Yadplanetlilər bizlə niyə təmasa keçmir?
ABŞ alimləri yadplanetlilərin mövcud olduğunu, lakin insanlarla qarşılaşmaqdan çəkindiklərini iddia edib. Buna səbəb isə onların insanlardan qorxmalarıdır. Alim Kris İmpley yadplanetlilərin məhz insanlardan qorxduqları üçün kosmosun uzaq guşələrində gizləndiyini düşünür. Tədqiqatçı yadplanetlilərin planetlərin xaricində və ya Pluton planetinin peyki olan Xaronda yaşadığını bildirir. Mütəxəssisin fikrincə, insanların özləri də hələ ki, yadplanetlilərlə görüşə hazır deyil.
14 İyun 2017 14:42 DünyaABŞ alimləri yadplanetlilərin mövcud olduğunu, lakin insanlarla qarşılaşmaqdan çəkindiklərini iddia edib. Buna səbəb isə onların insanlardan qorxmalarıdır. Alim Kris İmpley yadplanetlilərin məhz insanlardan qorxduqları üçün kosmosun uzaq guşələrində gizləndiyini düşünür. Tədqiqatçı yadplanetlilərin planetlərin xaricində və ya Pluton planetinin peyki olan Xaronda yaşadığını bildirir. Mütəxəssisin fikrincə, insanların özləri də hələ ki, yadplanetlilərlə görüşə hazır deyil.
"Çoxumuz yadplanetlilərin Yer kürəsinə yaxşı niyyətlə gəlməyəcəyinə inanırıq. Sözügedən qorxunun yaranmasına səbəb isə yadplanetlilərlə bağlı çəkilən kinolar və yazılan əsərlərdə onların yalnız mənfi obrazının canlandırılmasıdır", - alim bildirib.
Xatırladaq ki, alimlər insanların niyə hələ də digər planetlərdə yaşayan canlılarla rastlaşmamasının məntiqi izahını müəyyən etməyə çalışıb. Məntiqi izahlardan biri odur ki, iki həyat formasının arasındakı məsafə həddindən artıq böyük ola bilər. İkincisi, yadplanetliləri insanlardan zaman kəsimi ayıra bilər - yadplanetlilər bizdən daha əvvəl yaşayıb artıq məhv ola və ya hələ bizim həyatdan sonra doğula bilər. Alimlərin bütün bu izahatlarına baxmayaraq, tezliklə bir UFO ilə rastlaşacağına inanan insanların sayı az deyil. Axar.az