Lənkəranskinin bandasının qalıqları belə ələ keçdi - YENİLƏNİB
Rövşən Lənkəranskinin Rusiyanın Nijni Tagil şəhərində fəaliyyət göstərən bandası ələ keçib. Hələ ki 3 nəfəri həbs edən yerli polis dəstənin başqa üzvlərini də axtarır. Onlar adam oğurluğu, quldurluq, silahlı basqın və reketlikdə ittiham olunurlar. Məlumata görə, saxlanılanların yaşadığı evdə polis axtarış aparıb. Oradan xeyli silah-sursat tapılıb. İlkin dindirmə zamanı o da məlum olub ki, bir qədər əvvəl onlar Nijni Tagil sakininin mənzilini satdığını öyrəniblər. Bundan sonra onun evinə basqın ediblər. Ev yiyəsini çəkiclə döyəndən sonra 100 rubl pulunu əlindən alıblar.
14 İyun 2017 14:05 KriminalRusiyanın Nijniy Tagil şəhərində mərhum azərbaycanlı kriminal avtoritet "Rövşən Lənkəranski"nin bandasının qalıqları xüsusi təyinatlılar tərəfindən zərərsizləşdirilib. Sverdlovsk vilayətinin Daxili İşlər İdarəsinin yaydığı məlumata əsasən şəhərdə keçirilən əməliyyat zamanı adam oğurluğu, quldurluq, silahlı basqın kimi əməllər törədən üç qanqster yaxalanıb. Sverdlovsk vilayəti üzrə Daxili İşlər İdarəsinin mətbuat katibi Vadim Qorelıx bildirib ki, saxlanılanlardan biri müqavimət göstərməyə çalışıb və qaçmaq istəyib, lakin buna müvəffəq olmayıb.
Qanqsterlərin qaldıqları evlərdə axtarış aparılıb, "Kalaşnikov" avtomatı da daxil olmaqla silah-sursat tapılıb. Bu silahların quldur basqınlarında istifadə olunduğu bildirilir. Belə ki, cinayətkarlar Nijniy Tagil sakininin mənzilini satdığını öyrəniblər və onun evinə basqın edərək çəkiclə döyüblər, zorla avtomobilə mindirib aparıblar və evin satışından əldə etdiyi pulu verməyi tələb ediblər. 1972-ci ildə anadan olmuş həmin şəxs əzablara dözməyib və 100 min rublu cinayətkarlara verib.
Habelə qruplaşma üzvləri uşaq evlərinin keçmiş sakinlərini hədəf alıb. Onların bəzilərinin hesablarında iri məbləğdə pul olduğunu öyrənərək hücum ediblər, gəncləri küçədə döyüblər, qorxudublar, hətta iki nəfərə atəş açıblar.
Hüquq-mühafizə orqanlarındakı mənbə bildirir ki, Rövşən Lənkəranskinin bandası Njniy Tagildə bir neçə ildir tüğyan edirdi. Cinayətkar qruplaşma maşın oğurluğu, reket, borcların zorla geri alınması kimi əməllərlə məşğul olub. Qruplaşmanın qərargahı və daimi görüş yeri Şilovski küçəsindəki serb mətbəxi restoranı "Next" olub.
"Rövşən Lənkəranski"nin öldürülməsindən sonra Ural regionunda vəziyyətə "Lotu Quli" nəzarət edir. Lənkəranskinin bandasının bir çox aparıcı üzvləri Qulinin tərəfinə keçib. Virtualaz.org
***
Rövşən Lənkəranskinin Rusiyanın Nijni Tagil şəhərində fəaliyyət göstərən bandası ələ keçib. Hələ ki 3 nəfəri həbs edən yerli polis dəstənin başqa üzvlərini də axtarır. Onlar adam oğurluğu, quldurluq, silahlı basqın və reketlikdə ittiham olunurlar. Məlumata görə, saxlanılanların yaşadığı evdə polis axtarış aparıb. Oradan xeyli silah-sursat tapılıb. İlkin dindirmə zamanı o da məlum olub ki, bir qədər əvvəl onlar Nijni Tagil sakininin mənzilini satdığını öyrəniblər. Bundan sonra onun evinə basqın ediblər. Ev yiyəsini çəkiclə döyəndən sonra 100 rubl pulunu əlindən alıblar.
Rusiya DİN-in Sverdlovsk vilayətindəki mənbənin ura.ru-ya bildirdiyinə görə, adıçəkilənlər mərhum qanuni oğru Rövşən Lənkəranskiyə yaxınləğı ilə tanınan şəxslərdir. "Bu bandanın neçə ildir Njni Tagildə etmədiyi cinayət qalmamışdı", - deyə mənbə bildirib. Məlumta görə, qruplaşma üzvləri Nijni Tagilin mərkəzində yerləşən "Next" kafesinə yığışırmışlar. Bütün planlar da bu kafedə cızılırmış. Lent.az