Azərbaycan səfiri etimadnaməsini Çili prezidentinə təqdim etdi

Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov etimadnaməsini Çili Respublikasının prezidenti Mişel Baçeletə təqdim edib. XİN-dən “Olaylar”a  verilən məlumata görə, etimadnamənin təqdim olunması mərasimi əsnasında keçirilmiş görüşdə səfir R.Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Çili Prezidentinə çatdırıb. Prezident M.Baçelet onun da salamlarının və ən xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov etimadnaməsini Çili Respublikasının prezidenti Mişel Baçeletə təqdim edib. XİN-dən "Olaylar"a  verilən məlumata görə, etimadnamənin təqdim olunması mərasimi əsnasında keçirilmiş görüşdə səfir R.Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Çili Prezidentinə çatdırıb. Prezident M.Baçelet onun da salamlarının və ən xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib. Görüşdə səfir R.Aslanov Azərbaycan haqqında xanım M.Baçeletə ətraflı məlumat verib. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrindən bəhs edərək Çilinin Avrasiya ilə ticarət əlaqələrində Azərbaycanın mühüm rol oynaya biləcəyini bildirib. Görüş əsnasında həmçinin, Azərbaycan və Çili arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Prezident M.Baçelet səfir R.Aslanova diplomatik fəaliyyətində uğurlar arzu edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31