşən Əziz çıxış etdilər.

İfaçıları "Buta" intrumental ansamblı müşayiət edirdi. Ansamblının bədii rəhbəri tarzən Rövşən Qurbanovdur. Kamançada Xəyyam Məmmədov, balabanda Abuzər Güləliyev, qarmonda Anar Niftəliyev, pianoda Oruc Orucov, nağarada Amil Mustafayev, zərb alətlərində Aslan Bayramov və bəm tarda Kamran Novruzov ifa edirdi.

Konsert "Buta" intrumental ansamblının musiqi ifası ilə başladı və sonra Xalq Artisti Zabit Nəbizadə səhnəyə dəvət olundu. Xanəndə Ağsuluları salamlayaraq onları bu bayram münasibəti ilə təbrik edir və bu konsertin ərsəyə gəlməsində böyük əməyi olan Beynəlxalq Muğam Mərkəzinə və Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirir. Daha sonra tamaçaçılar üçün Bayatı-Şiraz və Mahur muğamını səsləndirir.

Konsert proqramında tamaşaçılar üçün Şur, Segah, Dilkeş muğamları, qəzəl və təsniflər səsləndi. Konsertin sonunda tamaşaçıların xahişi ilə Xalq artisti Zabit Nəbizadə səhnəyə çıxaraq Şirvan Şikəstəsi ifa etdi.

Ağsu rayon İcra başçısı Ənvər Seyidəliyev səhnəyə çıxaraq konsertin təşkilinə görə Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyinə və heyətinə dərin minnətdarlığını bildirdi və bütün tədbir iştirakçıların  bayramlarını təbrik etdi.

Sonda xanəndələr səhnəyə çıxaraq Qarabağ şikəstəsini ifa etdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31