Tanınmış bəstəkar qəflətən dünyasını dəyişdi
Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Rauf Əliyev səhər saatlarında dünyasını dəyişib. Bu barədə Rejissorlar Gildiyasının direktoru Şahirə Tacəddin məlumat verib: “Noyabrda yubiley konserti olacaqdı, əcəl aman vermədi. Qəfil ölümü ilə hamımızı sarsıtdı. On gün idi ki, infarkt keçirtmişdi. Həkimlərin ümidi yox idi. Üç gün idi ki, evə gətirmişdilər. Bu dəqiqələrdə keçinib”.
14 İyun 2017 09:34 MədəniyyətTanınmış bəstəkar, əməkdar incəsənət xadimi Rauf Əliyev səhər saatlarında dünyasını dəyişib. Bu barədə Rejissorlar Gildiyasının direktoru Şahirə Tacəddin məlumat verib:
"Noyabrda yubiley konserti olacaqdı, əcəl aman vermədi. Qəfil ölümü ilə hamımızı sarsıtdı. On gün idi ki, infarkt keçirtmişdi. Həkimlərin ümidi yox idi. Üç gün idi ki, evə gətirmişdilər. Bu dəqiqələrdə keçinib".
Qeyd edək ki, R. Əliyev uzun illər Kinostudiyanın musiqi rəhbəri vəzifəsində çalışıb. Məşhur "Yalan", "Fəryad", "Azərbaycan haqqında həqiqət", "Kənar adamlar", "Qara Volqa", "Vahimə" kinofilmlərinə musiqi yazıb. 10-a yaxın mahnının müəllifidir.