Gündəm

NATO rəsmisi Qarabağda vəziyyəti "soyuq müharibə" dövrünün SSRİ-ABŞ münasibətləri ilə müqayisə edib

14 İyun 2017 14:38

"Dağlıq Qarabağ münaqişəsi zonasında sürətlə silahlanmanın mütləq şəkildə silahlı münaqişəyə səbəb olacağını düşünmək doğru deyil".  Bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib. 

Ümumdünya Qan Donorları Günü ilə əlaqədar maarifləndirici aksiya

14 İyun 2017 14:37

14 İyun – Ümumdünya Qan Donorları Günü ilə əlaqədar Bilik Fondu və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi birgə maarifləndirici aksiya keçirib. Fonddan “Olaylar” – a bildirilib ki, hər iki qurumun əməkdaşları idarə və müəssisələrdə, təhsil ocaqlarında qan donorluğu ilə bağlı məlumat verib, bukletlər paylayıblar. Aksiyanın məqsədi bir daha könüllü qan donorlarına hörmət və ehtiramı nümayiş etdirmək, cəmiyyətdə donor qanına olan ehtiyac və zərurəti vurğulamaq, donorluğa yeni insanları cəlb etməkdir. Ümumdünya Qan Donorları Günü könüllü qanvermənin əhəmiyyəti barədə əhalinin məlumatlandırılması, daha çox insanın könüllü donorluğa həvəsləndirilməsi, həmçinin, öz qanını təmənnasız olaraq könüllü bağışlayan şəxslərə ehtiram və minnətdarlıq məqsədi ilə qeyd olunur.

Polis əməkdaşları mükafatlandırıldılar

14 İyun 2017 14:33

IV İslam Həmrəyliyi Oyunları zamanı qarşıya qoyulmuş tapşırıqların icrasında xüsusilə fərqləndiklərinə görə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə mükafatlandırılmış  polis əməkdaşlarına mükafatların təqdim edilməsinə həsr olunmuş mərasim keçirilib.

“Maşınlar”, “Transformerlər”, “Hörümçək adam” – Park Cinemada

14 İyun 2017 14:31

Yay mövsümünün başlaması ilə əlaqədar Park Cinema kinoteatrlar şəbəkəsi IMAX-da “Super Qiymət” aksiyasına start verir. “İyul ayının ortasına kimi bu yayın ən məşhur premyeraları gözlənilir, və biz böyük məmnuniyyətlə kinosevərlərə bu filmləri super qiymətə izləmək şansı təqdim edirik. Belə ki, Bazar ertəsindən Çərşənbə gününə qədər IMAX-da günorta seansları üzrə super qiymət qüvvədə olacaq – 6.90 azn. İnanırıq ki, izləyicilər böyük ekranda sevimli qəhrəmanlarına bir addım daha yaxın olacaq və IMAX-ın xüsusi effekt və səs keyfiyyətindən zövq alacaqlar” -  deyə, kinoteatrlar şəbəkəsinin Marketinq üzrə Direktoru Musa Axundov bildirib.

Azərbaycan və Rusiya polisi birgə əməliyyat keçirdi

14 İyun 2017 14:29

Azərbaycan Respublikasının və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, cari il mayın 29-dan iyunun 4-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində “Sərhəd” şərti adı altında birgə kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib. Bu barədə DİN-dən verilən məlumata görə, əməliyyatın əsas məqsədi transmilli mütəşəkkil cinayətkar dəstələrin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində birgə kompleks təşkilati-praktiki tədbirlərin, həmçinin sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların icrasının yerinə yetirilməsi olub.

İRƏLİ daha bir layihənin müsahibə mərhələsinə başlayıb

14 İyun 2017 14:25

"İRƏLİ” İctimai Birliyi tərəfindən həyata keçiriləcək yayın ən böyük layihələrindən biri olan SAY: Solidarity” layihəsinin müsahibə mərhələsi başlayıb. İctimai Birlikdən “OLAYLAR”-a bildirilib ki, iyun ayının 13,14,15-i tarixlərində davam edəcək müsahibə mərhələsi bitdikdən sonra seçilən 100-ə yaxın gənc layihədə iştirak hüququ qazanacaq. “İRƏLİ” İctimai Birliyi uzun müddətdir davam edən könüllülüyün təbliği sahəsindəki fəaliyyətlərin davamı olaraq, SAY hərəkatının 5-ci fəaliyyəti çərçivəsində təşkil olunacaq layihə İslam Həmrəyliyi ilinə həsr olunub.

AzTU-da yazılı imtahanlarda tam yeni qaydalar tətbiq olunur

14 İyun 2017 14:24

İyunun 14-də Azərbaycan Texniki Universitetində (AzTU) təhsil naziri Mikayıl Cabbarovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmrinə uyğun olaraq yaz imtahan sessiyasının gedişini izləmək üçün Universitet İctimai Şurasının üzvləri, KİV nümayəndələri, təhsil ekspertləri və valideynlərin iştirakı ilə açıq qapı günü təşkil olunub. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, qonaqlar auditoriyalarda imtahanların gedişini izləyib, yaz imtahan sessiyasının mövcud qaydalara uyğun təşkilini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin edilməsini müşahidə ediblər.

Deputat: “Müharibə ehtimalı qaçılmazdır”

14 İyun 2017 14:16

Ermənilər həyasızcasına Dağlıq Qarabağ münaqişəsinin real həllindən boyun qaçırırlar. Ermənilər belə iddialarla çıxış ediblər ki, cəbhə xəttində onların istədiyi kimi etibarlı atəşkəsin təmin olunması həyata keçirilməlidir.

Türkiyə hədəfdə

14 İyun 2017 14:09

Yaxın Şərqdə gərginlik getdikcə artır. Cərəyan edən proseslər onu deməyə əsas verir ki, Səudiyyə Ərəbistanı-Qətər, İran-Səudiyyə Ərəbistanı arasında süni şəkildə yaradılan gərginlikdə əsas məqsəd heç də əslində sözügedən ölkələri bir-birinə düşmən etmək deyil. Məqsəd daha ciddi planlar reallaşdırmaq və bölgəni tamamilə parçalamaqdır. Qərbin hazırlamış olduğu bu plan bir tərəfdən də Türkiyə üçün nəzərdə tutulan bir “sürprizdir”. Daha dəqiq desək söhbət bütün bu baş verən proseslərin fonunda illərdir reallaşdırılması nəzərdə tutulan Kürdsüstan dövlətini yaratmaqdır. Elə Türkiyəni Səudiyyə Ərəbistanı-Qətər böhranına cəlb etmək də başlıca məqsədlərdən biri budur. Təsadüfi deyil ki, elə türkiyəli ekspertlər də bu qənaətdədirlər. Onlar hesab edirlər ki, istər Ər-Riyad-Doha böhranı, istərsə də bir nüçə gün əvvəl İran İslam Respublikasının paytaxtı Tehranda həyata keçirilən terror aksiyası buna xidmət edir.

Lənkəranskinin bandasının qalıqları belə ələ keçdi - YENİLƏNİB

14 İyun 2017 14:05

Rövşən Lənkəranskinin Rusiyanın Nijni Tagil şəhərində fəaliyyət göstərən bandası ələ keçib. Hələ ki 3 nəfəri həbs edən yerli polis dəstənin başqa üzvlərini də axtarır. Onlar  adam oğurluğu, quldurluq, silahlı basqın və reketlikdə ittiham olunurlar.  Məlumata görə, saxlanılanların yaşadığı evdə polis axtarış aparıb. Oradan xeyli silah-sursat tapılıb.  İlkin dindirmə zamanı o da məlum olub ki, bir qədər əvvəl onlar Nijni Tagil sakininin mənzilini satdığını öyrəniblər. Bundan sonra onun evinə basqın ediblər. Ev yiyəsini çəkiclə döyəndən sonra 100 rubl pulunu əlindən alıblar.  

Sabahdan Azərbaycanda çimərlik mövsümü başlayır

14 İyun 2017 14:00

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sərəncamı ilə sabahdan - iyunun 15-dən çimərlik mövsümü açıq elan ediləcək. Bu barədə BŞİH-dən məlumat verilib. Qurumdan qeyd olunub ki, çimərliklərin açıq elan olunması ilə bağlı ərazilərin təmizlənməsi və s. məsələlərdə hər bir rayon icra hakimiyyəti özü məsuliyyət daşıyır: "Hər bir çimərlik ərazisi mövsüm açılanadək təmizlənib qurtarılmalıdır".

Prezident İlham Əliyev yenidən qurulan Cocuq Mərcanlı kəndində görülən işlərlə tanış olub

14 İyun 2017 13:48

Böyük Qayıdışın başlanğıcı olan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası artıq başa çatıb. İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan Cocuq Mərcanlı kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb.

ABŞ Belarusa qarşı sanksiyaları daha bir il uzadıb

14 İyun 2017 13:45

ABŞ prezidenti Donald Tramp Belarusa qarşı sanksiyaların daha bir il uzadılması barədə fərman imzalayıb. Dövlət başçısı bununla bağlı Konqresi məlumatlandırıb.  Bu sanksiya prezidentin fərmanına əsasən uzadılır və qüvvədə olur. ABŞ prezidenti sanksiyaların uzadılmasını Belarus hökumətinin bəzi təmsilçilərinin ölkədə insan hüquqlarını pozmaları ilə əsaslandırıb. 

Türkiyədə ildırım vurması nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb

14 İyun 2017 13:44

Türkiyənin Ərzincan bölgəsində tarlaya ildırımın düşməsi nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Yaralananlardan ikisi uşaqdır.

“Milli Qurtuluş Günü ölkəmizin xilas günüdür”

14 İyun 2017 13:33

“15 İyun – Milli Qurtuluş Günü ölkəmizin xaosdan və yer üzündən silinmə təhlükəsindən xilas günüdür”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon Təşkilatının sədri, Milli məclisin deputatı Şəmsəddin Hacıyev deyib.