Almaxanım Əhmədli Qran-pri mükafatına layiq görüldü

 Heydər Əliyev Mərkəzində keçirilən müsabiqənin final mərhələsində Mədəniyyət və Turizm Baş İdarəsinin S.Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinin xanəndə ixtisası üzrə V sinif şagirdi Almaxanım Əhmədli VI “Muğam televiziya müsabiqəsi”nin Qran-pri mükafatına layiq görülüb. Baş İdarədən “Olaylar” – a bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında Azərbaycan Televiziyasının təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə “Muğam televiziya müsabiqəsi-2017” yekunlaşıb. Üç ay müddətində bir-birindən istedadlı gənc xanəndələr birincilik uğrunda mübarizə aparıblar.

Heydər Əliyev Mərkəzində keçirilən müsabiqənin final mərhələsində Mədəniyyət və Turizm Baş İdarəsinin S.Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinin xanəndə ixtisası üzrə V sinif şagirdi Almaxanım Əhmədli VI "Muğam televiziya müsabiqəsi"nin Qran-pri mükafatına layiq görülüb.

Baş İdarədən "Olaylar" - a bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında Azərbaycan Televiziyasının təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə "Muğam televiziya müsabiqəsi-2017" yekunlaşıb. Üç ay müddətində bir-birindən istedadlı gənc xanəndələr birincilik uğrunda mübarizə aparıblar. Mart ayının 14-dən başlanmış altıncı "Muğam televiziya müsabiqəsi" çərçivəsində respublikamızın, demək olar ki, bütün bölgələrini təmsil edən 350-dən artıq gənc dinlənilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31