Rusiyanı xilas edəcək yeganə yol...

Rusiyada gedən proseslərin mürəkkəbliyi bu ölkədə yeni siyasi elitanın formalaşmasından irəli gəlir. Bu sözləri politoloq İlqar Vəlizadə bildirib. Ekspert yeni siyasi elitanın hər iki cəbhədə - həm hakimiyyət, həm də müxalifət cəbhəsində formalaşdığını deyib: “Müxalifətin köhnə ənənəvi lideləri artıq meydandan çıxır. Belə olduqda yeni liderlər aktiv fəaliyyət və yeni maraqlar ortaya qoymalıdır. Onlar əvvəllər qeyri-formal liderlər sayılırdı, ancaq indi təşkilatlanmağa başlayıblar. Hazırda bu yeni hərəkatların ideoloji əsasları formalaşır. Bu isə korrupsiya ilə mübarizədir.

Rusiyada gedən proseslərin mürəkkəbliyi bu ölkədə yeni siyasi elitanın formalaşmasından irəli gəlir. Bu sözləri politoloq İlqar Vəlizadə bildirib. Ekspert yeni siyasi elitanın hər iki cəbhədə - həm hakimiyyət, həm də müxalifət cəbhəsində formalaşdığını deyib: "Müxalifətin köhnə ənənəvi lideləri artıq meydandan çıxır. Belə olduqda yeni liderlər aktiv fəaliyyət və yeni maraqlar ortaya qoymalıdır. Onlar əvvəllər qeyri-formal liderlər sayılırdı, ancaq indi təşkilatlanmağa başlayıblar. Hazırda bu yeni hərəkatların ideoloji əsasları formalaşır. Bu isə korrupsiya ilə mübarizədir.

Digər tərəfdən, siyasi elitanın rəhbər qrupları tərəfdə də müəyyən proseslər gedir. Bu, köhnə simaların səhnədən getməsi və yenilərlə əvəzlənməsindən ibarətdir. Yeni simaları isə menecerlər sinfi adlandırmaq olar. Onların ideoloji meyarları protest elektoratınkı ilə üst-üstə düşmür və bu da toqquşmalara gətirib çıxarır".

Politoloq Rusiyada hazırkı vəziyyətin davam edəcəyini, ancaq hansısa bir inqilabi nəticəyə gətirib çıxarmayacağını qeyd edib: "Rusiyanı bütün bu çətinliklərdən xilas edəcək yeganə yol bu ölkəyə qarşı iqtisadi sanksiyaların tədricən yumşalması ola bilər. İnsanların maddi rifahı yaxşılaşarsa, Rusiyadakı etirazlar da səngiyə bilər. Ancaq vəziyyət hələ bir müddət belə davam edəcək və yeni aksiyalar gözləniləndir".

Qeyd edək ki, ötən gün paytaxt Moskva da daxil olmaqla, Rusiyanın 200-ə yaxın şəhərində korrupsiyaya qarşı etiraz aksiyaları keçirilib. Aksiyaların təşkilatçısı Aleksey Navalnı və Korrupsiya ilə Mübarizə Fondu olub. Yalnız Moskva və Sankt-Peterburqda etirazçılar içərisindən 866 nəfər saxlanılıb.  Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31