Azərbaycan dövlətinin əsası məhz 15 iyun tarixində qoyulub"
"Təsadüfi deyil ki, 15 iyun müasir dövlətçilik tariximizə xalqımızın, dövlətçiliyimizin xilas tarixi kimi yazılıb. Müstəqilliyimizin ilk illərində baş verən hadisələri bir daha yada salsaq, onda Qurtuluş Gününün əhəməyyətini daha yaxşı dərk edərik". Bunu Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının komitə sədri Sahibə Qafarova deyib.
14 İyun 2017 10:17 Siyasət"Təsadüfi deyil ki, 15 iyun müasir dövlətçilik tariximizə xalqımızın, dövlətçiliyimizin xilas tarixi kimi yazılıb. Müstəqilliyimizin ilk illərində baş verən hadisələri bir daha yada salsaq, onda Qurtuluş Gününün əhəməyyətini daha yaxşı dərk edərik". Bunu Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının komitə sədri Sahibə Qafarova deyib.
O bildirib ki, Ulu Öndər Heydər Əliyev 1993-cü il iyun ayının 15-də hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycanı dağılmaqdan, iflasdan, iqtisadi tənəzzüldən, xaosdan, özbaşınalıqdan xilas edərək, inkişaf yoluna qədəm qoymaq üçün zəmin yaratdı.
Millət vəkili deyib ki, Azərbaycanın müasir tarixində Ümummilli Liderimiz Heydər Əliyevin müstəsna xidmətlərinin ictimai-siyasi mahiyyəti hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacaq. O vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın sosial-iqtisadi və siyasi əsaslarının möhkəmləndirilməsində, dünyanın aparıcı dövlətlərinin etibarlı tərəfdaşına çevrilməsində çox böyük işlər görüb və buna görə də Ümummilli Liderin siyasi irsinin öyrənilməsi hansısa konkret zaman çərçivəsi ilə məhdudlaşdırıla bilməz: "Ulu Öndər Heydər Əliyev millətini bütün bəlalardan hifz edib qoruyub, respublikada ictimai-siyasi sabitliyi təmin edib, vətəndaş qarşıdurmasını aradan qaldırıb, ölkənin parçalanmasının qarşısını almaqla milli qurtuluşu təmin edib. Ölkəmiz demokratik, hüquqi dövlət quruculuğu yolu ilə qətiyyətlə irəliləyib, xalqın birliyi yaranıb. Ümummilli Lider Heydər Əliyevin adı bu gün sözün həqiqi mənasında Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Bugünkü güclü, qüdrətli Azərbaycanı O, gərgin zəhməti və yorulmaz fəaliyyəti ilə yaradıb, müstəqilliyini qoruyub, inkişaf etdirib, bütün dünyaya tanıdıb. Ulu Öndərimiz ölkəmizin siyasi, sosial-iqtisadi inkişaf konsepsiyalarını işləyib hazırlayıb, həyata keçirilməsini təmin edib".
Millət vəkili qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Özündən sonra Azərbaycanı uğurlu inkişaf etdirəcək, ölkəmizi dünya dövlətləri sırasında layiqli zirvələrə daşıyacaq və ötən illərdə başlanılmış böyük layihələri yaradılmış zəngin baza əsasında müvəffəqiyyətlə icra edə biləcək, xalqın dəstək verdiyi uğurlu lideri yetişdirmək olub: "Bu mənada 2003-cü ildən sonrakı 13 il ərzində müstəqil Azərbaycan dövlətinin qət etdiyi inkişaf yolu bu seçimin nə qədər tarixi əhəmiyyətə malik olduğunu bir daha əyani sübuta yetirir. Əminliklə deyə bilərik ki, bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, stabil və inamlı inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Bu gün Prezident İlham Əliyevin adı ölkəmizin qazandığı böyük uğurlarla assosiasiya olunur. Bütün sahələrdə əldə olunmuş genişmiqyaslı nailiyyətlər məhz Prezident İlham Əliyevin qətiyyətli, yaradıcı və milli maraqlara söykənən fəaliyyətinin nəticələridir. Bu gün bizlər Azərbaycanın inkişafını, dünya dövlətləri arasında necə böyük hörmət və nüfuz sahibinə çevrildiyini, bütün dünya xalqlarının taleyinə təsir edən qlobal layihələrə imza atdığını görüncə bir daha 15 İyun tarixində gerçəkləşmiş möhtəşəm dönüşün, Milli Qurtuluşun mahiyyətini daha yaxşı dərk edirik. Əgər o dönüş gerçəkləşməsəydi, xalqımızın təkid və tələbi ilə Ulu Öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıtmasaydı, bu gün bu uğurlardan danışmaq mümkün olmazdı. Bugünkü güclü, qüdrətli, inkişaf edən Azərbaycan dövlətinin əsası, məhz 15 iyun tarixində qoyulub". Sia.az