Gündəm
Ermənilər iriçaplı pulemyotlardan mövqelərimizi atəşə tutur
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan da (2 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 132 dəfə pozub.
“ATƏT MQ həmsədrlərinin deportasiya məsələsini BMT TŞ qarşısında qaldırması çox faydalıdır”
Ermənistan prezidenti S.Sərkisyan Tavuş rayonun Koxb kəndində Tumo məktəbinin təməlinin qoyulma mərasimində iştirak zamanı diqqət çəkən bəyanat verdi: Bu məktəbdə Azərbaycan və Gürcüstan vətəndaşları da təhsil ala bilərlər. S.Sərkisyan bəyanatının sonunda ritorik sual da verdi: Niyə də yox?!
Leysan yağışları 134 nəfərin ölümünə səbəb olub
Banqladeşdə yağan leysan yağışları və torpaq sürüşmələri nəticəsində azı 134 nəfər ölüb. Təbii fəlakətdən əsasən ölkənin cənub-şərq hissəsi əziyyət çəkib.
Ermənistanın Naxçıvanla bağlı XAİN PLANI: Daşnaklar işğal üçün HƏRƏKƏTƏ KEÇDİ
Ermənistan Naxçıvanla bağlı iddialarını yenidən gündəmə gətirib. Azərbaycan və Türkiyə ordusunun Naxçıvanda birgə hərbi təlimlərə başlaması düşmən ölkədə ciddi narahatlığa səbəb olub.
Tələbənin faciəvi ölümü - Ürəyi zəif olanlar baxmasın - VİDEO
Türkiyənin Gümüşhane vilayətində tələbə faciəvi şəkildə ölüb. Universitetdən çıxıb yataqxanaya qayıdarkən üzərinə qaya parçası düşən tələbə həyatını itirib. Həmin dəhşətli anlar saniyəbəsaniyə kameralara düşüb. O, hadisə yerində keçinib. Məsələ ilə bağlı araşdırma aparılır. İlkin ehtimala görə, qaya parçasının qırılmasına səbəb leysan yağışlarıdır.
Çernobıl AES-nin 3-cü enerji blokunda tüstüllənmə baş verib
Çernobıl Atom Elektrik Stansiyasının üçüncü enerji blokunda tüstüllənmə baş verib. tüstülənmə baş verib. Bu barədə Ukrayna Dövlət Müfəttişliyinin məlumatında bildirilir. Məlumata görə, tüstülənmə AES-nin üçüncü blokundakı otaqların birində olub. Hadisə yerinə cəlb olunan FHN işçiləri istilənmə aradan qaldırılıb, radiasiyanın vəziyyəti dəyişməz olaraq qalmaqdadır.
Nərəcinsli balıq ovuna qadağa yenidən gündəmə gətiriləcək
Xəzər dənizində nərəcinsli balıqların kommersiya (sənaye) ovuna qadağanın (moratoriumun) qoyulması məsələsi bu il yenidən gündəmə gətiriləcək. Bunu Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov deyib.
Azərbaycan dövlətinin əsası məhz 15 iyun tarixində qoyulub"
"Təsadüfi deyil ki, 15 iyun müasir dövlətçilik tariximizə xalqımızın, dövlətçiliyimizin xilas tarixi kimi yazılıb. Müstəqilliyimizin ilk illərində baş verən hadisələri bir daha yada salsaq, onda Qurtuluş Gününün əhəməyyətini daha yaxşı dərk edərik". Bunu Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının komitə sədri Sahibə Qafarova deyib.
Sədaqət Vəliyeva: "Qanun vətəndaşlarımızın hüquqlarını daha etibarlı şəkildə təmin edəcək"
“İşsizlikdən sığorta haqqında” Qanun iş yerini itirmiş vətəndaşlarımızın hüquqlarını daha etibarlı şəkildə təmin etməklə, onların sosial müdafiəsinin gücləndirilməsinə və əlbəttə ki, işəgötürənlərin də işçilərə münasibətdə hüquqlarını müəyyənləşdirmiş olacaq”. Bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
"Fətullahçı terror örgütü"nün Azərbaycan üzrə məsul şəxsi yaxalandı
FETÖ-nün (“Fətullahçı terror örgütü”) Azərbaycan üzrə məsul şəxsi, Türkiyənin Malatya Cümhuriyyət Prokurorluğu tərəfindən axtarılan şəxs İstanbulda yaxalanıb. Həmin şəxsin adı, soyadı açıqlanmır, M.M. olaraq göstərilir.
Bakida müdhiş “obnaliçka” əməliyyatı: 18 milyon manat kimə və niyə verilib?
Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Rusiya imperatorlarının mühafizəsində olmuş Azərbaycan hərbi hissələrinin geyimi bərpa olundu
İyunun 21-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində Muzeyin və AR Silahlı Qüvvələrinin Hərbi Akademiyasının birgə səyləri ilə keçiriləcək “Hərb tariximizi öyrənək!” adlı tədbirdə Rusiya imperatorlarının mühafizə konvoyunda olmuş Azərbaycan tağımlarının uniforması tədim olunacaq. Muzeydən “Olaylar” – a bildirilib ki, Azərbaycanın hərb tarixi müxtəlif hadisələr, şanlı səhifələrlə zəngindir. Bu tarixin hərtərəfli araşdırılması yalnız respublika müstəqillik qazanandan sonra mümkün olmuşdur. Tarixçilərin səyləri il yeni-yeni faktlar müəyyən edilir, geniş ictimaiyyətə çatdırılır. Belə az məlum olan faktlardan biri Rusiya imperatorlarının mühafizə xidmətində (konvoyunda) 1838-1881-ci illərdə Azərbaycan hərbi hissələrinin olmasıdır. Bu hərbi hissələrin tarixinin, şəxsi heyətin bioqrafiyalarının, döyüşçülərin uniforma və silahlarının müəyyən edilməsi bir neçə alimin səyləri ilə mümkün olmuşdur.
"Sən necə də əxlaqsız qadınsan?" - aktrisa əsəbiləşdi
Türkiyədə 12 yaşlı Ceylinin qonşuları tərəfindən öldürülərək gizlədilməsi hər kəsi şok edib. Bir çox məşhur mövzu ilə bağlı sərt açıqlamalar verib. Lakin "yaşam koçu" Sibel Üresin bir telekanalda bu fikri ilə diqqət çəkib: "12 yaşlı bir qız yetişkin olmuşsa, ərə gedə bilər. Dini hökmü budur. Hətta 60 yaşlı kişiyə də ərə gedə bilər, mənim üçün problemli deyil, təbii ki, qız üçün də yoxdursa. Amma əsas qızın yetişkin olmasıdır. Yoxsa ki, yaş həddi deyilən bir şey yaradırlar. Dində də yaş həddi yoxdur".
Putin: "NATO-nun bütün hərəkətlərinə adekvat cavab verəcəyik"
"Rusiya strateji balansın qorunması məqsədi ilə NATO-nun hərəkətlərinə adekvat cavab verəcək və bunun üçün effektivliyə zərər vurmadan daha az vəsait sərf etmək niyyətindədir".
Ege dənizində 4,5 bal gücündə zəlzələ
Türkiyənin Ege dənizində İzmirin Karaburun sahillərində saat 07:35 radələrində Rixter şkalasına görə 4,5 bal gücündə zəlzələ meydana gəldi. “Olaylar” “Hürriyet” - ə istinadən bildirir ki, Boğaziçi Universiteti Kandill Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu (KRDAE) məlumatlarına görə, zəlzələ dəniz səviyyəsinin 10 km dərinliyində baş verib. Zəlzələnin episentri Türkiyədən ən yaxın yaşayış yeri isə Hasseki olaraq təyin edilib.














