“Unudulmaqda olan xalq yaradıcılıq nümunələrinin bərpası" mövzusunda elmi konfrans
Muzey mərkəzinin akt zalında Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə “Unudulmaqda olan xalq yaradıcılıq nümunələrinin bərpası" mövzusunda elmi konfrans keçirilib. Mərkəzdən “Olaylar” – a bildirilib ki, konfransa ali və orta ixtisas təhsil müəssisələrinin müəllim və tələbələri dəvət olunmuşdu. Mövzu ilə bağlı elm və incəsənət xadimləri çıxış etdilər. Həmçinin keçəçi rəssam Rauf Əbdülhəsənoğlu, professor Maya Qafarova, modelyer Gülnarə Xəlilova, əməkdar mədəniyyət işçisi Səadət Təhmiraz qızı və başqaları. Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev bu tipli tədbirlərin əhəmiyyətindən danışdı.
14 İyun 2017 09:41 İncəsənətMuzey mərkəzinin akt zalında Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə "Unudulmaqda olan xalq yaradıcılıq nümunələrinin bərpası" mövzusunda elmi konfrans keçirilib.
Mərkəzdən "Olaylar" - a bildirilib ki, konfransa ali və orta ixtisas təhsil müəssisələrinin müəllim və tələbələri dəvət olunmuşdu. Mövzu ilə bağlı elm və incəsənət xadimləri çıxış etdilər. Həmçinin keçəçi rəssam Rauf Əbdülhəsənoğlu, professor Maya Qafarova, modelyer Gülnarə Xəlilova, əməkdar mədəniyyət işçisi Səadət Təhmiraz qızı və başqaları. Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev bu tipli tədbirlərin əhəmiyyətindən danışdı.
Konfransın məqsədi milli sənət nümunələrimizin təbliği, qədimlərdən bizə yadigar qalan və unudulmaqda olan sənətkarlıq sahələrinin yaddaşlardan silinməməsidir.
Tədbirdə xalçaçılıq, keçəçilik, daş və dəmir üzərində oyma, ağac üzərində nəqqaşlıq, qurama, tikmə, və xalq musiqi alətlərinin nümunələri nümayiş olunub və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi laboratoriyasının ansamblı çıxış ediblər.