Londonda yanan binada xeyli insanın öldüyü bildirilir - YENİLƏNİB- VİDEO

Dünən Londonun qərbində "Grenfell Tower" yaşayış kompleksində güclü yanğın olub.  Yanğın yerinə 40 yanğınsöndürən maşın və 200 yanğınsöndürən göndərilmişdi. Şimali Kensinqton səmtindəki bina faktiki olaraq bütünlüklə yanıb.

Londonda çoxmərtəbəli binada yerli vaxtla saat 01:15-də (Bakı vaxtilə 04.15) başlayan yanğın davam edir. Yanğınsöndürənlər külə dönən binada xeyli insanın öldüyünü bildiriblər. Şəhərin Təcili Tibbi yardım Xidməti indiyədək 50 nəfərin xəstəxanalara çatdırıldığını açıqlasa da, ölənlərin sayı ilə bağlı heç bir məlumat verilməyib.

***

İngiltərə paytaxtında 27 mərtəbəli binada baş verən yanğını söndürmək mümkün olmayıb.  Yerli mətbuat binanın hər an çökə biləcəyi barədə məlumatlar yayır. 150 mənzilli binanın sakinlərindən içəridə qalanların olduğu, onlardan bəzilərinin özlərini binadan atdıqları bildirilir. Məlumata görə, artıq 1 nəfərin ölüb, 30 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.

***

Londonda 27 mərtəbəli binada yanğın baş verib.  İkinci mərtəbədə başlayan yanğın miqyası qısa müddətə genişlənib və bütün binanı əhatə edib. Yerli vaxtla saat 01:15-də başlayan yanğın səbəbi bilinmir. Hadisə yerinə xeyli polis, onlarla yanğınsöndürən maşın və 200 yanğınsöndürən cəlb olunub. Hazırda alovun qarşısının alınması istiqamətində tədbirlər görülür. Hələlik içəridə insanların olub-olmadığı məlum deyil. Hadisə şahidləri içəridən insan səsləri gəldiyini bildirsələr də, hələlik heç bir rəsmi açıqlama verilməyib. Agentliklər 30 nəfərin xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayıb. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31