Gündəm
Baş nazirin müavini: “Həmsədrlər vəzifələrini yalnız regiona gəlib-getməklə bitmiş hesab etməməlidir”
"ATƏT Minsk qrupu həmsədrlərinin səfərindən gözləntimiz var. Onlar ədalətli qərar qəbul edilməsi üçün daha səylə çalışmalıdırlar. Vəzifələrini yalnız regiona gəlib-getməklə bitmiş hesab etməməlidir". Bunu bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İcraçı katibi-sədr müavini, baş nazirin müavini Əli Əhmədov deyib.
Necdet Ünüvar: "Azərbaycanın güclənməsindən hər zaman qürur duyuruq"
Türkiyənin millət vəkili, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edib. N.Ünüvar Trend-ə açıqlamasında bildirib ki, hazırda bəzi qüvvələrin Azərbaycan və Türkiyə əleyhinə məkrli planlarının olması hər kəsə məlumdur: "Bunlara baxmayaraq, Azərbaycan və Türkiyə hər zaman parlamağa, inkişaf etməyə davam edəcəklər".
Renan Alveş karyerasını Serbiyada davam etdirəcək
Renan Alveş "Kəpəz"dən rəsmən ayrılıb. Fransa I Liqasında mübarizə aparan "Amiens" klubuna keçidi baş tutmayan Renan karyerasını Serbiyada davam etdirəcək. 24 yaşlı müdafiəçi "Vojvodina" klubuna keçib. Onunla 2 illik müqavilə imzalanıb. Braziliyalı müdafiəçi "Kəpəz"ə Portuqaliyanın "Gil-Visente" klubundan gəlmişdi.
Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin sakini Oqtay Həziyevi "Əmək" ordeni ilə təltif edib
Prezident İlham Əliyev O.Ə.Həziyevin 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Nüvə bombardmançıları Rusiya sərhədlərinə gedir: ABŞ-dan Moskvaya əzələ nümayişi
ABŞ Böyük Britaniyada üç tipli 8 strateji bombardmançı yerləşdirib. Nəşr qeyd edir ki, ABŞ bu addımla potensialı haqqında Rusiyaya xatırladıb. ABŞ tarixdə ilk dəfə Böyük Britaniyada strateji bombardmançıların bütöv qrupunu yerləşdirib. Bu, Rusiya ilə artan gərginlik fonunda baş verir. Söhbət iki “B-2” gözəgörünməz bombardmançı, üç B-52H (“Stratosfer qalası”) və üç B-1 “Lanser” bombardmançılarından gedir. Strateji bombardmançıların hamısı nüvə yükünü daşıya bilir. Nəşrin yazdığına görəı, ancaq Avropaya gələn bombardmançılardan heç biri nüvə yükü ilə təchiz olunmayıb.
Əli Əhmədov: "İcbari tibbi sığorta haqları vətəndaşlar üçün məqbul səviyyədə olmalıdır"
"Mingəçevir və Yevlaxda icbabi tibbi sığorta ilə bağlı ödənişin, haqqın müəyyənləşdirilməməsi bunun bu iki bölgədə pilot layihə kimi həyata keçirilməsi ilə bağlıdır". Bunu baş nazirin müavini Əli Əhmədov deyib. Ə. Əhmədov bildirib ki, icbari tibbi sığorta bütün Azərbaycanda tətbiq olunmağa başlayanda xidmət haqları açıqlanacaq: "Bu haqlar, ödənişlər elə səviyyədə olmalıdır ki, öncə icbari tibbi sığortanın maliyyə bazasını təmin etsin.
Milli Məclis sədrinin I müavini: “Həmsədrlərin regiona səfərlərindən heç nə gözləmirəm”
“ATƏT-in Minsk qrupunun həmsədrləri məsuliyyəti üzərindən atırlar. Deyirlər ki, Azərbaycan və Ermənistan öz aralarında razılığa gəlsinlər, biz də bunu dəstəkləyək. Ona görə də Minsk qrupu həmsədrlərinin regiona növbəti səfərlərindən heç nə gözləmirəm”. Bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.
Əli Əhmədov: "İqtisadiyyatımız yeni mərhələyə keçəcək, yeni imkanlar əldə edəcək"
"Heydər Əliyevin möhtəşəm qayıdışı, Milli Qurtuluş baş tutmasaydı, indi tamam fərqli Azərbaycanda yaşayırdıq. O Azərbaycan bu gün fəxr duyduğumuz Azərbaycandan fərqli olacaqdı". Bunu bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə 15 iyun-Milli Qurtuluş Günü münasibəti ilə "Azərbaycan dünyaya günəş kimi doğacaq" adlı tədbirdə baş nazirin müavini, YAP icraçı katibi Əli Əhmədov söyləyib.
Hava qeyri-sabit keçəcək
İyunun 15-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Ziyafət Əsgərov: “Rusiya-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur"
“Rusiya-Azərbaycan münasibətlərində gərginlik barədə deyilənlərlə razılaşmıram, münasibətlərimizdə heç bir problem yoxdur”. Bunu Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Heydər Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycan öz müstəqilliyinə qovuşdu
Millət vəkili Eldar İbrahimov bildirib ki, 15 iyun - Qurtuluş günü bizim ən əziz bayramlarımızdan biridir. Ona görə ən əziz bayramdır ki, bütün bayramlar məhz 15 iyundan keçir. Yəni 15 iyun olmasaydı, ulu öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan parçalanacaqdı, dağılacaqdı.
Sultan Səlim körpüsündə terror planı
Türkiyənin İstanbul şəhərində yerləşən beynəlxalq idman yarışları üçün nəzərdə tutulmuş standionlarda və Sultan Səlim körpüsündə terror aksiyası planlaşdıran terrorçular həbs edilib. Türkiyə təhlükəsizlik qüvvələri həbs olunan 5 nəfərin PKK terror təşkilatının üzvü olduqlarını bildirir. Terrorçuların mənzillərində aparılan axtarış zamanı çoxlu sayda xəritə, foto və obyektlərin yerləşmə planı ələ keçirilib. Hadisə ilə əlaqədar cinayət işi başladılıb.
Radar dirəyi ölümə səbəb oldu
İyunun 13-də saat 8 radələrində Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində Bakı şəhər sakini İntiqam Abbasov idarə etdiyi "VAZ-2107" markalı avtomobili yolun kənarında quraşdırılan sürətölçən cihazın (radar) dirəyinə vurub. “Olaylar” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində sürücü və sərnişinləri - Bakı şəhər sakini Rusif Eyvazov və Lənkəran rayon sakini Hüseyn Rəhimov xəstəxanaya yerləşdirilib, H.Rəhimov orada ölüb.
Banqladeşdə güclü yağış: 147 ölü
Banqladeşin cənub-şərqində yağan güclü yağış nəticəsində həlak olanların sayı 147 nəfərə çatıb. Yağıntılar bazar ertəsi səhər saatlarından etibarən başlayıb. Yağışdan zərər çəkmiş bölgələrdə telefon xətləri sıradan çıxıb, nəqliyyatın hərəkəti dayanıb. Son məlumata görə, Hindistanın Banqladeşlə sərhəd Mizoram və Assam ştatlarında da güclü yağış və sel nəticəsində həyatını itirənlər olub.
Arda qumarda 2 lüks maşının pulunu uduzdu
Son vaxtlar başı qalmaqallardan açılmayan "Barselona"nın yarımmüdafiəçisi Arda Turanla bağlı daha bir iddia ortaya atılıb. Türkiyəli futbolçunun qumarda külli miqdarda pul uduzduğu bildirilir. Belə ki, Kataloniya radiosunun əməkdaşı Xavi Kampos 30 yaşlı oyunçunun kazinoda bir neçə saat qumar oynadığını və müəyyən məbləğdə pul itirdiyini söyləyib. O, Ardanın həmin məbləği qaytarmaq üçün yenidən oynadığını, nəticədə 2 lüks avtomobilin pulunu uduzduğunu vurğulayıb.














