Gündəm
Rusiyanı xilas edəcək yeganə yol...
Rusiyada gedən proseslərin mürəkkəbliyi bu ölkədə yeni siyasi elitanın formalaşmasından irəli gəlir. Bu sözləri politoloq İlqar Vəlizadə bildirib. Ekspert yeni siyasi elitanın hər iki cəbhədə - həm hakimiyyət, həm də müxalifət cəbhəsində formalaşdığını deyib: “Müxalifətin köhnə ənənəvi lideləri artıq meydandan çıxır. Belə olduqda yeni liderlər aktiv fəaliyyət və yeni maraqlar ortaya qoymalıdır. Onlar əvvəllər qeyri-formal liderlər sayılırdı, ancaq indi təşkilatlanmağa başlayıblar. Hazırda bu yeni hərəkatların ideoloji əsasları formalaşır. Bu isə korrupsiya ilə mübarizədir.
Azərbaycan Rusiyaya ən çox alma satan ölkələr sırasındadır
Rusiya 2014-cü ildən qüvvədə olan embarqoya baxmayaraq, dünyada ən iri alma idxalçısı olaraq qalır. Belə ki, 2016/17-ci il mövsümündə (iyul-iyun) ölkəyə alma idxalı 670 min ton təşkil edəcək. Bu, ötən illə müqayisədə 72 min ton (10%) azdır. "Report"un "Agroinvestor" agentliyinə istinadən verdiyi məlumata görə, Belarusdan tədarükün azalması, Azərbaycan, Moldova və Serbiyadan isə artması fonunda idxal azalmaqda davam edəcək.
Məscid tikərkən tarix tapdılar
Türkiyənin Hatay vilayətindəməscid tikintisi zamanı ortaya çıxanlar insanlara şoka salıb. Hatay vilayətinin Arsuz bölgəsində məscid inşasının qazıntıları zamanı yeraltı otaqlar və çoxsayda küplər aşkarlanıb.
"Aprel döyüşləri göstərdi ki, Azərbaycan işğalla barışmayacaq" - General-leytenant
"Aprel döyüşləri onu göstərdi ki, Azərbaycan xalqı və dövləti işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa olsun, bərpa edəcək".
Polis rəisi işdən çıxarıldı
Göygöl rayon Polis Şöbəsinin rəisi tutduğu vəzifədən azad edilib. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə şöbəsi rəisi Bahadur Şükürov və şöbəsinin əməkdaşı - 1 zabit, 2 serjant) vəzifələrindən azad olunublar.
Azərbaycan ilk dəfə “Çempion layihə” mükafatına layiq görülüb
İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi sahəsində Azərbaycanın uğurlu təcrübəsi olan Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) “Çempion layihə” mükafatına layiq görülüb. BTİ-nin Cenevrə şəhərində (İsveçrə Konfederasiyası) keçirilən “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti 2017” tədbirində “Çempion layihə” mükafatı Təşkilatın Baş Katibi Xoulin Çjao tərəfindən Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevə təqdim olunub.
54 AMEA əməkdaşı mənzillə təmin olunacaq
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin müvafiq qərarı ilə yaradılmış mənzillərin bölüşdürülməsi komissiyası işə başlayıb. Akademiyadan “Olaylar” – a bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyası ilə “Evrostroy-S” MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanındakı yataqxananın ərazisində yeni inşa edilən binalardan həmin yataqxanada yaşayan və AMEA-da işləyən elmi işçilərin AMEA-ya ayrılmış mənzillərə köçürülməsi üçün mənzillərin bölüşdürülməsi işi aparılıb.
Prosineçkini əvəzləyən baş məşqçi bəlli oldu
"Bursaspor" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib. "Ağ-yaşıllar" Pol Le Quenlə anlaşıblar. Uzun müddət Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki ilə danışıqlar aparan Superliqa təmsilçisinin bu arzusu baş tutmayınca, rəhbərlik yeni çalışdırıcını başqa ölkədə tapıb.
Axtarışda olan 379 nəfər sərhəddə tutulub
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2017-ci ilin may ayı dövlət sərhədini pozduqlarına görə 32 nəfər saxlanılıb. DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, onlardan 13 nəfəri Azərbaycan, 7 nəfəri Özbəkistan, 6 nəfəri Banqladeş, 2 nəfəri Rusiya Federasiyası, hər ölkədən 1 nəfər olmaqla İran İslam Respublikası, Moldova, Pakistan, Əlcəzair vətəndaşıdır.
İftar zamanı yolda olan sərnişinlər üçün Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində çay masası təşkil edilib
İftar zamanı yolda olan sərnişinlər üçün Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində çay masası təşkil edilib. Bu barədə məlumat “OLAYLAR”-a Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən daxil olub. Bildirilib ki, iftar vaxtı Mərkəzdə olan sərnişinlər masaya yaxınlaşaraq onlara təklif edilən su, çay və xurmadan istifadə edə bilərlər. Aksiya Bakı Nəqliyyat Agentliyinin Azərsun Holdinqlə birgə təşkilatçılığı ilə keçirilir.
Azərbaycanlı gənclər ATƏT Gənclər Konfransında iştirak edib
İspaniya Krallığının Malaqa şəhərində Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Gənclər Konfransı keçirilib. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, konfrans “Gənclər üçün gənclərlə birgə çalışaq: onlayn təhlükəsizlik və əməkdaşlığın möhkəmləndirilməsi” devizi altında baş tutub.
Bəzi dövlət qurumları ləğv edildi
Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeliyindəki "Azelektromaş" Elmi-İstehsalat Birliyinin Elmi-Tədqiqat Elektrotexnika İnstitutu ləğv olunduğu elan edib. “Olaylar” xəbər verir ki, bu barədə "Vergilər" qəzetinin xüsusi buraxılışında elan verilib.
Azərbaycan səfiri etimadnaməsini Çili prezidentinə təqdim etdi
Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov etimadnaməsini Çili Respublikasının prezidenti Mişel Baçeletə təqdim edib. XİN-dən “Olaylar”a verilən məlumata görə, etimadnamənin təqdim olunması mərasimi əsnasında keçirilmiş görüşdə səfir R.Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Çili Prezidentinə çatdırıb. Prezident M.Baçelet onun da salamlarının və ən xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.
İçki məclisində iştirak etmək günahdırmı?
Dini mənbələrimizə görə, içki ilə bağlı bir çox məqamlar tənqid olunub. İçkini içmək və satmaq günah olduğu kimi, onun içildiyi məclislərdə iştirak etmək də günahdır. Siz öz iştirakınızla o məclisi təsdiq etmiş və bu hərəkətə rəvac vermiş olursunuz.
Bu il XI sinifləri 84 088 nəfər şagird bitirir
2016-2017-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 110 638 nəfər, XI siniflərini 84 088 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 723 nəfər şagird bitirəcək. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, 2017-2018-ci tədris ilində I sinfə qəbul olunacaq şagirdlərin sayı üzrə proqnoz 164 945 nəfərdir.














