Gündəm

Çavuşoğlu Qətərə səfər edəcək

14 İyun 2017 09:59

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qətərə səfər edəcək.  Çavuşoğlunun səfəri iyunun 14-də baş tutacaq. Səfər çərçivəsində Çavuşoğlu Qətərin rəsmləri ilə görüşüb regionda vəziyyəti müzakirə edəcək.

Türkiyənin ən varlı cütlüyü qazandığı milyonlarla görün nə etdi

14 İyun 2017 09:58

Bərgüzar Korellə Halit Ergenç Çeşmenin qarşısındakı Yunanıstanın Saqqız adasından villa almağı planlaşdırır. Məşhur cütlüyün almaq istədiyi villanın dəyəri 350 min avrodur.

Məşhur ekstrasensin meyiti tapıldı

14 İyun 2017 09:55

Rusiyada məşhur olan "Ekstrasenslərin döyüşü" proqramının 7-ci mövsümünün finalçısı İlona Novoselovanın meyiti evində tapılıb. Bu barədə Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları məlumat veriblər.

Tillerson: “ABŞ-Rusiya münasibətləri ən aşağı həddə çatıb”

14 İyun 2017 09:54

"ABŞ-Rusiya münasibətləri ən aşağı həddə çatıb". Bu barədə ABŞ dövlət katibi Reks Tillerson Senatda keçirilən dinləmələr zamanı bildirib. “Mən dediyim kimi, münasibətlər ən aşağı həddə çatıb, onlar daha da pisləşir.

Xalq Yazıçısı İsa Muğannanın xatirəsi anılıb

14 İyun 2017 09:51

 “Hədəf Nəşrləri” və Qazax Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə Xalq Yazıçısı İsa Muğannanın məzarı ziyarət olunub. “Hədəf Nəşrləri”nin direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq, Qazax Xeyriyyə Cəmiyyətinin üzvləri, Muğanna oxucuları yazıçının Fəxri Xiyabanda məzarını ziyarət ediblər. Akademik Nizami Cəfərov, filologiya elmləri doktoru Rüstəm Kamal, Qazax Xeyriyyə Cəmiyyətinin sədri, texnika elmləri doktoru, professor İlham Pirməmmədov və başqaları Xalq Yazıçısı İsa Muğannanın həyat və yaradıcılığı haqqında fikirlərini bölüşüblər.

“Unudulmaqda olan xalq yaradıcılıq nümunələrinin bərpası" mövzusunda elmi konfrans

14 İyun 2017 09:41

Muzey mərkəzinin akt zalında Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə “Unudulmaqda olan xalq yaradıcılıq nümunələrinin bərpası" mövzusunda elmi konfrans keçirilib. Mərkəzdən “Olaylar” – a bildirilib ki, konfransa ali və orta ixtisas təhsil müəssisələrinin müəllim və tələbələri dəvət olunmuşdu. Mövzu ilə bağlı elm və incəsənət xadimləri çıxış etdilər. Həmçinin keçəçi rəssam Rauf Əbdülhəsənoğlu, professor Maya Qafarova, modelyer Gülnarə Xəlilova, əməkdar mədəniyyət işçisi Səadət Təhmiraz qızı və başqaları. Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev bu tipli tədbirlərin əhəmiyyətindən danışdı.

Tanınmış bəstəkar qəflətən dünyasını dəyişdi

14 İyun 2017 09:34

Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Rauf Əliyev səhər saatlarında dünyasını dəyişib. Bu barədə Rejissorlar Gildiyasının direktoru Şahirə Tacəddin məlumat verib: “Noyabrda yubiley konserti olacaqdı, əcəl aman vermədi. Qəfil ölümü ilə hamımızı sarsıtdı. On gün idi ki, infarkt keçirtmişdi. Həkimlərin ümidi yox idi. Üç gün idi ki, evə gətirmişdilər. Bu dəqiqələrdə keçinib”.

“Formula-1” Azərbaycan Qran-Prisi ərəfəsində “İlkin Tibbi yardım” təlimi keçirilib

14 İyun 2017 09:30

 İyunun 23-25-də Bakının mərkəzi küçələrində baş tutacaq “Formula-1” Azərbaycan Qran-Prisi ərəfəsində tamaşaçılara ilkin tibbi yardımın göstərilməsində iştirak edəcək Azərbaycan Tibb Universitetinin 150-dən çox könüllüsünə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) Təlim mərkəzi tərəfindən “İlkin Tibbi yardım” mövzusunda nəzəri və praktiki təlim keçirilib. Nazirlikdən “Olaylar” – a bildirilib ki, təlim Respublika Müalicəvi Diaqnostika Mərkəzində baş tutub.

Virusun yayılması üçün yeni üsul kəşf edilib

13 İyun 2017 20:00

Kibercinayətkarlar “Trojan.Zusy” zərərli proqram təminatının yoluxdurulması üçün yeni metod icad ediblər. Onlar virusun yayılması üçün “PowerPoint” fayllarından və “Mouseover event” proqramından istifadə edirlər. Yoluxdurulmuş “PowerPoint-təqdimat” proqramı “Purchase Order #”, “Invoice” və ya “Confirmation” mövzusunda spam məktublar vasitəsilə yayılır.  

Hamilələrin diqqətinə: düyü yeyin - FAYDALARI

13 İyun 2017 19:50

Hamiləlikdə kalsium, dəmir və vitamin ehtiyacının ödənilməsi üçün yeyilməsi vacib olan qidalar sırasında taxıllar və quru paxlalılar yer alır. Bu dövrdə həm ananın, həm də körpənin ehtiyac duyduğu vitamin qaynağı olaraq düyü yeyilməsi məsləhət görülür. Düyünün tərkibində protein, karbohidrat, fosfor, kalsium, sodium, maqnezium, sink, A, B1, B2 vitaminləri və dəmir olur.

Parlaq dəriyə sahib olmaq üçün 5 VACİB QAYDA

13 İyun 2017 19:45

Gözəl və sağlam dəriyə sahib olmaq üçün bəzi vərdişlərinizi dəyişdirməli olduğunuzu bilirsinizmi? Hər gün müntəzəm olaraq dəri baxımına ayıracağınız bir neçə dəqiqə ilə sağlam və təbii bir dəriyə qovuşa bilərsiniz.

Çoxuşaqlı qadınların ömrü daha uzun olur - Araşdırma

13 İyun 2017 19:40

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, ana olandan sonra qadınların ömrü uzanır. Araşdırma heç də 1-2 uşaqlı anaları əhatə etmir, söhbət dünyaya 6 və ya daha çox uşaq gətirmiş qadınlardan gedir. Yəni 6 uşaq sahibi olan ananın ömrü digər anaların ömründən daha çoxdur. 

Ağrıdan dərmansız qurtulun: Baş barmağınızı 5 dəqiqə sıxın və... 

13 İyun 2017 19:35

Aparılan araşdırmalara görə, əsəb, baş ağrısı, ürəkbulanma, diqqət əskikliyi, qorxu, iştahasızlıq, qəbzlik, stress kimi problemlərin həlli əllərinizdədir.

Çəkiliş zamanı sürprizlə qarşılaşdı

13 İyun 2017 19:30

Aktyor Ali Sunal aparıcısı olduğu "Bir sorunmu var?" verilişinin çəkilişləri zamanı gözləmədiyi vəziyyətlə üzləşib.  Özlem Çapanoğlu adlı bir iştirakçı aktyorla söhbəti əsnasında ona eşq elan edib.