Gündəm

Putindən casusluqla bağlı AÇIQLAMA: "Nalayiq hərəkətdir"

14 İyun 2017 12:08

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Rusiya ərazisində kəşfiyyat fəaliyyəti həyata keçirməsinə qarşı olmadığını, amma müttəfiqlərə qarşı casusluq etməyin nalayiq hərəkət olduğunu bildirib.

DİM: Magistraturaya qəbulun II mərhələsi üzrə müsabiqə şərtləri aşağı salınmayıb

14 İyun 2017 12:02

Magistraturaya qəbul imtahanının ikinci mərhələsi üzrə müraciətlərə baxılması üçün DİM tərəfindən yaradılmış Apellyasiya Komissiyası öz işini yekunlaşdırıb. DİM-dən verilən məlumata görə, Komissiyada qəbul imtahanının ikinci mərhələsi üzrə müsabiqə şərtlərinin aşağı salınması və tədris dili imtahan verilən dildən fərqli ixtisasların seçilməsinə icazə verilməsi ilə əlaqədar daxil olan çoxsaylı müraciətlərə baxılıb. 

Stadionlar havaya uçurulmalı və... - İstanbula qarşı QANLI PLAN

14 İyun 2017 11:58

PKK terror təşkilatının Türkiyənin İstanbul şəhərində genişmiqyaslı terror aktları planlaşdırdığı məlum olub.  Bu barədə PKK-ya qarşı həyata keçirilən əməliyyatda tutularaq həbs olunan 5 terrorçu ilə əlaqədar hazırlanan iddianamədə deyilir.

“Rabitə işi”ndə təqsirləndirilən şəxslərin nazirliyə ödədiyi məbləğlər açıqlanıb

14 İyun 2017 11:55

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam etdirilib.

Mərkəzi Qan Bankı: Donorlarda ən çox siflis, Hepatit B və Hepatit C infeksiyaları aşkar edilir

14 İyun 2017 11:53

“Azərbaycanda donorların qanı 4 xəstəlik - sifilis, QİÇS, Hepatit C və Hepatit B üzrə yoxlanılır. Yoxlamalar nəticəsində donorların 6-7%-nin qanında şübhəli hallar, infeksiyalar aşkarlanır”.  Bunu Mərkəzi Qan Bankının direktoru Pərvanə Hacıyeva 14 iyun- Ümumdünya qan donoru günü münasibətlə Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda keçirilən tədbirdə deyib.

AMEA – da müsahibə

14 İyun 2017 11:53

2017- 2018-ci tədris ilinin qəbul planına uyğun olaraq AMEA-da magistratura təhsilini həyata keçirən elmi müəssisələrdə müvafiq ixtisaslar üzrə yaradılmış müsahibə komissiyaları Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi müddətdə tələb olunan qaydalara uyğun olaraq müsahibənin keçirilməsini təmin edir.

Londonda yanan binada xeyli insanın öldüyü bildirilir - YENİLƏNİB- VİDEO

14 İyun 2017 11:50

Dünən Londonun qərbində "Grenfell Tower" yaşayış kompleksində güclü yanğın olub.  Yanğın yerinə 40 yanğınsöndürən maşın və 200 yanğınsöndürən göndərilmişdi. Şimali Kensinqton səmtindəki bina faktiki olaraq bütünlüklə yanıb.

Nazir sosial şəbəkədə şagirdlərə MÜRACİƏT ETDİ

14 İyun 2017 11:48

Təhsil naziri Mikayıl Cabbarov “Son zəng” münasibətilə şagirdləri təbrik edib. Nazir sosial şəbəkədə şəxsi hesabında məzunlara arzularını çatdırıb. “Azərbaycan Respublikasının Təhsil Nazirliyi, ölkəmizin bütün təhsil işçiləri və şəxsən öz adımdan Sizi - məzun olan şagirdləri, onların müəllimləri və valideynlərini bu əlamətdar gün münasibətilə təbrik edir, gələcək fəaliyyətinizdə ən xoş arzularımı yetirirəm!

Ekspert: “MTK-lara nağdlı ödənişlərin qadağan edilməsinə ehtiyac var”

14 İyun 2017 11:36

“Mənzil-Tikinti Kooperativlərinin (MTK) vətəndaşlardan yüksək ödəniş tələb etməsi ilə bağlı açıqlamamdan sonra məsələyə Milli Məclis daxil olmaqla çox fərqli qurumlardan və şəxslərdən rəylər gəldi. Belə çevik reaksiyaya görə, məsələnin ictimailləşməsinə dəstək olan jurnalist dostlarıma da öz təşəkkürlərimi bildirirəm”. Bunu iqtisadçı-alim Vüqar Bayramov bildirib.

“Bu bədheybəti yedirtmək üçün...” - Rusiya dünyanı işğal etməyə hazırlaşır?

14 İyun 2017 11:33

Rusiya prezidenti Vladimir Putindən müsahibə alan amerikalı rejissor Oliver Stoun “RİA-Novosti” agentliyinin müxbiri Aleksey Boqdanovskinin suallarını cavablandırıb. Rejissorun sözlərinə görə, Rusiya lideri müsahibədə çox nəzakətli idi. Rejissorun sözlərinə görə, Rusiya lideri anlamağa kömək etdi ki, Rusiya bütovlükdə dünyadakı vəziyyət haqqında düşünür. “Rusiya bütovlükdə dünyada vəziyyət haqqında düşünür. ABŞ dəyişir, Rusiya ilə münasibətlər kimi. O NATO, ABŞ-ın raket hücumundan müdafiə sistemindən imtinasından, Birləşmiş Ştatların Qafqaz və Suriyada terrorizmə dəstəyindən bəlağətlə danışırdı və Ukrayna üzrə o öz mövqeyini açıqladı. O, həmçinin gələcək seçkilər və iqtisadiyyat haqqında danışırdı”, - rejissor deyib.

Almaxanım Əhmədli Qran-pri mükafatına layiq görüldü

14 İyun 2017 11:33

 Heydər Əliyev Mərkəzində keçirilən müsabiqənin final mərhələsində Mədəniyyət və Turizm Baş İdarəsinin S.Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinin xanəndə ixtisası üzrə V sinif şagirdi Almaxanım Əhmədli VI “Muğam televiziya müsabiqəsi”nin Qran-pri mükafatına layiq görülüb. Baş İdarədən “Olaylar” – a bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında Azərbaycan Televiziyasının təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə “Muğam televiziya müsabiqəsi-2017” yekunlaşıb. Üç ay müddətində bir-birindən istedadlı gənc xanəndələr birincilik uğrunda mübarizə aparıblar.

Alimlərdən əsəbi qadınlara QƏRİBƏ MƏSLƏHƏT: hər gün...

14 İyun 2017 11:31

Alimlər əsəbi qadınlara hər gün bir qədəh şampan içməyi tövsiyə edib. Alimlərin sözlərinə görə, şampan yaşla əlaqədar olaraq yaranan neyro fizioloji xarakterli xəstəliklərə qarşı orqanizmin müdafiəsini artırır. Həm də mütəxəssislərin fikrincə, şampanın tərkibinə sinir hüceyrələrini müdaifə edən komponentlər daxildir. Amma alimlər çox içki istifadə etməyi məsləhət görmür. Bir gündə yalnız 100 ml olar.

Atası tərəfindən zorla PKK – ya verildi

14 İyun 2017 11:28

PKK terror təşkilatına məxsus düşərgədən qaçmağa çalışan iki qadın Türkiyə  təhlükəsizlik qüvvələrinə təslim olublar. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, 16 yaşında olan R. K və 22 yaşında M. D polisə verdiklərə ifadələrində terror təşkilatına necə üzv olduqlarını anladıblar. 8 – ci sinif şagirdi ilə birgə qaçırılaraq terror təşkilatına üzv edilən R. K dəfələrlə ona qarşı  olunan təzyiqlər səbəbi ilə terror təşkilatına məxsus düşərgədən qaçmaq istədiyini bildirib. M. D isə ifadəsində 17 yaşında atası tərəfindən zorla PKK terror təşkilatına verildiyini qeyd edib. "Doğru dürüst valideyn üzü görmədim. Oxuyub, peşə sahibi olmağı çox istəyirdim" deyə, M. D öz ifadəsində qeyd edib.

NASA-dan SOS: Yağışlar artacaq, dünya...

14 İyun 2017 11:28

NASA alimləri Yer kürəsinin tropik bölgələrində yağıntıların miqdarının mütəmadi olaraq artacağını proqnozlaşdırır. Mütəxəssislər qlobal istiləşmənin kütləvi hava axınlarında dəyişikliyə səbəb olacağını və yağıntıların miqdarında ciddi artımla nəticələnəcəyini deyiblər.

“Böyük İstanbul zəlzələsi” reallaşır?

14 İyun 2017 11:27

Həm Türkiyədə, həm ölkəmizdə seysmik aktivlik çox yüksəkdir. Amma Türkiyədə baş verən zəlzələnin həm məsafə, həm də struktur baxımından Azərbaycana təsiri yoxdur. Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı açıqlamasında deyib. Hazırda dünyanın hər yerində seysmik aktivliyin yüksəldiyini vurğulayan Vüsalə Rafiqqızı buna elmi-texniki inkişafın da təsir göstərdiyini bildirib: “Yer kürəsində aktivlik əsasən dağ əmələgəlmə prosesi, eləcə də plitələrin hərəkətinin nəticəsidir, bu proseslər sıxılmalara və zəlzələlərin törənməsinə səbəb olur.