Gündəm
Azərbaycanın bu hissəsində yaşamaq təhlükəlidir - RƏSMİ XƏBƏRDARLIQ
"Keyrəki palçıq vulkanı ətrafındakı tikililər sökülməlidir. Orada yaşamaq təhlükəlidir". BunuETSN-nin Bakı və Abşeron yarımadasının Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev deyib.
Qüsurlu tarix dərsliyi kimə lazımdır?
Tarixçi-alimlər Tofiq Nəcəfli və Kərəm Məmmədov 10-cu sinif “Ümumi tarix” dərslik layihəsi ilə bağlı irad və təkliflərini təqdim edirlər: İctimai rəyə təqdim olunmuş ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün “Ümumi tarix” fənni üzrə dərslik layihəsində şagirdlərə elmi cəhətdən doğru olmayan, hələ də mübahisəli hesab olunan fikirlər həqiqət kimi təqdim olunmuşdur. Dərslik layihəsinin girişində və “İbtidai icma cəmiyyəti” adlanan 1-ci paraqrafındakı (səh. 7-11) elmi cəhətdən doğru olmayan fikirləri elmi ictimaiyyətin və oxucuların diqqətinə çatdırmağı özümüzə borc bilirik.
Eynək seçərkən nələrə diqqət yetirilməlidir?
Yay fəslinin glişi ilə əlaqədar insanların eynəıklərdən istifadə zərurəti yaranıb. Elə ölkənin ticarət və səyyar satış mərkəzlərində də eynəkləin satışı artıb. Məsələ orasındadır ki, satışa çıxarılan eynəklərin sırasında yerli və xarici istehsal məhsulu var. Lakin onların insan orqanizminə hansı təsir gəstrəcəyi qaranlıq qalır. Nəzərə almaq lazımdır ki, gün eynəklərinin gözə mənfi təsiri sonda faciə ilə nəticələnə bilər.
“Minlərlə insanın gələcəyi təhlükə qarşısında qala bilər”
Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri ərazisində keçirilmiş vergi nəzarəti tədbirləri zamanı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən xeyli sayda vətəndaşın işlərə cəlb edilməsi faktlarını aşkarlayıb.
Həmsədrlərin Ermənistan maraqlarına xidmət edən səfəri
Hazırda regionda müşahidə edilən tendensiya Qarabağ məsələsində hərbi hərəkətliliyin artdığından ibarətdir. Bir tərəfdən Rusiya Ermənistanı yeni silahlar, hərbi texnika ilə təmin etdiyi halda, digər tərəfdə Azərbaycan gözlənilən təhdidlərə qarşı önləm alaraq müntəzəm olaraq hərbi təlimlər keçirir. Bir müddət əvvəl Silahlı Qüvvələrin keçirdiyi irimiqyaslı həbi təlimlərin ardınca Azərbaycan və Türkiyə Silahlı Qüvvələri Naxçıvan Muxtar Respublikasında növbəti təlim keçirib.
İnsanların yanan binadan özlərini atma anı - VİDEO
Londonda yaşayış binası yanır. Gecədən başlayan yanğın hələ də davam edir. Yanğınsöndürmə briqadalarının verdiyi məlumata görə, yanğın nəticəsində ölənlər və yaralananlar var. Ölənlərin sayı açıqlanmır. İlkin ehtimala görə onlar yanğın zamanı təşvişə düşərək özlərini pəncərədən atanlardır.
Xidmət sahələri vətəndaşları niyə narazı salırlar?
Azərbaycan iqtisadiyyatı inkişaf etdikcə əhaliyə göstərilən xidmətlərin də sayı genişlənməkdə davam edir. Hazırda ölkə vətəndaşlarına çoxsaylı xidmətlər təklif edilir ki, onların sırasında məişət xidmətləri xüsusilə fərqlənir. Müasir elmi-texniki naliyyətlərin tətbiqi ilə göstərilən xidmətlər insan əməyini yüngülləşdirməklə yanaşı, keyfiyyət baxımından da sərfəlidir. Əl əməyini əvəz edən müasir texnika və kimyəvi maddələri göstərilən xidmətə əlavə təravət verir.
Bir çox sakinlər sadəcə prinsip xatirinə kommunal haqqı ödəmirlər
Nəhayət ki, Azərbaycanda çoxmənzilli binaların idarə edilməsi ilə bağlı qaydalar müəyyənləşdirilib. Bununla əlaqədar Mənzil Məcəlləsində müvafiq dəyişikliklər edilib. Parlamentin Hüququ siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, “Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin məqsədi çoxmənzilli binanın (o cümlədən, kooperativ binanın) idarə edilməsi ilə bağlı mexanizmlərin təkmilləşdirilməsindən, idarəetmədə mənzil mülkiyyətçilərin daha yaxından iştirakının təmin olunmasından ibarətdir.
Raketlərimiz düşmənin hərbi obyektlərinə TUŞLANDI - Ermənistan ŞOKDA
BMT-nin adi silahlar üzrə registrində 2016-cı ildə Rusiyanın müxtəlif ölkələrə satdığı silahlar qeyd olunub. Bu ölkələr arasında Azərbaycan və Ermənistan da var. Registrində göstərilir ki, Rusiya ötən il Azərbaycana böyük kalibrli artilleriyanın 6 vahidini çatdırıb. Ermənistana isə daşına bilən zenit-raket kompleksinin 300 vahidi verilib.
Binəqədidə “Media və biz” adlı təlim keçirilib
Binəqədi rayonu, Gənclər Evində “Gənclərin ikt inkişafı mərkəzi” adlı layihə çərçivəsində “Media və Biz” adlı təlim keçirilib. Rayon İcra Hakimiyyətindən “OLAYLAR”-a daxil olan məlumata görə, keçirilən təlimdə Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, ASGA-nın sədri, 7news/az saytının rəhbəri Səbuhi Abbasov, AMEA-nın elmi işçisi, İKT üzrə mütəxəssis Cahid İsmayıloğlu, BRİH-də təcrübə keçən ASAN könüllüləri, icra nümayəndələrinin, bələdiyyələrin və MKTB-nin adminləri, YAP-nın fəal gəncləri iştirak ediblər.
Nazir: “Gürcüstana yatırılan investisiyaların həcminə görə Azərbaycan birinci yerdədir”
İqtisadiyyat naziri Şahin Mustafayev Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxarianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, naziri Şahin Mustafayev yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin inkişafında xüsusi rolunu vurğulayıb.
Azərbaycan və İran dəmir yolları arasında müqavilə imzalanıb
İranın paytaxtı Tehranda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə arasında ikitərəfli görüş keçirilib. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, görüşdə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin icra vəziyyəti müzakirə olunub. Bildirilib ki, 20 aprel 2016-cı ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməlqoyma mərasimindən sonra işlər sürətləndirilib. Qısa zaman ərzində Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişi və Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi başa çatıb. Həmçinin sınaq qatarı sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib. Hazırda Astarada (İran) geniş işlər aparılır. Bu işlərin tərkibinə 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası da daxildir.
Meksikada güclü zəlzələ - 7 bal
Meksikanın qərb sahillərində Rixter cədvəli ilə 7 bal gücündə zəlzələ olub. Zəlzələnin episentri Çiapas ştatı yaxınlığında, yerin 98 kilometr dərinliyində qeydə alınıb. Hadisə nəticəsində dağıntılar və xəsarət alanlar barədə hələ məlumat verilməyib. Zəlzələdən sonra sunami təhlükəsi barədə xəbərdarlıq olunmayıb.
Həbsdə olan Bayram Kürdəxanalıdan XƏBƏR VAR
Tanınmış meyxanaçı Bayram Kürdəxanlı azadlığa çıxıb. Məlumata görə, meyxanaçı bir neçə gün əvvəl azadlığa buraxılıb. B. Kürdəxanlı barəsində ötən il Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə cinayət işi açılmışdı. O, 1 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Yuğda premyera
İyunun 14 – də Azərbaycan Dövlət "Yuğ" Teatrının yaradıcı heyəti yeni tamaşa -"Metamorfoza" adlı səhnə əsərinin premyerası olacaq. Tamaşa yazıçı S.Haqverdiyevanın əsəri əsasında hazırlanıb. Teatrdan "Olaylar" - a bildirilib ki, rejissor Günay Səttarın quruluşunda təqdim olunacaq. Tamaşada aktyorlar Oqtay Mehdiyev (Sən) , Zümrüd Qasımov (Mən) və Elgün Həmidov ( O) rollarında çıxış edəcəklər.

.jpg)












